YERİMƏK

f.
1. Ayaqlarını işə salaraq hərəkət etmək; addımlamaq. İrəli yerimək. Bərk yerimək. Yeriyə bilməmək. Çox yeriməkdən yorulmaq. – Yeriyən at özünə qamçı vurdurmaz. ( Ata. sözü ).
Bir qoca köhnə paltar əynində; Yeriyir yolda torba çiynində. A.Səhhət.
[Məhəmmədhəsən əmi] yovuqa yeriyib başladı yumşaqlıqnan oğlunu sakit eləməyə. C.Məmmədquluzadə.

// Hərəkət etməyə, gəzməyə iqtidarı olmaq. Uşaq hələ yerimir. Xəstə indi-indi yeriməyə başlamışdır.
2. Hərəkət etmək (getmək, üzmək). Maşın ağır yeriyir. Dənizdə qayıqlar yeriyir.
– Maşın yenicə yeriməyə hazırlaşırdı ki, Tapdıq qırğı kimi şığıyıb maşını götürdü. Ə.Vəliyev.

// İşləmək. Saat yerimir.
3. Üzərinə getmək, hücum etmək, axın etmək. Ordu qərbə yeridi.
4. Keçmək, qəbul olunmaq, yayılmaq.
Bu işlər bizim vilayətdə yeriməz, vəssalam! C.Məmmədquluzadə.

5. Bir şeyin içinə batmaq, keçmək, girmək.
Buğa güc gələndə oğlanın ayağı topuğuna qədər torpağa yeridi. M.Rzaquluzadə.

Синонимы

  • YERİMƏK keçmək — yayılmaq
  • YERİMƏK addımlamaq
  • YERİMƏK 1. YERİMƏK Maşın yenicə yeriməyə hazırlanırdı.. (Ə.Vəliyev); HƏRƏKƏT ETMƏK, HƏRƏKƏTƏ GƏLMƏK. 2. yerimək bax addımlamaq

Антонимы

  • YERİMƏK YERİMƏK – DAYANMAQ Bir qoşa köhnə paltar əynində; Yeriyir yolda torba çiynində (A.Səhhət); Külək yatır, qar dayanır, açılır səhər (S

Этимология

  • YERİMƏK Bərk-i-mək qəlibi üzrə yer kəlməsindən əmələ gəlib. Qədim mənası “yer dəyişmək” deməkdir. Yer mənasında oru (or) sözü, türkmənlərdə indi də işlədilir
YERİMƏ
YERİNDƏCƏ

Значение слова в других словарях