1. f. Yavaş-yavaş yarpaqla örtülmək; yaşıllanmaq. Yaz girəndə ağaclar yarpaqlanmağa başlayır.
– Yarpaqlanır ağaclar, yaşıllanır yamaclar.
Çöllər, dağlar, yamaclar zümrüd xalçalarla döşənəcək, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq.
Arxın ağzındakı sahədə eninə-uzununa nizam ilə cərgələnmiş pambıq kolları iki qarışa qədər boy verərək yarpaqlanmışdı.
2. məch. İpəkqurduna yarpaq verilmək, yarpaq yedirilmək.
3. məch. Vərəqlənmək.