yaz-bahar 2021

yaz-bahar
yaz
yaz-qış
OBASTAN VİKİ
Yaz
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Bahar

Yaz Xan
Yaz ağçiçəyi
Yaz ağçiçəyi (lat. Leucojum vernum) - ağçiçək cinsinə aid bitki növü.
Yaz baharotu
Yaz fəsli
Yaz yaxud bahar - ilin 4 fəslindən biri. Şimali yarım kürədən mart və iyun Yazda ağaclar çiçək açır, hava istiliyi artmağa başlayır. Bu mövsümdə qar əriməsi və bol miqdarda yağışların yağması ilə su yataqları olan dərələr, göllər, Gölməçə və anbarlar su ilə dolar. Baharın xəbərçisi çiçəklərdir. Xüsusilə bu mövsümdə yerli hava depresiyanı alaraq meydana gələn hava dəyişikliklərində xalq arasında Qırx İkindi adı verilən leysan yağışları başlar. Bu yağışlarla şiddətli göy gurultusu, ildırım düşməsi, dolu təhlükəsi və sel fəlakətləri də görülər. Bəzən bu yağışlar cütçülərə çox zərər verər. İnsanlar üzərində də sağlamlıq baxımından mənfi təsirləri ola bilər. Yorğunluq, halsızlıq yazın insanlar üzərindəki mənfi təsirlərindəndir. Bu vəziyyətə tibb dilində qısaca bahar yorğunluğu deyilir.
Yaz mandraqorası
Yaz mandraqorası (lat. Mandragora vernalis) — quşüzümükimilər fəsiləsinin mandraqora cinsinə aid bitki növü.
Yaz xaçgülü
Yaz xaçgülü (lat. Senecio vernalis) — xaçgülü cinsinə aid bitki növü. Birillik, cavan vaxtı torvari-tüklü və ya yunvari, aşağı hissəyə doğru demək olar ki, çılpaq bitkidir. Kökümsovu milşəkilli, açıq qəhvəyi rənglidir. Gövdəsi (2) 15-60 (80) sm hündürlükdə, düz, çox vaxt tək, boş qalxanvari budaqlanandır. Gövdəətrafı yarpaqlar saplağa daralan, belvari və ya uzunsov-belvari, kənarları seyrək dişli; aşağı gövdə yarpaqları qısa saplaqlı, lələkvaribölümlü, hissələri uzunsov seyrək dişlidir; orta yarpaqlar oturaq, yuxarı yarpaqlar dar hissələrə lələkvari bölünmüşdür. Səbət boş qalxanvari-süpürgəvari çiçəkqrupundadır (nadir hallarda tək çiçək). Sarğı silindrvarizəngvari, 4-7 mm enində, solğun. Dilcikşəkilli çiçəklər qızılı-sarı, sarğıdan 2 dəfə uzundur. Toxumcaları silindrvari, 3 mm uzunluqda; kəkili ağ, toxumcadan 2 dəfə uzundur.
Yaz zirinci
Yaz zirinci (lat. Berberis vernae) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin zirinckimilər fəsiləsinin zirinc cinsinə aid bitki növü. Vətəni şimal-qərbi Çindir. Tyan-Şanın şərq (Çin) hissəsinin dağlarında yayılmışdır. Hündürlüyü 2 m-dək olan, yarımdərili yarpaqlı və uzun (5 sm-dək) iynələri olan koldur. 8 yaşında hündürlüyü 1,4 m-ə, çətirinin diametri 140 sm-ə çatır. Vegetasiyası aprelin ikinci yarısından oktyabrın ortalarına qədərdir. Yavaş böyüyür və 6 yaşından hər il çiçəkləyir, meyvə verir. İyunun ortalarında təxminn 10-12 gün çiçəkləyir. Meyvələri oktyabrın əvvəllərində yetişir.
