YENGİCƏ

zərf Yenicə, az əvvəl.
YENGİ
YENGİYETİŞMİŞ
OBASTAN VİKİ
Yengicə
Yengicə (Qəbələ) — Qəbələ rayonunda kənd. Yengicə (Şərur) — Şərur rayonunda kənd. Sırt Yengicə — Qəbələ rayonunda kənd. Yengicə (Dərələyəz) — Keşişkənd rayonunda kənd. Yengicə (Vedi) — Vedi rayonunda kənd. Yengicə (Zəngibasar) — Zəngibasar rayonunda kənd. Yengicə (Azərşəhr) — Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanında kənd Yengicə (Barıq) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd Yengicə (Bukan) — Yengicə (Əcəbşir) — Şərqi Azərbaycan ostanının Əcəbşir şəhristanında kənd Yengicə (Salmas) — Qərbi Azərbaycan ostanının Salmas şəhristanında kənd Yengicə (Sayınqala) Yengicə (Sumay-i Şimali dehistanı) Yengicə (Vərzəqan) — Şərqi Azərbaycan ostanının Vərzəqan şəhristanında kənd Yengicə-i Sadat (Mərənd) Yengicə (Tuzxurmatu) — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd.
Sırt-Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Sırt Yengicə
Sırt Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Sırt Yengicə kəndi Laza kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Sırt Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. Yaşayış məntəqəsini rayonun ərazisindəki digər Yenicə kəndindən fərqləndirmək məqsədilə və yüksəklikdə yerləşdiyinə görə belə adlandırmışlar. Oykonim "yüksəklikdə yerləşən Yengicə kəndi" mənasındadır. Sırt Yengicə adınının toponimik araşdırmalarına görə alimlər bildirir ki, Sırt "dağın beli" və Yengicə isə "təzəcə, yenicə" sözlərinin mənasını verir. Yəni "sırtda yaranmış yeni kənd" deməkdir. Kənd Dəmiraparançayın sahilində, Əyriçay-Öndağ silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 407 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini qoyunçuluq təşki ledir. Eyni zamanda kəndin geniş taxıl sahələri də vardır.
Yengicə (Azərşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Azərşəhr şəhristanı (Tufarqan) ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 2.190 nəfər yaşayır (599 ailə).
Yengicə (Barıq)
Yengicə (fars. ینگجه‎) — Qərbi Azərbaycan ostanının, Miyandoab şəhristanının, Barıq bəxşinin, Qərbi Acurlu dehestanında kənd. 2006-cı il məlumatına görə kənddə 196 nəfər yaşayır (43 ailə). Əhalisi etnik azərbaycanlıdır və azərbaycan dilində danışır.
Yengicə (Bostanabad)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Bostanabad şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 347 nəfər yaşayır (78 ailə).
Yengicə (Bukan)
Yengicə (fars. ينگي كند‎) — İranın Qərbi Azərbaycan ostanının Bukan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 444 nəfər yaşayır (73 ailə).
Yengicə (Dərələyəz)
Yengicə — İrəvan quberniyasının Şərur-Dərələyəz qəzasında, indi Keşişkənd (Yeğeqnadzor) rayonunda kənd. Ermənistan SSR Ali Soveti Rəyasət Heyətinin 10.IX.1964-cü il fərmanı ilə adı dəyişdirilib Qandzak qoyulmuşdur. Rayondakı Qnişik kəndindən 3–4 km şimal-şərqdə, Daşxaç dağının yaxınlığında yerləşirdi. Kənd XIII əsrdən xatırlanır və kəndin VIII–IX əsrdə mövcud olduğu göstərilir. "İrəvan əyalətinin icmal dəftəri"ndə Yenicə kimi, Qafqazın 5 verstlik xəritəsində Yengicə formasında qeyd edilmişdir. 1946-cı ildə kənd Qanzak adlandırılmışdır. 1950-ci ildə əhalisi Azərbaycana köçürüldükdən sonra kənd dağılmışdır. İlk dəfə 1728-ci ildə adı çəkilir. Keçmişdə Yengicə (türk dillərində yengitəzə, yeni) və Yenicə dedikdə oturaq kənddən bir qrup ailənin (yaxud bir nəsilin) həmin kəndə məxsus icma torpağında yaratdığı məntəqə nəzərdə tutulurdu.Yengicə (və Yenicə) adlandırılan belə məntəqə ana kəndin tərkib hissəsi olaraq qalırdı və vergini də birlikdə verirdi. Relyef əsasında yaranan toponimdir.
Yengicə (Heris)
Yengicə (fars. ينگجه‎) - Şərqi Azərbaycan ostanının Heris şəhristanının Xoca bəxşinin Qərbi Bedustan dehestanında yerləşən kənd. 11 avqust 2012-ci il tarixinin zəlzələdən ziyan görmüş kəndlərdəndir. 2006-cı il məlumatına görə kənddə 151 nəfər yaşayır (31 ailə).
