YAZMAQ
YEDDİ-YEDDİ
OBASTAN VİKİ
On yeddi
On yeddi — say sistemində ədədlərdən biridir. On altıdan sonra, On səkkizdən əvvəl gəlir. On yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Otuz yeddi
Otuz yeddi — say sistemində ədədlərdən biridir. Otuz altıdan sonra, otuz səkkizdən əvvəl gəlir. Otuz yeddi ədədi — sadə ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Qırx yeddi
Qırx yeddi — say sistemində ədədlərdən biridir. Qırx altıdan sonra, qırx səkkizdən əvvəl gəlir. Qırx yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Yeddi samuray
"Yeddi samuray" (yap. 七人の侍) — rejissor Akira Kurosavanın fəlsəfi-dram filmi. Yaponiya, XVI əsrin ikinci yarısı. Bir kəndin sakinləri xəbər tuturlar ki, onların kəndinə köçəri tayfa hücum etmək və arpa ehtiyatlarını götürmək istəyirlər. Onlar 3 kəndlini kəndi qorumaq üçün yalnız yeməyə razı olan samuray tapmağa şəhərə göndərirlər. Çünki kəndlilərin onların haqqını başqa cür ödəməyə imkanıları yox idi. Elçilər təcrübəli döyüşçü Kambey Simadanın oğrunu necə cəzalandırdığının şahidi olurlar. Kəndlilər bu iş haqqında ona danışırlar və Kambey onlara kömək etməyə razılaşır. Tezliklə Kambey özünə roninlərdən çox da böyük olmayan dəstə düzəldir. Onların arasında eləcə də Kambeyin şagirdi olmaq istəyən gənc samuray Kasusiro Okamoto və özünü samuray kimi qələmə verən, əslində isə sadəcə avara olan Kikutiyo də var.
Dünyanın Yeddi Möcüzəsi
Dünyanın yeddi möcüzəsi — Qədim dünyada inşa edilmiş Xeops ehramı, İsgəndəriyyə mayakı, Semiramidanın (Babilin) asma bağları, Artemis məbədi, Rodos heykəli, Halikarnas mavzoleyi adlı altı bina və Olimpdə Zevsin heykəli. Bunlar müxtəlif müəlliflər tərəfindən insanın etdiyi inanılmaz strukturlar olaraq "möcüzə" adlandırıldı. == 7-Möcüzənin siyahısı == == Xeops ehramı == E.ə 2500-cü illərdə inşa edildiyi təxmin edilən Xeops ehramı, dünyanın yeddi möcüzəsi arasında indiki dövrə çatan tək əsərdir. Misir fironu Xeops üçün mavzoley olaraq inşa edilmişdir. Təəssüf ki, quldurlar fironun dəfn olduğu otağa girməyi bacarıb, hökmdarın mumiyasını və qiymətli əşyalarını oğurlayıb qaçıblar. Ehramın sahəsi 2.6 milyon kubmetr, hündürlüyü isə 146,6 metrdir. Piramida 2,3 milyon əhəng daşından kəsilmiş daş bloklarla tikilib və ümumi çəkisinin isə 6,75 milyon ton olduğu ehtimal edilir. Herodotun verdiyi məlumata görə Xeops ehramı 20 ilə tikilmişdir. Xeops ehramı XX əsrə qədər dünyanın ən böyük binası idi. == Semiramidanın (Babilin) asma bağları == Semiramidanın asma bağları qədim Şərqin ən böyük və zəngin şəhəri olan Babildə yerləşirdi.
On yeddi kəmərbəst
On yeddi kəmərbəst: Şiə inancına görə, Həzrəti Əli tərəfindən kəmərləri bağlanan on yeddi övliaya verilən ad. Səlman Farsi Əmmar ibn Yasir Əbuzər əl-Ğəffari Abdullah ibn Abbas Malik Əştər Veysəl Qarani Məhəmməd ibn Əbubəkir Harim ibn Haris Abdullah ibn Yeddi-xəzai Abdullah ibn Ədiəl Əbu əl-Hişam Haris Şeybani Haşim ibn Ütbə Məhəmməd ibn Əbu Xəziqə Qəmbər Mürtəfi ibn Vəzza Səid ibn Qeys Digər bir rəvayətdə Həzrəti Əli öz oğullarının belini kəmərlə bağlayır.