Yaz çınqıllıqotu
Yaz çınqıllıqotu (lat. Rhinanthus vernalis) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin orobanşkimilər fəsiləsinin çınqıllıqotu cinsinə aid bitki növü. Hündürlüyü (8) 15-50 sm, gövdəsi düz, zəif tüklü və ya çılpaqdır, tünd rəngli uzununa cizgili və düyünaraları uzanmış olan birillik ot bitkisidir. Yarpaqları qarşı-qarşıya düzülmüş, oturaqdır, uzunsov-neştərvari, neştərvari və ya ensiz neştərvaridir, sivri, küt və ya demək olar ki, yastı dişcikləri olan mişarvari-dişlidir, təpə hissədə qısa daralmışdır, qısa tüklü və kələkötürdür. Tac açıq-sarı rəngdədir, uzunluğu 15-20 mm-dir, tacın borucuğu azacıq bükülmüşdür və kasacıqla eyni uzunluqdadır. Qutucuq ovalşəkillidir, kasacıqdan qısadır, uzunluğu 10-12 mm-dir. Toxumlarının uzunluğu 5 mm-ə qədər, oval, eni 1 mm-ə yaxın olan qanadı vardır. İyul İyul-avqust Azərbaycanda yayılması: BQ (Quba) BQ şərq, BQ qərb, KQ şimal, KQ mərkəzi, Nax. dağ. Orta və ya subalp qurşaqlarında.
Yaz yastıqotu
Yaz yastıqotu (lat. Draba verna) — bitkilər aləminin kələmçiçəklilər dəstəsinin kələmkimilər fəsiləsinin yastıqotu cinsinə aid bitki növü. Hündürlüyü 4-20 sm, gövdəsi nazik və çılpaq olan birillik ot bitkisidir. Yarpaqları uzunsov və ya uzunsovneştərvari olub, oturaqdırlar, qaidəsinə doğru tədricən daralmışdır, küttəhərdir, seyrək şaxəli tüklərlə örtülmüşdür. Ləçəklərinin uzunluğu 1,5–4 mm-dir, ağ rəngdədir. Qıncıqları ellipsvari və ya uzunsovellipsvaridir, uzunluğu 3–7 mm, eni 1,5–3 mm olub, uzun saplaq üzərindədir. Mart-aprel aylarında çiçəkləyir, aprel-may aylarında meyvə verir. Samur-Şabran oval., Qob., Kür-Araz oval., Kür düz., Nax. dağ., Lənk. dağ., Lənk.
Bahar (Beyləqan)
Bahar — Azərbaycan Respublikasının Beyləqan rayonunun Bahar qəsəbə inzibati ərazi dairəsində qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 22 may 2007-ci il tarixli, 345-IIIQ saylı Qərarı ilə Beyləqan rayonunun Bahar qəsəbəsi Qəhrəmanlı qəsəbə inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu qəsəbə mərkəz olmaqla, Bahar qəsəbə inzibati ərazi vahidi yaradılmışdır. == Toponimikası == 1965-ci ildən pambıqçılıq sovxozu yanında salınmış bu kənd rəmzi olaraq belə adlandırılmışdır. == Tarixi == == Coğrafiyası və iqlimi == Kənd Mil düzündə yerləşir. == Əhalisi == Əhali əsasən Cəbrayılın Horovlu kəndindən, Ermənistan Qəmərli rayonunun Qaraqoyunlu kəndindən, Vedi rayonundan köçüb gələn Azərbaycan türklərindən ibarətdir.
