Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Senecio warrenensis
Senecio warrenensis (lat. Senecio warrenensis) — mürəkkəbçiçəklilər fəsiləsinin xaçgülü cinsinə aid bitki növü.
Darren Aronofski
Darren Aronofski (ing. Darren Aronofsky; 12 fevral 1969[…], Bruklin, Nyu-York) — amerikan kinorejissor, ssenarist və prodüser. Darren Aronofski (doğum tarixi 1969-cu il, 12 Fevral) Amerikalı kinorejissor, ssenari müəllifi prodüser və ətraf mühit üzrə aktivist kimi fəaliyyət göstərir. O, surreal movzulu filmləri ilə tamaşaçıların rəğbətini qazanıb və kinematoqraf Metyu Libatik, redaktor Endryü Veysblam və bəstəkar Klint Mansell ilə əməkdaşlıq etməsi ilə tanınır. Onun filmləri əksər hallarda mübahisələrə səbəb olmuş və adətən özündə şiddət ehtiva edən, kədər doğuran həzin mövzuları ilə məşhurdur. "1998-ci ildən 2014-cü ilə kimi Aronofskinin altı filminin mövzusu mükəmməlik axtarışı, xoşbəxtlik uğrunda axtarış, sevgi həsrəti, şohrətdən məst olmaq, yadlaşmanın iztirabı və məsuliyyətin ağırlığı kimi mövzuları əhatə edir." Aronofski Harvard Universitetini film və sosial antropologiya ixtisası üzrə bitirib və Amerika Film Institutunun rejissorluq sahəsində təhsil alıb. Diplom işi olaraq çəkdiyi "Supermarketin təmizlənməsi" filmi Tələbələr arasında Oskar mükafatı finalisti olduqdan sonra da o, bir neçə film mükafatı qazandı. Aronofskinin debüt filmi olan və sürrealist psixoloji triller janrlı "Pi" 1997-ci ilin Noyabr ayında çəkilib. Cəmi 60 000 dollarlıq məhdud büdcə ilə çəkilən və baş rolda Şon Qulletin çəkildiyi film Artisan Entertainment şirkətinə 1 milyon dollara satılır və 3 milyon dollardan çox gəlir əldə edir; Film Aronofskiyə 1998-ci ildə Sundance Film Festivalında ən yaxşı rejissor və ən yaxşı orijinal ssenariyə görə İndependent Spirit mükafatını qazandırır. Aronofskinin növbəti, psixoloji mövzuda çəkilmiş "Requiem for a dream" filmi Hyubert Selbinin eyniadlı romanı əsasında çəkilmişdi.
Darren Heyz
Darren Heyz (ing. Darren Hayes; 8 may 1972, Brisben) — müğənni, şair və bəstəkar, Savage Garden duetinin yaradıcılarından biri. Bəyəndiyi müğənnilər: Prince, The Smiths, Fleetwood Mac, Marvin Gaye, Diana Ross, Duran Duran, Maykl Cekson, Madonna, U2, Eurythmics, Annie Lennox, Dido, Sarah Mclachlan Darren hələ məktəb illərində məktəb musicallarında çıxış edirdi. Bir neçə zaman sonra isə Darren universitetə qəbul olur. Hələ məktəb illərində bir çox mahnısının yazılmasında Darren’i ruhlandıran – Colby Taylor ilə tanış olur. Ən məşhurlardan biri – "Truly Madly Deeply" Daniel Jones’la tanışlıqdan sonra Darren musiqiyə görə universiteti yarımçıq tərk edir. Sonra onlar "Red Edge" qrupunu tərk edirlər və öz şəxsi qruplarını – "Savage Garden" qrupunu yaradırlar. İlk uğurlu albom "Savage Garden" (1997) albomu olur. 1999-cu ildə Darren və Daniel San-Francisco’ya, Wallyworld studiyasına gəlirlər. Burada onlar ikinci uğurlu albom – "Affirmation" albomunu yazdırırlar.
