YELLƏNMƏK

f.
1. Yelləncəyə minib o yan-bu yana hərəkət etmək. Yelləncəkdə yellənmək.
2. Tərpənmək, yırğalanmaq.
Beşik baxmaz heç bir kəsə; Qulaq verir gələn səsə; Nənə bir nəğmə söyləsə; Yel olur, yellənir beşik. Ə.Cavad.

// Dalğalanmaq, əsmək.
[Qızıl Ordunun] başı üstündə həqiqi azadlığın əbədi rəmzi olan qızıl bayraqlar yellənirdi. M.İbrahimov.

3. məc. Avaralanmaq, veyillənmək, boşboş gəzmək. Bikar-bikar yellənib gəzir.
4. Yel buraxmaq.
◊ Yellənib uçmaq – ruhlanmaq, bir yerə getməyə can atmaq.
[Şərəfnisə xanım Şahbaz bəyə:] Firəng qızları başlarına örtən təsəklər mənə lazım deyil, al Parijdə onların başlarına ört ki, Qarabağdan onların havasına yellənib uçursan. M.F.Axundzadə.

Синонимы

  • YELLƏNMƏK 1. YELLƏNMƏK, TƏRPƏNMƏK, YIRĞALANMAQ 2. yellənmək bax dalğalanmaq
  • YELLƏNMƏK tərpənmək — yırğalanmaq
  • YELLƏNMƏK dalğalanmaq — əsmək
  • YELLƏNMƏK avaralanmaq — veyllənmək
YELLƏNMƏ
YELLƏNTİ

Значение слова в других словарях