Bahar (Botiçelli)
Bahar (it. Primavera) — İtaliya İntibahı rəssamı Sandro Botiçellinin 1470-ci illərin sonu, 1480-ci illərin sonlarında tempera ilə işlədiyi rəsm əsəridir. Bahar "dünyada haqqında ən çox yazılmış və ən mübahisəli", həmçinin, "Qərb incəsənətinin ən məşhur rəsmlərindən biri"dir. Tabloda klassik mifologiyadan olan personajlar qrupu əks olunsa da, onları bir araya gətirəcək hansısa hekayə yoxdur. Bir çox sənətşünaslar rəsmin Baharın gəlişinə alleqoriya olmasını bildirsələr də, onun anlamı ilə bağlı fikirlər fərqlidir, əksər fikirlər isə əsəri, o dövrlərdə Florensiyanın intellektual dairələrini valeh etmiş İntibah Neoplatonizmi ilə əlaqələndirirlər. Rəsm əsəri, onu 1550-ci illərdə Florensiya yaxınlığındkı Villa Kastelloda görmüş Corco Vazari tərəfindən "Bahar" (Primavera) adlandırılmışdır. Bir-biri ilə əlaqəli olmasa da, Botiçellinin Uffitsi qalereyasında saxlanan "Veneranın doğulması" rəsmi kimi "Bahar" da, rəssamın mifologiyaya baxışının araşdırılmasında əsas mənbələr kimi istifadə edilir. "Bahar" dünyanın ən məşhur rəsm əsərlərindən biri olmaqla, həm də İtaliya İntibahının əsas simvollarından biridir; buna baxmayaraq sənətkarın "Veneranın doğulması" əsəri daha məşhurdur. Hər iki tablo antik dövrdən bəri klassik mifologiya subyektlərini böyük ölçülü tabloda əks etdirən ilk nümunələr olduğuna görə nadir hesab edilir. Hər iki əsərin Mediçi ailəsinin üzvü olan eyni şəxs tərəfindən sifariş edilməsi düşünülsə də, bu haqqda dəqiq məlumat yoxdur.
Bahar (Bottiçelli)

Bahar (Həmədan)
Bahar — İranın Həmədan ostanının Bahar şəhristanında şəhər, həmin şəhristanın inzibati mərkəzi. == Əhalisi == 2006-cı il əhalinin siyahıya alınmasına əsasən, şəhərin əhalisi 27,271 nəfər və 6,956 ailədən ibarət idi. Əhalisi əsasən azərbaycanlılardan ibarətdir. Şəhərdə bir neçə tarixi körpü, o cümlədən Aramand, Bahar, Rubat, Salehabad və Simin körpüləri yerləşir.
Bahar (Suraxanı)
Bahar – Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bəzi mənbələrdə adı yaşayış massivi olaraq da keçir.
Bahar (ad)
Bahar — Azərbaycanda daha çox işlədilən qız adı və dörd fəsildən biri olan yaz fəsilinin digər adı.
Bahar (dəqiqləşdirmə)
Yer adları Bahar (Beyləqan) — Azərbaycanın Beyləqan rayonunda kənd. Bahar (Suraxanı) — Bakının Suraxanı rayonunun inzibati ərazi vahidində qəsəbə. Bahar (Həmədan) — İranın Həmədan ostanında şəhər. Digər Bahar (yataq) Bahar (qəzet) Bahar fəsli — Yaz fəsli.
Bahar (yataq)
Bahar yatağı — qaz-kondensat yatağıdır. Bakı şəhərindən 40 km cənub-şərqə doğru dənizdə yerləşir. Bu yataq 1968-ci il mart ayının 21-də kəşf olundu. "Bahar" qaz-kondensat yatağı 1969-cu ildən sənaye işlənməsinə verilmişdir. Yataqda məhsuldar horizontlar Balaxanı, Fasilə, Qirməkiüstü qumlu, Qirməkialtı lay dəstələridir. İşlənmənin əvvəlindən 1 aprel 2011-ci il tarixinədək 203 quyu qazılmışdır. Toplanmış hasilat 1 yanvar 2011-ci il tarixinə 16,9 milyon ton kondensat, 12,9 milyard m³ qaz olmuşdur. Hazırda yataq onun işlənməsi layihəsinə 1 milyard dollar yatırmış Bahar Enerji Əməliyyat Şirkəti tərəfindən istismar olunur. Bura müəssisənin karbohidrogenlərin hasilatı ilə məşğul olan iki mədənindən (sexindən) biri sayılır. Baharda 11 özül fəaliyyət göstərir.
Erkən Bahar
Erkən bahar – Polyak yazıçı Stefan Zermoskinin məşhur əsəri. Mövzusu Bakı şəhərində cərəyan edir.