Yeddi oğul istərəm…
Yeddi oğul istərəm — rejissor Tofiq Tağızadənin eyniadlı filmi. Film inqilabın qələbəsinə sidqi-ürəklə inanan və qələbə naminə canlarından belə keçməyə hazır olan qəhrəman oğullar — 20-ci illərin komsomolçuları haqqında romantik hekayətdir. Filmin yaradıcılarına Azərbaycan SSR Lenin komsomolu mükafatı (1970). Film xalq şairi Səməd Vurğunun "Komsomol poeması"nın motivləri əsasında çəkilmiş və Azərbaycanda sovet hakimiyyətinin qurulmasının 50 illiyinə ithaf olunmuşdur. Filmdə aktyor və rəssam Elçin Məmmədovun ilk işidir. Film Tofiq Tağızadənin 7-ci tammetrajlı filmidir. Əsərin müəllifi: Səməd Vurğun Ssenari müəllifi: Yusif Səmədoğlu Quruluşçu rejissor: Tofiq Tağızadə Quruluşçu operator: Rasim İsmayılov Quruluşçu rəssam: Nadir Zeynalov Bəstəkar: Xəyyam Mirzəzadə Səs operatoru: Vladimir Savin Rejissor: Tofiq Məmmədov Geyim rəssamı: Mais Ağabəyov Qrim rəssamı: V. Bereznyakov, Elbrus Vahidov Quraşdırılmış səhnələrin operatoru: Rasim İsmayılov Quraşdırılmış səhnələrin rəssamı: Mirzə Rəfiyev Montaj edən: Tamara Nərimanbəyova Redaktor: İntiqam Qasımzadə Rejissor assistenti: Mirzəbala Məlikov, M. Məmmədov Operator assistenti: Rafiq Kərimov, Ziya Babayev (Z. Babayev kimi) Rəssam assistenti: T. Abdullazadə, N. Viçina Çalır: Kinematoqrafiya Dövlət Simfonik Orkestri Dirijor: D. Ştilman Filmin direktoru: Davud Zöhrabov İşıqçı: A. Məmmədzadə (titrlərdə yoxdur) Rejissor köməkçisi: Almaz Mustafayeva (titrlərdə yoxdur) Həsən Məmmədov — Bəxtiyar Ənvər Həsənov — Cəlal Elçin Məmmədov — Mirpaşa Əbdül Mahmudov — Qasım Şahmar Ələkbərov — Qəzənfər Rafiq Əzimov — Şahsuvar Ələsgər İbrahimov — Zalımoğlu Həsənağa Turabov — Gəray bəy İsmayıl Osmanlı — Kələntər Zemfira İsmayılova — Humay Hamlet Xanızadə — Gizir Fərhad İsrafilov — Qəqəni Məmmədrza Şeyxzamanov — Kərəm Məhluqə Sadıqova — Əri ölən qadın Hacıməmməd Qafqazlı Əli Xəlilov — Axund Şirəli Məmmədsadıq Nuriyev — Kosa Hüseynağa Sadıqov — Keçi Nadir Əsgərov — Keçəl Eldəniz Zeynalov — Kəndli Süsən Məcidova — Qəqəninin anası Sadıq Həsənzadə Mikayıl Mirzə (Mikayıl Mirzəyev kimi) — Mürşüd N. Rəhimov Ramiz Məlikov — Hökumət nümayəndəsi Ədalət Nəsibov — Aşıq L. Əbdülrəhimov N. İsmayılov Sadıq Hüseynov — Kənd sakini A. Əliyev N. Dəmirov P. Rzazadə Fazil Salayev — Kənd sakini Abbas Rzayev — Kənd sakini Ömür Nağıyev — Kənd sakini (titrlərdə yoxdur) Sadıq Hüseynov — Axund Şirəli (Əli Xəlilov) (titrlərdə yoxdur) Ofeliya Sənani — Humay (Zemfira İsmayılova) (titrlərdə yoxdur) Yusif Vəliyev — Kərəm (Məmmədrza Şeyxzamanov) (titrlərdə yoxdur) Hüseynağa Sadıqov — Bayraqdar (Eldəniz Zeynalov) (titrlərdə yoxdur) Əliabbas Qədirov — Cəlal (Ənvər Həsənov) (titrlərdə yoxdur) "Ədəbiyyat və incəsənət" qəzeti. 10 oktyabr 1970-ci il. Азербайджанской ССР кинематография. Кино: Энциклопедический словарь / Гл.
Yeddi gözəl (dəqiqləşdirmə)
Yeddi gözəl — Nizami Gəncəvinin 1197-ci ildə yazdığı Xəmsə toplusuna daxil olan dördüncü poeması və 5 əsas əsərindən biri. Yeddi gözəl həmçinin bu mənaları ifadə edə bilər: Yeddi gözəl (balet) — Qara Qarayev tərəfindən 1949-1952-ci illərdə bəstələnmiş balet. Yeddi gözəl (film) — 1982-ci ildə çəkilmiş Azərbaycan filmi. Yeddi gözəl şəlaləsi — Qəbələ rayonunun ərazisində yerləşən şəlalə. Yeddi gözəl mağarası — Qobustanda yerləşən mağara.
