YARIM
YARIMAC
OBASTAN VİKİ
Yarım günbəz
Yarım günbəz — bir binada yarı dairəvi bir sahə tutan və yarım günbəz şəklində olan bir memarlıq elementidir. Qədim Roma memarlığında apsislərdə, ənənəvi kilsə memarlığında, İslam memarlığındakı məscidlər və eyvanlarda tez-tez istifadə olunurdu.
Zənqi yarım
Zənqi yarım – Talış xalq mahnısı. Mahnı, SSRİ Xalq Artisti Rəşid Behbudovun ifasından sonra şöhrət qazanmışdır. Daha sonralar mahnı, İsrail Məmmədov və Azərbaycan xalq artisti Faiq Ağayev tərəfindən ifa olunmuşdur. Talışca "zanq" ( zənq ) sözü "ay ışığının suda əksi" anlamını verir. Talış xalqının qədim adətlərinə görə, qadınlar bir zamanlar öz həyat yoldaşları üçün oruc tuturmuşlar. Ay bədrlənib, suyun üzərində əksi görünəndə isə bayram edib, oruclarını açarmışlar. Mahnının mətnində adət öz əksini tapır. == Sözləri == == Xarici keçidlər == Rəşid Behbudov-Zənqiyar == Mənbə == Aydın Xan Əbilov. Bir Xalçanın İlmələri, Azərbaycanda yaşayan xalqların ədəbiyyat etnologiyası.
Səkkiz yarım (1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. == Film haqqında == Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım parçalanma müddəti
Yarım parçalanma müddəti (T1/2) — orqanizmdə dərman preparatının miqdarının 50%-ə (yarıya) qədər azalması üçün tələb olunan müddət və ya zaman. Müxtəlif dərman preparatlarında bu müddət müxtəlif olur. Beləki aspirin və ibuprofen preparatlarında yarım parçalanma müddəti təxminən 4, piroksikamda isə 24 saatdır.
Səkkiz yarım (film, 1963)
"Səkkiz yarım" (it. Otto e mezzo) — rejissor Federiko Fellininin filmi. == Məzmun == Rejissor Qvido Anselmi nüvə qəzasından sonra bəşəriyyətin xilası haqqında film çəkməyə hazırlaşır. Qvidonun bundan əvvəlki filmi böyük müvəffəqiyyət qazandığına görə prodüser belə hesab edir ki, bu film də ondan geri qalmayacaq. Dekorasiyalara milyonlarla pul xərclənib, neçə-neçə aktyorun siyahısı tutulub, ssenarist öz işini görməyə tam hazırdır, lakin Qvido bu filmi çəkməyə hazır deyil, o, özünə ilham mənbəyi axtarır. Səbəb onun həyatdan və sevgidən bezməsidir. Prodüserlər və kinostudiya ekran əsərinin çəkilişlərinin başlanmasını tələb edirlər. Film isə hələ ki, mövcud ola bilməz. Bu ekran əsərinin ideyasını Qvidonun həyatı, uşaqlıq xatirələri, sürrealistik görünüş və işıqlandırma təşkil edir, lakin bunun üçün hələ də ilham mənbəyi lazımdır. == Film haqqında == Filmin adının niyə məhz "Səkkiz yarım" olmasının izahının bir neçə cavabı var.
Yarım eşitsin məni (mahnı)
Yarım eşitsin məni — azərbaycanlı müğənni Aygün Kazımovanın mahnısıdır. Mahnının musiqisi bəstəkar Vaqif Gərayzadəyə aiddir. Xalq artisti Aygün Kazımova mahnını ilk dəfə 1988-ci ildə keçirilən "Bakı payızı"-88 mahnı müsabiqəsində ifa etmişdir. Bu mahnı ilə Aygün Kazımova "Bakı payızı"-88 mahnı müsabiqəsinin qalibi olmuşdur.
Sovet Azərbaycanının yarım əsrlik salnaməsi (film, 1970)
== Məzmun == Çoxseriyalı televiziya kinosalnaməsində Azərbaycanda sovet hakimiyyəti qurulandan sonrakı tarixi yol ekranda canlandırılır: 1926-cı ildə Bakıda ilk dəfə radionun fəaliyyətə başlaması, 1933-cü ildə Lökbatanda güclü neft fontanı vurması, Bakı neftçilərinin və bütövlükdə Azərbaycan xalqının 1941–1945-ci illər müharibəsi dövründə arxa və ön cəbhədə göstərdiyi qəhrəmanlıqlar, müharibədən sonra Sumqayıtda, Mingəçevirdə, Daşkəsəndə, Neft Daşlarında və Azərbaycanın digər şəhərlərində aparılan tikintilər və s. haqda söhbət gedir. Biz ekranda dahi bəstəkar Üzeyir Hacıbəyovu mikrofon qarşısında, evdə, konservatoriyada görürük. Görkəmli bəstəkar Fikrət Əmirovun "Sevil" operasına ilk baxışı, "Azad Qadın" abidəsinin açılış mərasimlərini izləyirik. Filmdə respublikamızın həyatı ilə bağlı bu və digər hadisələr barəsində də ətraflı danışılır. == Seriyalar == I seriya: Film 1917–1925-ci illərin hadisələrini əhatə edir. II seriya: Film 1926–1932-ci illərin hadisələrini ekranda canlandırır. III seriya: Film 1933–1940-cı illərin hadisələrini əks etdirir. IV seriya: Film 1941–1945-ci illərin hadisələrini əhatə edir. V seriya: Film 1946–1958-ci illərin hadisələrini ekranda canlandırır.

Значение слова в других словарях

вы́прядка зву́ко- напока́з обёртывать оби́дчивый прита́птываться сло́во в сло́во че́рез го́лову электропрово́дка безапелляцио́нно единобо́жие забре́дить капитули́ровать твоя́ bibliothèque hedge-warbler jack-lamp keepsake liquify maid of honour Nigra sapidity tip-and-run зачисляться мигом