Məhəmmədtağı Bahar
Məhəmmədtağı Bahar (7 noyabr 1886, Məşhəd – 21 aprel 1951, Tehran) — İran şairi, Məlikəşüəra, Məşrutə hərəkatının üzvü. Məhəmmədtağı Bahar 6 noyabr 1886-cı ildə Xorasanda, Məşhəd şəhərində anadan olmuşdu. Anası İran gürcülərindən idi. Mükəmməl mədrəsə təhsili almışdı. Atası Mirzə Kazım şair idi. Səburi təxəllüsü ilə tanınmışdı. Məhəmmədtağı Bahar təxəllüsü ilə şeirlər yazırdı. Müzəffərəddin şah Qacar ona Məlikəşüəra ləqəbini verdi. Məhəmmədtağı Bahar 22 aprel 1951-ci ildə Tehranda vəfat edib.
Bahar oğlu
Bahar oğlu — xalq artisti, bəstəkar Eldar Mansurovun Heydər Əliyevin anadan olmasının 90 illik yubileyinə həsr etdiyi oratoriyası. Oratoriya "Xalqın baharı", "Dahi sərkərdə", "Heydərnamə" və "Bahar oğlu" adlı dörd hissədən ibarətdir. Oratoriyanın sözlərinin mətni əməkdar incəsənət xadimi şair Baba Vəziroğluya məxsusdur. Oratoriya ulu öndərin yubiley tədbirlərində xalq artisti, müğənni Mübariz Tağıyevin ifasında səslənib. == İstinadlar == == Xarici keçidlər == Bahar oğlu [Notlar] : oratoriya /musiqi E. Mansurov; söz. B. Vəziroğlu ; fortepiano üçün işləyəni Ə. Rzayev ; ifa M. Tağıyev.
Bahar novruzçiçəyi
Bahar novruzçuçəyi (lat. Primula veris) — bitkilər aləminin erikaçiçəklilər dəstəsinin novruzçiçəyikimilər fəsiləsinin novruzçiçəyi cinsinə aid bitki növü. == Botaniki xarakteristikası == Çoxillik ot bitkisidir. Qısa kökümsovları şaquli, dik yerləşib, uzunluğu 6-8 sm olmaqla, çoxillik şirəli, qaytanabənzər köklərə malikdir. Kök üstündə olan yarpaqları rozetşəkilli, uzunsov-tərsyumurtavari, qırışıq, kənarları çəpərli, yumşaq tükcüklü, mərkəzi damarı aydın görünən, şirəli və qanadlı saplağı vardır. Gövdəsi yarpaqsız, şirəli, hündürlüyü 15-30 sm, çiçəkqrupunun sonunda sadə birtərəfli çətirləri başı aşağı əyilmiş açıq-sarı rəngli burcuqlu çiçəkləri vardır. Meyvələri yumurtavarı çoxtoxumlu olmaqla, qutucuqda yerləşir. May-iyun aylarında çiçəkləyir, iyul-avqust aylarında isə meyvələri yetişir. Enliyarpaqlı və qarışıq meşələrdə, orta dərəcəli kolluqlarda, seyrək meşəliklərdə, meşə çəmənliklərində və talalarda yaşayır. Yarpaqlarını, bitki çiçəkləmə başladıqda əl ilə və ya bıçaqla toplamaq lazımdır.
Bahar Öztan
Bahar Öztan (11 avqust 1962, İskəndərun, Hatay ili – 21 mart 2024, Bodrum, Muğla ili) — türk aktrisa. == Həyatı == 11 avqust 1962-ci ildə İskəndərun rayonunda doğulub. Elidor şampunu reklamına çəkildikdən sonra film prodüserlərinin diqqətini çəkib. 1980-ci illərdə karyerasının ən parlaq dövrünü yaşayıb. Reklamalra çəkildikdə sonra ictimaiyyət arasında "qəmzəli gözəl" adı ilə tanınıb. 2023-cü ildən bəri bağırsaq xərçəngi ilə mübarizə aparırdı. 21 mart 2024-cü il tarixində vəfat edib.
İkinci bahar
İkinci bahar (teatr)