Yengicə (Həştrud)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Həştrud şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 311 nəfər yaşayır (79 ailə).
Yengicə (Marağa)
Yengicə (fars. ‎‎‎ينگجه‎‎) — İranın Şərqi Azərbaycan ostanının Marağa şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 1,460 nəfər yaşayır (350 ailə).
Yengicə (Mahnişan)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 451 nəfər yaşayır (91 ailə).
Yengicə (Xudabəndə)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Xudabəndə şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 639 nəfər yaşayır (166 ailə).
Yengicə (Ənquran)
Yengicə (fars. ينگجه‎) - İranın Zəncan ostanının Mahnişan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 239 nəfər yaşayır (62 ailə).
Yengicə (Meşkinşəhr)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Meşkinşəhr şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 208 nəfər yaşayır (41 ailə).
Yengicə (Miyanə)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 334 nəfər yaşayır (73 ailə).
Yengicə (Nəmin)
Yengicə (fars. ينگجه‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 45 nəfər yaşayır (6 ailə).
Yengicə (Qəbələ)
Yengicə — Azərbaycan Respublikasının Qəbələ rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 24 iyun 2005-ci il tarixli, 953-IIQ saylı Qərarı ilə Qəbələ rayonunun Yengicə kəndi Tüntül kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, bu kənd mərkəz olmaqla, Yengicə kənd inzibati ərazi vahidi yaradılmışdır. Yengicə Yenicə oykoniminin fonetik şəklidir. Yenicə və Yengicə adlanan kəndlər əhalinin müəyyən hadisə ilə (əsasən torpaq çatışmamazlığına görə) əlaqədar ana kənddən köçüb kənar yerdə yeni məntəqə salması nəticəsində yaranmışdır. Oykonim "yeni kənd" mənasındadır. Kənd Baş Qafqaz silsiləsinin ətəyində yerləşir. 2009-cu ilin siyahıyaalınmasına əsasən kənddə 520 nəfər əhali yaşayır. Kənd əhalisinin əsas məşğuliyyətini heyvandarlıq və meyvəçilik təşkil edir. Kəndin ərazisində 22 sentyabr 2014-cü ildə "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksi istifadəyə verilmişdir. Ərazidə əvəzsiz müalicəvi su olduğundan "Yengicə isti su sağlamlıq və istirahət kompleksi" istifadəyə verilib.
Yengicə (Salmas)
Yengicə (fars. ينگجه‎‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 524 nəfər yaşayır (107 ailə).
Yengicə (Sayınqala)
Yengicə (fars. ‎ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Sayınqala şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 327 nəfər yaşayır (59 ailə).
Yengicə (Sərab)
Yengicə (fars. ينگجه‎) - İranın Şərqi Azərbaycan ostanının Sərab şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 585 nəfər yaşayır (129 ailə).
Yengicə (Tuzxurmatu)
Yengicə və ya Böyük Yengicə — İraqın Səlahəddin mühafazasının Tuzxurmatu qəzasının Tuzxurmatu nahiyyəsində kənd. Yengicə kəndi Tuzxurmatu şəhərindən cənub-qərbdə, Tuzxurmatu-Tikrit avtomobil şossesinin üstündə, Ağsu çayının sağ sahilinə yaxın düzənlikdə, dəniz səviyyəsindən 196 metr hündürlükdə yerləşir. Tuzxurmatu şəhəri ilə Yengicə kəndi arasındakı məsafə 3 km-dir. OŞSAM-ın 30 may - 2 iyun 2009-cu il tarixində apardığı araşdırmaya əsasən Yengicə kəndində təxminən 14 min nəfər əhali yaşayırdı.
Yengicə (Urmiya)
Yengicə (fars. ينگجه‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 99 nəfər yaşayır (25 ailə).
Yengicə (Vedi)
Yengicə — İrəvan quberniyasının İrəvan qəzasında, indi Vedi (Ararat) rayonunda kənd. Rayon mərkəzindən 67 km cənub qərbdə, Vediçayın qolu üzərində yerləşir. "İrəvan əyalətinin icmal dəftəri"ndə, Qafqazın 5 verstlik xəritəsində qeyd edilmişdir. Toponim təzə mənasında işlənən yengi sözü ilə -cə şəkilçisinin birləşməsindən əmələ gəlmişdir. "…yengi təxminən XIX əsrin ortalarma qədər əski formasını saxlamış, get-gedə n-nin tərkibində olan samitinin zəifləyib düşməsi ilə yeni şəklində sabitləşmişdir. Yengi sözünün özünə gəldikdə bu yalnız Azərbaycan dilində deyil, eyni zamanda bütün türk dilli xalqların yazısında müştərək bir orfoqrafıyaya malik olmuşdur. Relyef əsasında yaranan düzəltmə quruluşlu toponimdir. Ermənistan prezidentinin 19. IV.1991-ci il fərmanı ilə kəndin adı dəyişdirilib Sisavan qoyulmuşdur. Kənddə 1831-ci ildə 37 nəfər, 1873-cü ildə 189 nəfər, 1886-cı ildə 199 nəfər, 1897-ci ildə 313 nəfər, 1904-cü ildə 470 nəfər, 1914-cü ildə 517 nəfər azərbaycanlı yaşamışdır.
