YASLANMAQ

f.
1. Yayılmaq, sərilmək.
Bir gün yeməkdən sonra qoltuqlu sandalyaya yaslanaraq qəzet oxuyarkən Hacı Yunisin xidmətçisi yemək otağına girdi. A.Şaiq.
Yaslanıb samanın üstünə cansız; Yatır qaqqıltısız, ahsız, amansız. S.Vurğun.

2. Söykənmək, dayanmaq, sığınmaq.
Gəl, qəhrəman bala, gəl, körpə aslan; Eşqinlə döyünən sinəmə yaslan. S.Rüstəm.
Onlar da aşiqdi, heyrandı sənə; Yaslanmaq istərdi mavi köksünə. R.Rza.
Kiçik evlər … dikdirə yaslanıb sakit-sakit dururdu. Ə Əbülhəsən.

Синонимы

  • YASLANMAQ söykənmək — dayanmaq — sığınmaq
  • YASLANMAQ yayılmaq — sərilmək
YASLANMA
YASLATMA

Значение слова в других словарях