Darren Modo
Darren Modo (21 may 1998-ci ildə anadan olub) — GFA Premyer Diviziya təmsilçələrindən olan Paradays klubunda hücumçu kimi çıxış edən peşəkar Qrenada futbolçusudur. == Milli karyerası == Modo Qrenada milli futbol komandasında debütünü 29 aprel 2017-ci ildə Trinidad və Tobaqo millisinə qarşı oyunda etmişdir. O, 70-ci dəqiqədə Camal Çarlesi əvəz etmişdir. == Atletika karyerası == Yaxşı futbol oynamağı bacaran Modo həmçinin atletika ilə məşğul olur. Modo şüvüllə tullanmada Qrenadanı 2016 KARİFTA Oyunlarında təmsil etmişdir.
Varren qapısı
Varren qapısı (ivr. ‏שער וורן‏‎, romanlaşdırılmış: Sha'ar Varen) — ilk dəfə on doqquzuncu əsrin tədqiqatçısı Çarlz Uorren tərəfindən təsvir edilmiş, Qərb Divarı tunelinə təxminən 150 fut (46 m) məsafədə yerləşən Yerusəlimdəki Məbəd platformasına qədim girişdir. İkinci Məbəd dövründə darvaza tunelə və Məbəd dağına pilləkənlərə aparırdı. Raşidun xilafətinin Qüdsü Bizanslılardan fəth etməsindən sonra yəhudilərə tunelin içərisində namaz qılmağa icazə verildi. Sinaqoq 1099-cu ildə Yerusəlimin mühasirəsi zamanı Birinci Səlib yürüşündə dağıdıldı. Sonra tunel su sarnıçına çevrildi və buna görə də onun adı Sarnıcı 30 oldu. Ərazi tağlı 18 fut (5,5 m) tunellə əhatə olunub. Qərb Divarının mərhum rəsmi Ravvini Yehuda Getz hesab edirdi ki, Qapı divarın qərbində, Müqəddəslər Müqəddəsinə ən yaxın olan nöqtəni təmsil edir. 1981-ci ilin iyulunda Varren qapısı daxilində yəhudi kəşfiyyatçılar və yerüstü sistern girişləri vasitəsilə onları qarşılamağa gələn ərəb mühafizəçiləri arasında yeraltı mübahisə baş verdi.
Kalliroi Parren
Kalliroi Parren (yun. Καλλιρρόη Παρρέν; 1861, Retimno[d] – 15 yanvar 1940, Afina) — Yunan pedaqoq, jurnalist və yazıçısı. Yunanıstanda feminist hərəkatının banisi.. == Erkən həyatı == Kalliroi Parren Kritin, Retimno şəhərində orta gəlirli bir ailədə anadan olmuşdu. İbtidai təhsilini Pireydəki rahibə məktəbində alan Kalliroi buradakı təhsilini başa vurduqdan sonra Afinadakı ən yaxşı qızlar məktəbində təhsilini davam etdirərək, 1878-ci ildə isə Arsakion məktəbini bitirmişdi. O, bir çox dilləri, o cümlədən rus, fransız, italyan və ingilis dillərini bilirdi. Odessaya dəvət olunan Kalliroi burada iki il qızlar üçün yunan icma məktəbinə rəhbərlik edib. O, həmçinin Ədirnədəki Yunan icması məktəbi Zapeyon məktəbinə də rəhbərlik edib. Nəhayət, o, Konstantinopolda Fransız mətbuat agentliyini quran həyat yoldaşı Jan Parren ilə birlikdə Afinada məskunlaşıb. Jan Parren jurnalist idi.
