1. “Yaymaq”dan f.is.
2. is. Acıtmasız xəmirdən bişirilən nazik çörək.
[Telli] sobanı qalayıb sac asdı, yayma bişirməyə başladı.
□ Südlü yayma məh. – südlə düyüdən bişirilən xörək; südlüsıyıq.
[Tubu Gülnisəyə:] Bir az düyü arıtla, atana bir dövrə südlü yayma bişir.
3. is. tex. Metalı hərlənən vallar arasında saxlamaqla ona istənilən formanın verilməsi. Zavodun yayma sexi.