Yeddi gözəl (film)
Saray münaqişələri, lirik duyğular, xeyirlə şərin mübarizəsi filmin süjetinin mayasını təşkil edir. Hadisələrin mərkəzində isə Aişə (Nataliya Bolşakova), Bəhram (Vadim Qulyayev) və Vəzir (Qali Abaydulov) obrazları durur. Kütləvi səhnələrdə Azərbaycan Dövlət Opera və Balet Teatrının solistləri və Bakı Xoreoqrafiya Məktəbinin yetirmələri çıxış edirlər. Kino əsəri SSRİ Xalq artisti, Sosialist Əməyi Qəhrəmanı, bəstəkar Qara Qarayevin parlaq xatirəsinə həsr olunmuşdur. Bu kinolent milli kino tariximizdə ilk film-baletdir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Film Nizami Gəncəvinin eyniadlı poemasının motivləri əsasında çəkilmişdir. Əsərin müəllifi: Nizami Gəncəvi, Qara Qarayev Bəstəkar: Qara Qarayev Librettonun müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Xoreoqrafiyanın müəllifi: Rəfiqə Axundova, Maqsud Məmmədov Ssenari müəllifi: Maqsud İbrahimbəyov, Rüstəm İbrahimbəyov Quruluşçu rejissor: Feliks Slidovker Quruluşçu operator: Aleksandr Tafel Quruluşçu rəssam: Elbəy Rzaquliyev, Rafiq Nəsirov, Arif Məhərrəmov Geyim rəssamı: Toğrul Nərimanbəyov Çalır: SSRİ Dövlət Kinematoqrafiya Komitəsinin Simfonik Orkestri Dirijor: Rauf Abdullayev Səs operatoru: Vladimir Savin Konsertmeyster: İ.Brodov Musiqi redaktoru: Mobil Babayev Rejissor: Q.Səlimov Operator: S.İsmayılov Qrim rəssamı: Firuzə İsmayılova İşıq ustası: M.Rəhmanov Rejissor assistenti: T.Mustafayeva Operator assistenti: Abbas Rzayev Rəssam assistenti: Y.Kirşner İnzibatçı: İ.Muşailov, R.Ağayev Redaktor: Nadejda İsmayılova Filmin direktoru: Aydın İmrani Nataliya Bolşakova (Natalya Bolşakova kimi) — Aişə Vadim Qulyayev — Bəhram Qali Abaydulov — vəzir Vera Nekrasova — gözəl Tamilla Məmmədova — gözəl Valentina Zeynalova — gözəl Svetlana Antoniçeva — gözəl İrina Yelizarova — gözəl Lidiya Brodova — gözəl Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə.
Yeddi
Yeddi — say sistemində rəqəm və eyni zamanda ədədlərdən biridir. Altıdan sonra, səkkizdən əvvəl gəlir. Yeddi rəqəmi müxtəlif xalqlar arasında müqəddəs rəqəm sayıldığından bu rəqəmlə başlayan çox söz birləşmələri və rəv ayətləri var. Məsələn: Yeddi oğul istərəm, yeddi samuray və s. Bir sıra xalqların folklorunda, yazılı abidələrində, ayin-mərasimlərində, inam-etiqadlarında, məişətlərinin bütün sahələrində yeddi sayı qədər fəal olanı yoxdur. Elə bu səbəbdəndir ki, yeddi sayının insanın maddi və mənəvi həyatındakı həm real, həm də sehrli mövqeyi və rolundan, təbiət mövcudluqları ilə əlaqəsindən qədərincə danışılmış, yazılmışdır. Şumerlərdə yeddi sayını bildirən işarə, eyni zamanda kainatın da işarəsi imiş. Belə ki, onların ucaltdıqları yeddi pilləli qüllə, sən demə, əslində yeddi səyyarənin, həftənin yeddi günün, yeddi böyük tanrının, yeddi küləyin, yeraltı dünyanın qapısının simvolu imiş. Hind kahinlərinin bildirdiyinə görə, ruhlar aləmi və materiya yeddi qütbdən ibarətdir. Kainat yeddi dairəyə bölünür, insanda yeddi fəaliyyət başlanğıcı var, ruh uşağın canına onun yeddi yaşı tamam olduğu vaxtdan hamilik etməyə başlayır, insanın bədənindəki əzalarda hər yeddi ildən bir dəyişmələr gedir.
