YARMAQ

f.
1. Bir şeyi zərbə ilə vurub ortadan uzununa aralamaq, bölmək, parçalamaq. Odunu yarmaq. Ağacı yarmaq.
// Şaqqalamaq.
2. Kəsici alətlə və ya başqa bir şeylə qırıb yaralamaq.
[Zeynəb acıqlı və ucadan:] Cəhənnəm olun buradan, yoxsa vallah, bu daşnan vurub başınızı yararam. C.Məmmədquluzadə.
[Xaspolad:] Sapandımı görmədin? Budur bax, sabah tezdən gedərəm, gözlərəm, bayıra çıxdı, bir böyük daş ataram, baş-gözün yararam. C.Cabbarlı.

3. Maneəni dəf edərək yol açmaq, yarıb ortasından keçmək. Gəmi suyu yararaq irəliləyir.
– Camaatı yara-yara (z.) Kərbəlayı Qubad daxil olur. Ü.Hacıbəyov.
Dəvəçi qəbiristanlarında cümə axşamlarında olduğu kimi, camaatı yarıb keçmək mümkün deyildi. M.S.Ordubadi.
[Qurban] qabağında qələbəliyi yarıb keçən arabaları … süzdü. A.Şaiq.

// Müqaviməti qıraraq irəliləmək, keçmək. Düşmənin müdafiə xəttini yarmaq. Mühasirəni yarmaq.
4. Müalicə ya yoxlama və ya başqa məqsədlə bədənin bir yerini kəsmək. Çibanı yarmaq. Xəstənin qarnını yarmaq. Ölünü yarmaq.
5. Oğurluq məqsədi ilə bağlı, qapalı bir yeri sındırıb açmaq. Oğrular dükanı yarıblar.
[Xortdan:] …Qərvənd qaydası ilə saxlansa idi, yəqin xanım mənzilini yarmazdılar. Ə.Haqverdiyev.
[Qurban:] İndi Məhərrəm bəy gəlincə mən min ev yarmışdım. S.S.Axundov.

Синонимы

  • YARMAQ aralamaq — bölmək — parçalamaq
  • YARMAQ açmaq — keçmək

Этимология

  • YARMAQ Türkmən dilindən ayırıq sözünü ruscaya “трешина” kimi tərcьmə ediblər. Belə məlum olur ki, yarmaq və ayırmaq tarixən eyni söz olub, sonra iki müstəqil
YARMAÇİLOV
YARMALAMA

Значение слова в других словарях

джерсо́вый завербова́ние колёсико корча́жка спонта́нность телескопи́ческий черке́шенка довоёвываться комбини́роваться низ... поизно́шенный ско́мкивать стро́ить кого-л. ти́нный умеща́ться широколи́стный туржа armoured scales Athene intrust lion-heart maim онанизм тибетка шушуканье