Barren (Andaman adaları)
Barren (ing. Barren Island) — Hindistana məxsus olan eyni adlı adada yerləşən vulkan. Bu vulkan Cənubi Asiyanın yeganə aktiv vulkanıdır. == Coğrafiyası == Ada Andaman adalarından 60 km şərqdə, Port-Blerdən isə 125 km şimal-şərqdə yerləşir. Vulkan dəniz səviyyəsindən 354 metr hündürlüyə malikdir. 2250 metr isə dəniz dibindən qalxır. Vulkan kraterinin diametri 2 km-dir, adanın eni isə 3 km-dir. Barrendən 150 km şimalda Narkomdam vulkanı yerləşir. Onlar eyni şit üzərində yerləşir. Burada ilk vulkan püskürməsi 1787-ci ildə qeydə alınmışdır.
Filip Uarren Anderson
Anderson Filip Uorren (ing. Philip Warren Anderson, 13 dekabr 1923[…], İndianapolis – 29 mart 2020[…], Prinstom, Nyu-Cersi) — Amerika fiziki, Milli Elmlər Akademiyasının üzvü (1967). Nobel mükafatı laureatı (1977, Nevill Mott və Con Van Flek ilə birlikdə). == Həyatı == Anderson Harvard Universitetini bitirib (1943). 1949 ildən "Bell-tele fon" şirkətində işləyib. Spektral xətlərin genişlənmə mexanizmlərini, bərk cismlərin maqnit xassələrini, ifrat keçiriciliyi və ifrataxıcılığı, aşqarların cismlərin ifratkeçirici xassələrinə təsirini tədqiq etmiş, maye helium da anizotrop fazanın mövcudluğunu qabaqcadan söyləmişdir. 1967–75 Kavendiş laboratoriyasında N. Mottun yanında işləmiş və onunla birlikdə nizamsız sistemlərin (o cümlədən amorf yarımkeçiricilərin) elektron quruluşu nəzəriyyəsinin əsasını qoymuşdur.
Barrem
Barrem (fr. Barrême) — Fransada kommuna, Provans-Alp-Kot-d'Azur regionunda yerləşir. Departament — Yuxarı Provans Alpları. Barrem kantonuna daxildir. Kommunanın dairəsi — Din-le-Ben. INSEE kodu — 04022. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 481 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 298 nəfər (15-64 yaş arasında) arasında 216 nəfər iqtisadi cəhətdən, 82 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 72.5%, 1999-cu ildə 68.8%). Fəal 216 nəfərdən 185 nəfəri (103 kişi və 82 qadın), 31 nəfəri işsizdir (11 kişi və 20 qadın). Aktiv olmayan 16 nəfər arasında şagird və ya tələbə, 34 nəfər təqaüdçü, 32 nəfər digər səbəblərə görə hərəkətsizdir..
Hayren
Hayren — orta əsr erməni poeziyasında monostrofik bərk forması. 15 hecalı dörd misradan ibarətdir. Orta əsrlərdə Ermənistanda mahnı şəklində ifa olunurdu. Rübai kimidir. Hayrenlər XIV–XVI əsrlərə aid erməni məhəbbət lirikasının zirvəsi. Bu növdə əsərlərin motiv və formaları erməni folklorundan qaynaqlanır. Hayrenlərdə bəzən Bibliya təsvirləri və motivləri istifadə olunur, lakin onlar əsl sevgi obrazına daxil edilir.
Jarden
Jarden (fr. Jardin) — Fransada kommuna, Rona-Alplar regionunda yerləşir. Departament — İzer. Vyenn-Syud kantonuna daxildir. Kommunanın dairəsi — Qrenobl. INSEE kodu — 38199. Kommunanın 2006-cı il üçün əhalisi 2131 nəfər təşkil edirdi. Kommuna dəniz səviyyəsindən 194 ilə 407 qədər metr yüksəklikdə yerləşir. Kommuna Parisdən təxminən 420 km cənub-şərqdə, Liondan 30 km cənubda, Qrenobldan 75 km şimal-qərbdə yerləşir.