Altmış yeddi
Altmış yeddi — say sistemində ədədlərdən biridir. Altmış altıdən sonra, altmış səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Altmış yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Doxsan yeddi
Doxsan yeddi — say sistemində ədədlərdən biridir. Doxsan altıdən sonra, doxsan səkkizdən əvvəl gəlir. == Riyaziyyatda == === Əsas hesablamalarda === Doxsan yeddi ədədi —tək ədəddir və eyni zamanda sadə ədəddir.
Səksən yeddi
Səksən yeddi — say sistemində ədədlərdən biridir. Səksən altıdan sonra, səksən səkkizdən əvvəl gəlir. Səksən yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 3, 29 və 87 ədədlərinə qalıqsız bölünür.
Yeddi Zirvə
Yeddi Zirvə (Seven Summits) — hər qitənin ən yüksək zirvələrindən ibarət qrup. Qafqaz dağlarının bir hissəsi Avropada, bir hissəsi Asiyada olduğundan Avropanın ən yüksək zirvəsi mövzusu mübahisəlidir. Eyni vəziyyət Avstraliya və Okeaniyaya da aiddir. Papua Yeni Qvineya adasının İndoneziyaya aid hissəsində Puncak Caya dağının hündürlüyü 4.884 metr, Avstraliyadakı Kostyuşka 2.228 metrdir.
Yeddi adalar
Yeddi adalar (rus. Семь островов) — Barens dənizində 7 adadan ibarət olan arxipelaq. Kola yarımadasından bir qədər aralıda, Xarlovka çayının mənsəbinin qarşı tərəfində yerləşir. Əsas qrup 5 adadan ibarətdir. Onlar materikdən Yeddiada Reydi boğazı ilə ayrılır. Bura Xarlovka, Veşyanka, Böyük və Kiçik Zelensov və kuvşina adaları daxildir. Liski adalarına daxil olan 2 ada isə 8 km cənub-şərqdə yerləşir. Birinci qrupa daxil olan adalar əsasən daşlıqlardan ibarətdir. Sahilləri hündür, ərazisi meşəsiz və boşdur. Ən iri adaları Xarlov və Veşnyakdır.
Yeddi ata
Yeddi ata (qaz. Жеті ата, «Yeddi baba»; qırğ. Жети ата, «Yeddi ata»; başqa mənası — «Yeddi əcdad»; başq. ете быуын) — qazaxların, qırğızların və başqırdların şəcərə (qaz. шежіре, qırğ. санжыра, başq. шәжәрә) sistemi. Adətə görə, insan ən azı öz yeddi birbaşa əcdadının (ata, baba, böyük baba, və s.) adlarını əzbər bilməli. Yeddi ata sistemidə bir-birinə üst-üstə düşən əcdadlar olanlar şəxslərin evlənməsi insest sayıldığına görə, belə hallara cəmiyyətdə pis baxılır. Həmçinin, bu sistem həm yazılı, həm də şifahi şəkildə nəsillərin tarixini saxlayaraq, xalqların kimliliyin və ya xəyali icmaların formalaşmasında rol oynayır.
Yeddi ağac
Yeddi ağac — Azərbaycanda əsasən yaz, payız ayları və ya bayramqabağı günlərdə uşaq və gənclər arasında geniş yayılan qədim oyunlardan biri. Yeddi ağac qırığı düzəldib qoyurlar bir daşın üstünə. Sanama və ya püşklə ayrılan oyunçu dayanır ağacın yanında və gözlərini yumur. Qalan oyunçular qaçıb gizlənirlər. Sonra pusquda duran oyunçu qaçıb gizlənənləri axtarır. Əgər axtarılan oyunçulardan biri gəlib ağacları qarışdırıb yerə tökərsə, oyun yenidən başlanır. Pusquda duran oyunçu ağacları qorumaq şərtilə bütün gizlənən yoldaşlarını tapmayınca bu oyundakı axtarıcı vəzifəsindən xilas ola bilmir. Elə ki, bütün gizlənən yoldaşlarını tapdı, o zaman ilk dəfə tapdığı yoldaşı onu əvəz edir. Oyun göstərilən qaydada yenidən davam edir.
Yeddi daş
Yeddi daş — Azərbaycanda əsasən yazqabağı (bayramqabağı) günlərdə, eləcə də digər fəsillərdə uşaq və gənclər arasında geniş şəkildə oynanılan qədim oyunlarından biri. Bu oyunu oynamaq üçün ta qədimdən yeddi yastı daş parçasından istifadə edərdilər. Lakin son zamanlar daş parçalarının əvəzində yastı şüşə parçalarından istifadə edirlər. Bu səbəbdən də bu oyun bir çox hallarda "Yeddi şüşə" adlandırılır.
