YARPAQLANMAQ


1. f. Yavaş-yavaş yarpaqla örtülmək; yaşıllanmaq. Yaz girəndə ağaclar yarpaqlanmağa başlayır.
– Yarpaqlanır ağaclar, yaşıllanır yamaclar. A.Səhhət.
Çöllər, dağlar, yamaclar zümrüd xalçalarla döşənəcək, çiçəklər açacaq, ağaclar yarpaqlanacaq. A.Şaiq.
Arxın ağzındakı sahədə eninə-uzununa nizam ilə cərgələnmiş pambıq kolları iki qarışa qədər boy verərək yarpaqlanmışdı. M.İbrahimov.

2. məch. İpəkqurduna yarpaq verilmək, yarpaq yedirilmək.
3. məch. Vərəqlənmək.
YARPAQLANMA
YARPAQLI

Digər lüğətlərdə