yazı-oxusuz

yazı-oxusuz
yazı-oxulu
yazı-pozu
OBASTAN VİKİ
Yazı
Yazı — səsli dilin norma ilə qavrayışını təmin edən işarələr qrupu. Yazı bəşəriyyətin ən böyük kəşflərdən biri hesab olunur. Yazı daşın, sümüyün, perqamentin, kağızın üstündə yaşayır. Yazının yaranmasının çox qədim tarixi var. Bəşəriyyətin ilk dövründə ünsiyyət yalnızca şifahi formada idi. İlk yazı nümunələri 7000 ilə yaxın tarixə malikdir və o vaxtdan bu günə uzun inkişaf yolu keçərək bugünkü formaya gəlib çatmışdır. Lap qədimdən insanlar ayrı-ayrı qəbilə şəklində yaşamışlar. Bu qruplar arasında əlaqələr zəif olmuşdur, lakin sonrakı dövrlərdə ictimai quruluş formalaşdıqca insan qrupları arasında siyasi, iqtisadi, və s. əlaqələr yarandı. Tayfalar müəyyən məqsədlər üçün əlaqə saxlamalı oldular.
Mixi yazı
Mixi yazı — Eramızdan əvvəl III minilliyin ortalarında Şumerlərin istifadə etdikləri yazı mixi yazı adlanırdı. Mixi yazını gil lövhəciklər üzərində mıxla yazırdılar. Bu lövhəcikləri günəş şüaları altında qurudurdular. Gil lövhəcik üzərində yazmaq çətin idi, ona görə də ucu şiş çubuqla gili basıb onun üstündə kiçik cib şəklində cızıqlar çəkməyə başladılar. Qədim yazi növlərindən biridir. Vətəni Şumerdir. Mixi yazinin mənbəyi ideoqrafik yazı olmuşdur. Eradan əvvəl 4-cü minilliyin sonundan etibarən şumerliler müəyyən anlayışları bildirmək üçün daş və ya çiy gil üzərində basma üsulla çəkilmiş mixabənzər xətlərin kombinasiyalı şəkillərindən istifadə etmişlər. Mixi yazi kitabələrinin oxunmasina ilk dəfə alman alimi Q. Qrotefend başlamiş (1802), sonralar İngilis alimi Q. Roulinson, İrland alimi E. Xinks, Fransiz alimləri J. J. Oppert, Ş. Virollo, Alman alimi X. Bauer və s. bu işi davam etdirmişlər.
Yazı düzü
Yazı düzü — Azərbaycanın Qubadlı rayonu ərazisində Bazarçay ilə Həkəri çayı arasında yerləşən düz. Ərazidə erməni işğalına qədər heyvandarlıq, buğda, tütün və üzüm əkinçiliyi geniş yayılmışdı. Yazı düzündə XIV əsrə aid Cavanşir türbəsi yerləşir. Yazı düzünün adı "çöl, geniş düzənlik" mənasını verən qədim türk sözü "yazı" və Azərbaycan dilindən olan "düz" sözünün birləşməsindən əmələ gəlib. Azərbaycan ərazisində "yazı" hissəcikli toponimlərə daha çox rast gəlinir. Məsələn: Ağyazı, Qarayazı, Ağcayazı və digərləri. Qarabağ yaylasının cənub-şərq qurtaracağı olan Yazı düzü ərazidə 450 m-dək enərək maili və dalğalı İncə düzünə keçir. Üçbucaq şəklindədir. Uzunluğu 30–35 km-dir. Üst Pliosenin vulkanogen–prolüvial çöküntülərindən təşkil olunmuşdur.
Yazı lövhəsi
1. Yazı lövhəsi (clipboard) – Microsoft Windows, Apple Macintosh və OS/2 əməliyyat sistemlərində nəzərdə tutulmuş xüsusi yaddaş resursu. "Yazı lövhəsi"ndə, ora sonuncu köçürülmüş informasiya hissəsinin nüsxəsi saxlanılır. Verilənlərin "yazı lövhəsi"ndən cari proqrama ötürülməsi yapışdırma (PASTE) əməliyyatı vasitəsilə aparılır. "Yazı lövhəsi"nin köməyilə informasiyanı bir proqramdan başqasına da ötürmək olar. "Yazı lövhəsi" vasitəsilə köçürülmüş verilənlər statik olur və sonrakı dəyişiklikləri özündə əks etdirmir. Tut: SCRAP; Bax: CUT AND PASTE, DYNAMIC DATA EXCHANGE. 2. Planşet-bloknot – əsas giriş qurğusu işıq-qələm olan kompüter. İsmayıl Calallı (Sadıqov), "İnformatika terminlərinin izahlı lüğəti", 2017, "Bakı" nəşriyyatı, 996 s. EN Перевод на английский How does the Clipboard work with SwiftKey Keyboard for Android?