Yeddi gözəl
Yeddi gözəl (fars. هفت پیکر‎, translit. Həft Peykər) — Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan dördüncü poema. Əsər 1197-ci ildə, fars dilində yazılmışdır. Nizami bu poemanı Ağsunqurlar sülaləsindən olan Marağa hakimi Əlaəddin Körpə Arslana həsr etmişdir. Poemanın adını hərfi şəkildə həm "Yeddi Portret", həm də "Yeddi Gözəl" kimi tərcümə etmək olar. Əsərin adında metaforizm vardır. Nizami bilərəkdən söz oyunu edərək, əsərə bu cür iki anlamlı ad vermişdir. Poema həm də "Yeddi Gümbəz", Baburnamədə "Həft Elahah" (azərb. Yeddi İlahə‎) adı ilə tanınır.
Yeddi müdrik
Yeddi yunan müdriki (yun. Οἱ ἑπτὰ σοφοί) — miladdan öncə VII — VI əsrdə yaşamış və müdrikliyi ilə tanınmış Qədim Yunan qanunvericiləri, ictimai və dövlət xadimləri. Yunan fəlsəfəöncəsi dövrünün nümayəndələri idilər. Yunan fəlsəfəsinin yaranmasında onların çox böyük rolu olmuşdur. Bu insanlar öz müdriklikləri ilə seçilmiş, yunan ictimai fikrində dərin iz qoya bilmişdirlər. Tarixçilər “Yeddi müdrik” kimi Fales, Pittakus, Bias, Solonun adını qeyd edirlər. Qalan üç nəfərin adları isə müxtəlif şəkildə verilir. Məsələn, Platona görə (“Protaqoras” dialoqu) onlar Kleobulos, Mison, Xilon’dur. Başqa müəlliflər Misonu deyil, Perianderi müdrik kimi göstərmişdirlər. Diogenes Laertius isə bir çox müdrik insanların adlarını çəkmişdir ki, onların arasında həmin “Yeddi müdrik” sayılanlar da ola bilərdir.
Yetmiş yeddi
Yetmiş yeddi — say sistemində ədədlərdən biridir. Yetmiş altıdən sonra, yetmiş səkkizdən əvvəl gəlir. Yetmiş yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir. Belə ki, 1, 7, 11 və 77 ədədlərinə qalıqsız bölünür.
İyirmi yeddi
İyirmi yeddi — say sistemində ədədlərdən biri. İyirmi altıdan sonra, İyirmi səkkizdən əvvəl gəlir. İyirmi yeddi ədədi — mürəkkəb ədəd olmaqla yanaşı həm də tək ədəddir.
Əlli yeddi
Əlli yeddi — say sistemində ədədlərdən biridir. Əlli altıdan sonra, əlli səkkizdən əvvəl gəlir. Əlli yeddi ədədi —tək ədəddir və eyni zamanda mürəkkəb ədəddir.
Fivə qarşı yeddi
"Fivə qarşı yeddi" (yun. Ἑπτὰ ἐπὶ Θήβας) — qədim yunan mifologiyasının klassik süjetlərindən biri, Fiv taxtının varisləri, atası Edip olan Eteokl və Polinik qardaşları arasında əfsanəvi qarşıdurma. Yeddi qəhrəmanın Fivə qarşı yürüşü qardaşı Eteoklu devirərək Poliniki yenidən taxta çıxarmaq istəməklərindən baş tutmuşdur. Arqoslu Adrast istisna olmaqla, onların hamısı ölmüş, lakin onların qisasını oğulları və varisləri epiqonlar almışdır.
Yeddi Fivə qarşı
"Fivə qarşı yeddi" (yun. Ἑπτὰ ἐπὶ Θήβας) — qədim yunan mifologiyasının klassik süjetlərindən biri, Fiv taxtının varisləri, atası Edip olan Eteokl və Polinik qardaşları arasında əfsanəvi qarşıdurma. Yeddi qəhrəmanın Fivə qarşı yürüşü qardaşı Eteoklu devirərək Poliniki yenidən taxta çıxarmaq istəməklərindən baş tutmuşdur. Arqoslu Adrast istisna olmaqla, onların hamısı ölmüş, lakin onların qisasını oğulları və varisləri epiqonlar almışdır.
Dövri sistemin yeddinci periodu
7-ci period elementləri — yeddinci periodda yerləşən elementlərdir. Bu periodda Lantanoidlərlə birlikdə 32 element yerləşir. Perioddakı elementlərin hamısı Radioaktiv elementlərdir. Periodda Yer kürəsində təbii halda ən ağır element olan Uran elementi yerləşir.
