YARPAQSIZ

прил. пеш алачир, къацу тушир ва я пешер авахьнавай (мес. ттар).
YARPAQLILIQ
YARPAQSIZLIQ
OBASTAN VİKİ
Yarpaqsız akasiya
Yarpaqsız akasiya (lat. Acacia aphylla) — bitkilər aləminin paxlaçiçəklilər dəstəsinin paxlakimilər fəsiləsinin akasiya cinsinə aid bitki növü. Avstraliya üçün endemik növdür.
Yarpaqsız cuzqun
Yarpaqsız cuzqun (lat. Calligonum aphyllum) — qırxbuğumkimilər fəsiləsinin cuzqun cinsinə aid bitki növü. Şərqi Türküstan, Şərqi Çin və Aşağı Volqa sahillərindən təsvir edilmişdir. Hündürlüyü 2 m-ə qədər olan koldur. Yaşıl budaqlarının qabığı qırmızımtıl və ya alabəzək-qonur, mərciməkli, otvarı budaqları en kəsikdə dairəvi, nazik, yaşıl və ya açıq yaşıl, hamar, 2-6-ya qədər topa halında budaqların buğumlarından çıxır. Buğumarası hissələrin üst tərəfi ağ, pərdəvari, kənarlı, kütuclu, sonralar isə iki dilimə bölünən, qınvarı yarpaqaltlığı borusu ilə nəhayətlənir. Yarpaqları xırda, 2–3 mm uzunluqda, asan tökülən, yarımdairəvi, uc hissədən azca genişlənmişdir. Zoğları otvari, düz buğumlu, yarpaqsızdır. Çiçəklərin 2-si (1-3) birlikdə yarpaq qoltuğundan çıxaraq, uzunluğu 4–5 mm olan, çılpaq və aşağı yarısı buğumlu olan çiçək saplaqlarında yerləşir. Çiçək yanlığının hissələri qeyri-bərabər, xaricdəkilər enli-yumurtavari, uzunluğu 3 mm, arxa tərəfdən yaşıl, kənarlardan geniş, ağ bürüncəkli, daxildəkilər nisbətən ensiz, qısa və ağ, arxa tərəfdən çəhrayıdır.
Yarpaqsız öldürgən
Yarpaqsız öldürgən (lat. Anabasis aphylla) — bitkilər aləminin qərənfilçiçəklilər dəstəsinin pəncərkimilər fəsiləsinin öldürgən cinsinə aid bitki növü. Rusiya, Orta Asiya və İranda yayılmışdır. Xəzər dənizi sahillərində təsvir edilmişdir. Hündürlüyü 30-80 sm olan kolcuqdur. Oducaqlaşmış gövdələri və budaqları bozumtul qabıqla örtülüdür. Cavan zoğları şaxələnmiş, buğumlu, şirəli, çılpaq, yaşıl və ya göyümsov-yaşıldır. Yarpaqları pulcuqşəkilli, az gözə çarpandır. Çiçəkləri sümbülvari çiçək qrupunda tək-tək yerləşir. Çiçəkyanlığının uc yarpaqları meyvəvermə zamanı inkişaf edərək, sarımtıl və ya qırmızımtıl rəngli böyrəkvari qanadlara çevrilir, iki yarpaqcığı qanadsızdır.

Значение слова в других словарях