Yazı makinası
Makina (Çap maşını) — mexaniki, elektromexaniki və elektron-mexaniki cihaz. Klaviaturaya barmaq basmaqla mürəkkəbli lent vasitəsilə kağıza mətnlər yazılır.Bu maşın 1871-ci ildə Xristofer Latham tərəfindən icad edilib. Müasir dövrdə bir sıra qrafika növləri olduğu kimi, yazı növləri də vardır. Qrafika bütöv yazı sistemini əhatə edir. Yazının növləri isə tamamilə başqadır. Buraya, görməyən adamların qalın kağız üzərində açdıqları deşiklərdən ibarət yazı, Morze əlifbası deyilən yazı sistemi (bundan rabitə sistemində geniş istifadə edilir) də aiddir. Yazı növlərindən biri də daktilo yazısıdır. Daktilos- yunanca barmaq deməkdir. Barmaqlar vasitəsilə fikrin ifadə edilməsi kar-lalların əsas ünsiyyət vasitəsidir. Daktilo necə yaranmışdır?
Yazı masası
Yazı masası — məktəbdə, ofisdə, evdə və ya oxşar, oxu, yazma və ya kompüter kimi avadanlıqlardan istifadə etmək kimi akademik, peşə və ya məişət fəaliyyəti üçün istifadə olunan düz bir masa tərzi iş səthinə malik bir mebel parçasıdır.
Yazı sistemi
Yazı sistemi bir dildə olan elementləri və identifikasiya olunan vəziyyətləri təmsil etmək üçün istifadə olunan simvollar sistemidir.
Yazı dəsti
Yazı dəsti (yaxud şrift ailəsi) — ölçü, qalınlıq (məsələn, incə-qalın), maililik (məsələn, maili), genişlik (məsələn, dar) və s.ə görə fərqliliklər ehtiva edən letterinq dizaynı nümunəsi. Bu fərqliliklərin hər biri bir şrift deməkdir. Hal-hazırda minlərkə yazı dəsti mövcuddur və gün keçdikcə də yeniləri yaranmağa davam edir. Yazı dəsti incəsənəti və dizaynlarının istehsalı yazı dizaynı, yazı dəsti dizaynerləri isə yazı dizaynerləri adlanır və dizaynerlər, adətən, hərftökən emalatxanalarda işləyirlər. Hər bir yazı dəsti müxtəlif qliflər — hər biri ayrı-ayrılıqda bir hərf, rəqəm və yaxud digər işarə olan simvollar kolleksiyasıdır.
İeratik yazı
İeratik yazı (q.yun. ἱερατικά, hieratiká— keşişə aid olan) — qədim Misirdə istifadə edilən kursiv yazı sisteminə verilən ad. Bu, e.ə. III minillikdə baş tutan inkişafından e.ə. I minilliyin ortalarında demotik yazının yüksəlişinə qədər həmin dili yazmaq üçün istifadə olunan əsas yazı olmuşdur. İeratik yazı ilk növbədə papirus üzərində qamış qələmlə mürəkkəblə yazılmışdır. II əsrdə ieratik termini ilk dəfə yunan alimi İsgəndəriyyəli Klement tərəfindən bu qədim Misir yazı sistemini təsvir etmək üçün istifadə edilmişdir. Termin yunan dilindən "kahin yazısı" deməkdir (Şablon:Lang-grc-koi). Buna səbəb yazı üslubunun həmin dövrdə, səkkiz yarım əsrdən çox müddət ərzində ieratik ənənəvi olaraq yalnız dini mətnlər və ədəbiyyat üçün istifadə olunurdu. İeratik həm də "müqəddəs şəxslərin və ya idarələrin və ya onlarla əlaqəli" mənasını verən bir sifət kimi qəbul edilir.
Yazı (qeydə almaq)
Qara yazı (teleserial, 2019)
Qaya Yazı — Azərbaycanın çoxseriyalı televiziya serialıdır. Azadlığa qovuşandan sonra Gülsümün yalnız bir məqsədi var, həyatını alt-üst edənləri, onun oğlunu əlindən alanların cəzasını vermək.
Oraq, çəkic və yazı fırçası
Oraq, çəkic və yazı fırçası və ya oraq, çəkic və qələm — Şimali Koreyada hakim olan Koreya Fəhlə Partiyası bayrağında yer alan emblem və Çuçxe ideologiyasının simvolu. Kommunizmin klassik simvolu olan, proletariatı və əkinçiləri təmsil edən oraq və çəkic simvolu ilə yanaşı, Koreya gözəl yazı sənəti aləti və ziyalı təbəqəsini təmsil edən yazı fırçası əlavə edilərək yaradılmışdır. oraq, çəkic və yazı fırçası, istifadə baxımından Çuçxe fəlsəfəsinin simvolu kimi də tanınır. Marksist-Leninist əsaslara söykənən Çuçxe fəlsəfəsinin azərbaycanca qarşılığı "Müstəqil mövqe" və "özünü təmin etmək"dir. Şimali Koreyanın qurucusu Kim İr Sen, Çuçxe ideyası ilə doqmatizmi məğlub etməyi qarşısına məqsəd qoymuş, ideoloji sahədə özünü təmin etmək üçün əsas yaratmaq istəmiş və nəticədə Çuçxe konsepsiyası həyatın bütün sahələrinə daxil olmuş və təsir etmişdir. Çuçxe fəlsəfəsinə görə, insan onu digər varlıqlardan fərqləndirən yaradıcılıq, zəka və müstəqillik xüsusiyyətləri sayəsində inkişaf edir, öyrənir və daim irəliləyir. insan instinktlərindən kənarda, yalnız təhsil, müzakirə və yaradıcılıq təcrübəsi vasitəsilə irəliləyə bilər.