Dünyanın yeni yeddi möcüzəsi
== Xarici keçidlər ==
Düzgün yeddibucaqlı
Düzgün yeddibucaqlı-yeddi tərəfi olan düzgün çoxbucaqlıdır. == Xassələri == Xarici bucaqların ölçüləri eynidir Daxili bucaqlarının ölçüləri eynidir Tərəflərin uzunluqları eynidir == Diaqonalları == Düzgün yeddibucaqlının diaqonallarının sayı 7 ⋅ ( 7 − 3 ) 2 = 14 {\displaystyle {\frac {7\cdot (7-3)}{2}}={14}} == Perimetri == t {\displaystyle t} — Düzgün yeddibucaqlıda təfəfi, R {\displaystyle R} — xarixaricinə kəçilmiş radius, r {\displaystyle r} —daxilinə çəkilmiş radius olarsa. P = 7 t = 14 R sin ⁡ π 7 = 14 r sin ⁡ π 7 {\displaystyle P=7t=14R\sin {\frac {\pi }{7}}=14r\sin {\frac {\pi }{7}}} .
Göyün yeddinci qatında (Tres metros sobre el cielo)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Göyün yeddinci qatında (film, 2010)
Göyün üçüncü qatında (isp. Tres metros sobre el cielo) — rejissoru Fernando Qonzales Molina olan ispan filmidir. Baş rollarda Mario Casas, Alvaro Servantes, Marina Salas, Mariya Valverde, Andrea Duro, Nerea Kamaço, Luis Fernandez, Dieqo Martin çıxış edir. İtalyan yazıçısı Federiko Moccianın eyniadlı romanı əsasında çəkilən film 2010-cu ilin dekabrın 3-də səhnəyə qoyulmuş və qısa zaman ərzində İspaniyada ilin ən çox gəlir əldə edən filmlərindən olmuşdur. == Film haqqında == "Göyün yeddinci qatında" filmi yeniyetmələr üçün nəzərdə tutulmuş, iki gəncin bir-birinı qarşı olan hisslərini təsvir edən, romantik-dram janrında olan filmdir. Hugo Livera Castro –Açe (Mario Casas) azadlığı və sürəti sevən, dünyadan sonuna qədər yaşamaq , istifadə etmək istəyən, hər şeyini ən yaxın dostu Pollo (Alvaro Cervantes) ilə bölüşən dəliqanlı bir gəncdir. Babinin (Mariya Valverde) özenə görə rahat bir dunyası vardır. Yaxşı vəzifədə çalışan valideynləri vardır ki , onu yaxşı geyindirirlər, yaxşı təhsil aldırırlar, ümümilikdə qız olmanın nə ayrıcalıqları varsa hamısını yaşadırlar. O, öz rəfiqəsi Katina (Marina Salas) ilə birgə şəhərin ən tanınmış və ər adamın daxil ola bilməyəcəyi kollecdə təhsil alırlar. Bundan başqa Babi çox təhlükəli biri olan Mara (Andrea Duro) ilə düşməndir.
Göyəzən dağında Yeddibürclü qala
Yeddibürclü qala — Qazax rayonu ərazisindəki Göyəzən dağınin ətəyində yerləşən qala. İstehkam dağın sıldırım hissəsinə söykənərək yerli daşdan hörülmüş enli divarlara malikdir. Qala divarında yeddi bürc vardır, ona görə də ona yeddibürclü qala da deyirlər. Divarları və bəzi bürcləri yaxşı qalmışdır. Giriş hissəsi iki bürcün arasında cənub hissədə yerləşmişdir. Qalanın içində müxtəlif təyinatlı tikili qalıqları və su toplamaq üçün qurğular mövcuddur. Qalanın VIII əsrin ortalarında ərəblər, XIII əsrdə isə monqollar tərəfindən tar-mar edildiyi söylənir. Ətrafda qazıntı işləri aparılmışdır.
Güllücə-i Yeddibulaq (Miyanə)
Güllücə-i Yeddibulaq (fars. گلوجه يدي بلاغ‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə yaşayışı yoxdur.
On yeddi yaşlı oğlan (film, 1985)
Film çeçen xalqının igid oğlu, Sovet İttifaqı Qəhrəmanı, pulemyotçu Xanpaşa Nuradilovun qısa, lakin şərəfli həyat yolundan bəhs edir. Film Mərkəzi televiziyanın (Moskva) sifarişi ilə çəkilmişdir. Ssenari müəllifi: Faiq Ağamalıyev, Vaxa Matiyev, V. Fyodorov Quruluşçu rejissor: Rüfət Şabanov Quruluşçu operator: Arif Nərimanbəyov Quruluşçu rəssam: Arif Əbdürrəhmanov Bəstəkar: Leonid Vaynşteyn Səs operatoru: Kamal Seyidov Səid Pitsiyev-Xanpaşa Natəvan Məmmədova-Məleykə İsfəndiyar Quliyev-Rüstəm Şahmar Ələkbərov-Salman Svetlana Seleznyova-Anya Nikolay Barmin-Hərbi həkim Sanya Soloduxin Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər. Bakı: Mütərcim, 2004, səh. 288.
