Labidostomis yarpaqyeyən böcəyi
Labidostomis yarpaqyeyən böcəyi (lat. Labidostomis montana) — Sərtqanadlılar dəstəsinə Yarpaqyeyənlər fəsiləsinə aid böcək növü.
Bədənin uzunluğu 8–9 mm. Böcəyin ön beli, döşü, qarnı, ətrafları, bığları tünd yaşıl rəngdə olub, qanadüstlüyü isə sarı – qəhvəyidir. Sağ çiyin hissəsində bir yaşıl xalı var.
Azərbaycanda Lerik, Yardımlı, Cəlilabad və Ordubad rayonlarında qeydə alınmışdır.
Meşə zonası əsas yaşayış yeridir, söyüd ağacının yarpaqları ilə qidalanır.
Lənkəran bölgəsindən 12 fərd, Ordubaddan isə 5 fərd tapılmışdır.
Meşələrin qırılması, qida bitkilərinin məhv edilməsi
Böcəyin yaşayış sahələri qorunmalıdır.
Azərbaycan Qırmızı Kitabı.1989 il.