Yengicə (Vərzəqan)
Yengicə (fars. ينگجه‎) — İranın Şərqi Azərbaycan ostanının Vərziqan şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 539 nəfər yaşayır (122 ailə).
Qafqaz Yengicə Termal Hotel və SPA
"Qafqaz Yengicə Termal Hotel və SPA" — Azərbaycan Respublikasının Qəbələ rayonunun Yengicə kəndinin ərazisində yerləşən müalicə-istirahət kompleksi. Qəbələnin Yengicə kəndi ərazisində yerləşən otel kompleksi 9 hektar sahədə inşa edilib. Kompleksin ərazisi tam abadlaşdırılıb, yaşıllıq sahəsi salınıb. Müxtəlif çeşidli yüksək xidmətlərin göstərildiyi altımərtəbəli otel kompleksi gözəl memarlıq üslubunda tikilib. Oteldəki 61 nömrədə qonaqların rahat istirahəti üçün hər cür şərait yaradılıb. "Qafqaz Yengicə Termal Hotel və SPA" kompleksində daimi iş yeri 100 nəfərlikdir. Oteldə xidmət göstərən heyət yüksək hazırlıq kursu keçib və onların əksəriyyətini yerli kadrlar təşkil edir. Otel kompleksində müxtəlif toplantı və konfransların keçirilməsi üçün geniş imkanları olan zal, müasir restoranlar şəbəkəsi də fəaliyyət göstərir. Restoranlarda turistlərə Azərbaycan və dünya mətbəxinin nümunələri təqdim olunur. Oteldəki müxtəlif kateqoriyalı nömrələr ən müasir tələblər səviyyəsindədir və yüksək dizaynı ilə seçilir.
Sırt Yengicə bələdiyyəsi
Qəbələ bələdiyyələri — Qəbələ rayonu ərazisində fəaliyyət göstərən bələdiyyələr. Azərbaycanda bələdiyyə sistemi 1999-cu ildə təsis olunub. "Bələdiyyələrin statistik ərazi təsnifatı" (PDF). stat.gov.az. 2021-08-21 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-05-03.
Yengicə-i Dəliqanlı (Miyanə)
Yengicə-i Dəliqanlı (fars. ينگجه دليگانلو‎) — İranın Şərqi Azərbaycan ostanının Miyanə şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 374 nəfər yaşayır (73 ailə).
Yengicə-i Kürd (Mərənd)
Yengicə-i Kürd (fars. ينگجه كرد‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 36 nəfər yaşayır (12 ailə).
Yengicə-i Mollaməhəmmədhəsən (Ərdəbil)
Yengicə-i Mollaməhəmmədhəsən (fars. ينگجه ملامحمدحسن‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 822 nəfər yaşayır (178 ailə).
Yengicə-i Mollaməhəmmədrza (Nəmin)
Yengicə-i Mollaməhəmmədrza (fars. ينگجه ملامحمدرضا‎) — İranın Ərdəbil ostanının Nəmin şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 355 nəfər yaşayır (97 ailə).
Yengicə-i Qazi (Urmiya)
Yengicə-i Qazi (fars. ينگجه قاضي‎) — İranın Qərbi Azərbaycan ostanının Urmiya şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 112 nəfər yaşayır (41 ailə).
Yengicə-i Qışlaq
Yengicə-i Qışlaq (fars. ينگجه قشلاق‎) — İranın Ərdəbil ostanının Kövsər şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 138 nəfər yaşayır (23 ailə).
Yengicə-i Rzabəyli (Ərdəbil)
Yengicə-i Rzabəyli (fars. ينگجه رضابيگلو‎) — İranın Ərdəbil ostanının Ərdəbil şəhristanı ərazisinə daxil olan kənd. Kənddə 2006-cı il siyahıya alınmaya görə 403 nəfər yaşayır (85 ailə).
Yengicə-i Sadat (Mərənd)
Yengicə-i Sadat (fars. ينگجه سادات‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 26 nəfər yaşayır (10 ailə).
Yengicə-i Yaranmış (Mərənd)
Yengicə-i Yaranmış (fars. ينگجه يارانميش‎) - İranın Şərqi Azərbaycan ostanının Mərənd şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 8 nəfər yaşayır (6 ailə).

Значение слова в других словарях