On yeddinci simfoniya (Motsart)
Simfoniya No. 17 G Majorda — Volfqanq Amadey Motsart tərəfindən 1772-ci ilin mayında, bəstəkarın 16 yaşında ikən tamamladığı üç simfoniyadan ikincisidir, bəzi hissələrinin daha əvvəl yazıldığı ehtimal olunur. Motsartın on yeddinci simfoniyası üç hissədən ibarətdir.
On yeddincı sülalə (Misir)
XVII sülalə — ikinci aralıq dövrdə Qədim Misiri idarə edən sülalələrdən biri (e.ə. 1580–1550). İkinci aralıq dövr xaosla xarakterikdir. Sosial-iqtisadi tənəzzül vahid, mərkəzləşdirilmiş dövlətin qurulmasına imkan vermirdi. Aşağı Misirə hiksoslar hakimlik edirdi. Nil deltası və axarı boyu yarı-müstəqil nomlar onlardan aslı vəziyyətdə idi. XVII sülalənin fironları Tebesdə hökmdarlıq edirdilər. 2012-ci ilin mart ayında Karnakdakı Amun-Re məntəqəsində aşkar edilən bir əhəngdaşı qapısını araşdıran Fransız arxeoloqlar XVII sülalədən olan Ahmos Senaxtenre adına rast gəlirlər. Bu tapıntı Ahmosa aid ilk abidədir. Bu xanədanlığın son hökmdarları II Sekenenra Taa və Kamos hiksoslara qarşı müharibəyə başladılar.
Otuz yeddinci simfoniya (Motsart)
Otuz yeddinci simfoniya Volfqanq Amadey Motsart tərəfindən yalnız giriş hissəsi yazılan, qalan hissələri digər Avstriya bəstəkarı İohann Mixail Qaydnıya məxsus, 1783-cü ilə aid edilən musiqi əsəridir. Volfqanq Amadey Motsartın ölümündən sonra, onun sənədləri arasında köhnə Motsart nəşrində 37 nömrəli Simfoniya olaraq xatırlanan Köxel kataloqunda 444 nömrəsi ilə qeydə alınan bir simfoniya tapılmışdı. Otuz yeddinci simfoniya uzun müddət Motsartın əsəri hesab olunurdu, lakin Lotar Perger 1907-ci ildə sübut etdi ki, Motsart bu simfoniyanın yalnız giriş hissəsini (Adagio maestoso) bəstələmişdi; qalan hissələr isə İohann Mixail Qaydn tərəfindən 1783-cü ilin may ayında Salsburq şəhərindəki Mixaelbeuern monastrına yeni abbatın vəzifəyə təyin olunması ilə əlaqədar bəstələnmiş 25 nömrəli simfoniyadır. Musiqişünasların fikrincə, 3-cı və 37-ci simfoniyalar arasındakı ziddiyyət belə deməyə əsas verir ki, Mosart otuz yeddinci simfoniyanın əsl və yeganə bəstəkarı olsaydı, bu simfoniya, ehtimal ki, 1783-cü ildən xeyli əvvəlki tarixə aid olmalı idi. 1780-ci illərin əvvəllərində Volfqanq Amadey Motsart çoxsaylı Vyana konsertləri üçün həm özünün, həm də digər bəstəkarların yeni və köhnə əsərlərindən istifadəyə ehtiyac duymuşdu. Mənbələrə görə Motsart 4 noyabr 1783-cü ildə, atası Leopolda yazdığı bir məktubda "Əlimdə simfoniya yoxdur, buna görə tələsməli və bəstələməliyəm" deyir. Bəzi tədqiqatçılar iddia edirlər ki, əslində Volfqanq Amadey Motsart uzun müddət M. Qaydnın yaxın dostu idi və 1783-cü ildə, M. Qaydn xəstələnəndə və arxiyepiskop Koloredonun tələb etdiyi kompozisiya əsərini tamamlamaq üçün bu əsəri dostundan satın almışdı. Digər musiqişünasların fikrincə isə, vaxt çatışmazlığına görə Motsart İohann Mixail Qaydnın 25-ci simfoniyasının surətini çıxarmış, amma bu əsərə Adagio maestoso tempində yeni bir giriş yazmışdı. Motsartın təqdimatı ilə simfoniyanın ifası təxminən 15 dəqiqədir. Neal Zaslaw: Mozart’s Symphonies.
