YAYILMAQ

f.
1. Öz əhatə, təsir, nüfuz dairəsini genişləndirmək, geniş sahə tutmaq, əhatə etmək; genişlənmək, intişar etmək. Xəstəlik yayıldı. Müharibə atəşi bir çox ölkələrə yayıldı. Daşqın suları hər tərəfə yayıldı.
– Yağ əridikcə közün üstünə damcılayıb cızıldayır, seyrək tüstü qalxıb sakit havada yayılır, həyəti kabab iyi bürüyürdü. İ.Hüseynov.

2. Hər tərəfdə eşidilmək, hər yerdə məlum olmaq. Xəbər çox tez yayıldı. Şöhrəti yayılmaq (məşhurlaşmaq).
– Mirzənin ölməyinin xəbəri şəhərə yayıldı. Ə.Haqverdiyev.
Yayılır ətrafa qarmonun səsi; Təmiz bir vicdanın saf zümzüməsi. S.Vurğun.

3. məc. Zahir olmaq, görünmək, gəlmək.
Birdən Leylanın çatılmış qaşları açıldı, üzünə bir təbəssüm yayıldı. Ə.Məmmədxanlı.

4. məc. dan. Çox sərbəst vəziyyətlə oturaraq və ya uzanaraq çoxlu yer tutmaq.
Nə yayılmısan divanda? – Hikmət İsfəhani qıçlarını uzadaraq kresloya yayıldığı halda və təsbeh çevirə-çevirə gözünün ucu ilə İranpərəstə baxdı. M.İbrahimov.

5. Yayğın hala gəlmək. Xəmir yayılmışdır.

Синонимы

  • YAYILMAQ genişlənmək
  • YAYILMAQ görünmək — gəlmək
  • YAYILMAQ 1. YAYILMAQ Mirzənin ölməyinin xəbəri şəhərə yayı idi (Ə.Haqverdiyev); AĞIZDAN-AĞIZA DOLAŞMAQ (fr.v.) Qəmərin gözəlliyi ağızdan-ağıza dolaşdı

Антонимы

  • YAYILMAQ YAYILMAQ – YIĞILMAQ Su kimi ürəyimə yayılır, sözün düzü (S.Rüstəm); Şah yedi doydu, süfrə yığıldı (M
YAYILMA
YAYILMIŞ

Значение слова в других словарях