Qətldən yeddi gün sonra (film, 1991)
Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
Qətldən yeddi gün sonra
Burada keçmiş SSRİ-nin paytaxtında general ailələrindən birində baş verən faciəli hadisədən danışılır. Ailənin timsalında o vaxtkı sovet cəmiyyətinin modeli verilmişdir. General Mixail Romanoviçin (Yuri Yakovlev) beynəlmiləl ailəsində faciə baş verir. Onun qızlarından biri (Olqa Bulanova) şəhər kənarındakı bağında qətlə yetirilir. Təhqiqat materiallarına əsasən generalın sürücüsü Raufdan (Fəxrəddin Manafov) şübhələnirlər. Amma sonra məlum olur ki, qızı öz bacısı (Tatyana Lyutayeva) qətlə yetiribmiş... Bu çirkin ailə əhvalatını ört-basdır etmək üçün filmin personajları dəridən-qabıqdan çıxırlar. Bir dam altında yaşamalarına baxmayaraq ailə faktiki olaraq dağılır. Film qəhrəmanların başına gələn bəla nəticəsində şəxsiyyətin mənəvi böhranını açıb göstərir. Film Jorj Simenonun hekayəsinin motivləri əsasında çəkilmişdir.
Yeddiillik müharibədə Şimali Amerika cəbhəsi
Fransız-hindu müharibəsi — 1754-1763 illəri arasında Şimali Amerikada İngiltərə ilə Fransa arasında müharibə idi. Müharibə yeddiillik müharibənin Şimali Amerika hissəsini əhatə edirdi. Müharibə Britaniya Amerikası müstəmləkələri ilə Yeni Fransa müstəmləkələrinin qarşı-qarşıya gəlməsi ilə başladı. Hər iki tərəfdə - Böyük Britaniya və Fransa qüvvələri və Amerikan Hindi müttəfiqlərinin hərbi qüvvələri tərəfindən dəstəkləndi. Müharibənin əvvəlində Fransanın Şimali Amerika koloniyalarında təxminən 60.000 mühacir və ingilislərin Şimali Amerika koloniyalarında 2 milyon mühacir var idi. Sayları az olan fransızlar xüsusilə hindilərə bağlı idi. 1756-cı ildə Avropa ölkələri bir-birlərinə müharibə elan etdilər, aylarla davam edən yerli qarşıdurmalardan sonra müharibəni qitələrarası münaqişə ilə regional bir məsələyə çevirdilər.
Ağbəniz və yeddi cırtdan (film, 1937)
Ağbəniz və yeddi cırtdan (ing. Snow White and the Seven Dwarfs) — 1937-ci ildə istehsal olunmuş cizgi filmidir. "Ağbəniz və yeddi cırtdan" cizgi filmi "Walt Disney Pictures" studiyası tərəfindən istehsal edilmiş Disneyin ilk klassik qısametrajlı cizgi filmidir. Cizgi filmi Qrimm qardaşlarının eyniadlı əsəri əsasında hazırlanmışdır.
Yeddi gözəl (Qara Qarayev)
"Yeddi gözəl" — Qara Qarayev tərəfindən 1949–1952-ci illərdə bəstələnmiş balet. Dörd pərdəli baletin librettosu XII əsr Azərbaycan şairi Nizami Gəncəvinin 1197-ci ildə tamamladığı "Yeddi gözəl" poeması əsasında İsmayıl Hidayətzadə, Yuri Slonimski və Sabit Rəhman tərəfindən yazılmışdı. İlk səhnələşdirmənin xoreoqrafı Pyotr Qusevdir. Baletin premyerası 6 noyabr 1952-ci ildə Azərbaycan Dövlət Akademik Opera və Balet Teatrında keçirilmişdir. 1959-cu ildə Moskvada Azərbaycan incəsənəti ongünlüyü ərəfəsində baletin yeni musiqi-səhnə redaksiyası işlənmişdir. Əvvəlki dörd pərdəlik kompozisiya, librettoda bəzi süjet dəyişikləri, musiqinin ixtisarı hesabına üç pərdəyə endirilmişdi. Lakin əsərin mərkəzində qoyulan ideya, əsas dramatik xəttlər qorunub saxlanmışdı. 1964-cü ildə balet yenidən redaksiya edilmişdi. Əsərin fabulasında və musiqi dramaturgiyasında əhəmiyyətli bir dəyişikliyə yol verilməsə də, bu redaksiya xarakterlərin daha aydın və qabarıq verilməsinə imkan vermişdi. "Yeddi gözəl" poeması, öz yaradıcılığı ilə şeirə yeni ruh verib, onu sarayların məngənəsindən qurtararaq, ümumxalq sərvətinə çevirmiş dahi şair Nizami Gəncəvinin "Xəmsə"sinə daxil olan beş poemadan (məsnəvidən) dördüncüsüdür.

Значение слова в других словарях