Martren
Martren (fr. Martrin, oks. Martrinh) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Sen-Sernen-syur-Rans kantonuna daxildir. Kommunanın dairəsi — Miyo. INSEE kodu — 12141. Kommuna təxminən Parisdən 550 km cənubda, Tuluza şəhərindən 105 km şimal-şərqdə, Rodezdən isə 50 km cənubda yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 215 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 127 nəfər (15-64 yaş arasında) 97 nəfər iqtisadi cəhətdən, 30 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 76.4%, 1999-cu ildə 73.5%).
Parmen
Parmen (fr. Parmain) — Fransada bələdiyyə , region — İl-de-Frans, departament — Val-d’Uaz, rayon — Pontuaz, kanton — Lisl-Adam. Əhalisi — 5.397 nəfər (2006). Bələdiyyə Paris şəhərinin təxminən 31 km şimalda, Serji belediyyənin 14 km şimal-şərqdə yerləşir.
Barmen
Tirren
Tirren və ya Tirsen (q.yun. Τυρρηνός, Τυρσηνός) — antik mifologiyada tirrenlərin eponimi olan personaj. Müxtəlif versiyalara görə, ya Atis və Kalliteyin oğlu, ya Herakl və Omfalanın oğlu, ya da onların törəməsi, ya da Telef və Hieranın oğludur.
Elizabet Uorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Elizabet Vorren
Elizabet Enn Uorren (ing. Elizabeth Ann Warren, qızlıqda Herrinq ing. Herring; 22 iyun 1949, Oklahoma Siti) — ABŞ akademik və siyasətçi. Hazırda ABŞ Senatında Massaçusets ştatını təmsil edən Senatordur. Əvvəl isə o, Texas Universitetinin Hüquq Məktəbi, Pensilvaniya Universitetinin Hüquq Məktəbi və ən son Harvard Hüquq Məktəbində hüquq professoru olmuş. Uorren Demokrat Partiyasının aparıcı siyasətçi sayılır və Amerikan proqressivlərin arasında məşhurdur. == Həyatı == === Siyasi meyilləri === Uorren uzun illər ərzində səsini Respublikaçılara verirdi: Respublikaçı ona görə olmuşam ki, fikirləşirdim ki, onlar bazarı dəstək etmək üçün ən yaxşı adam idilər. Öz sözlərinə görə, o bunu artıq doğru olmadığını sayıb, 1995-ci ildən bəri Demokratlara səs verməyə başladı. O həmçinin qeyd etmişdi ki, hər iki partiyaya, onların heç biri aparıcı olmağa istəmədiyinə görə səs verirdi. === Karyerası === ==== Akademik ==== Gec 1970-ci, 1980-ci və 1990-cı illərdə Uorren bir sıra universitetlərində hüquq öyrədirdi və eyni zamanda, müflisləşmə ilə şəxsi maliyyə kimi məsələləri araşdırırdı.
Endi Marrey
Endi Marrey(ing. Andrew Barron Murrey 15 may 1987[…], Qlazqo, Birləşmiş Krallıq[…]) — Britaniyalı professional tennisçi, dünyanın ilk tək raketləri; tarixdə ilk dəfə kişilərin Olimpiya çempionu. 1936-cı ildən bu yana ilk İngilis tennisçi Vimbledon kişilərin tək turnirində qalib. Ümumilikdə, Qrand Slam turnirlərində (hər turnirdə ən azı bir dəfə) 11 dəfə oynayıb və üç qələbəni qazandı. 47 ATP turnirinin qalibi. == Həyatı == Endi üç yaşında tennis oynamağa başladı. Anası Judi tennis məşqçisi, atası Uilyam menecerdir. Endinin böyük qardaşı Jamie Murray də professional tennisçidir. Jamie- mütəxəssisləri cütləşdirdi, cütlərin ikiqat ilk raketi idi, Endi ilə qalib olan iki qalibiyyət də daxil olmaqla, ATP turnirlərində 10 qalibiyyət qazanan, kişilərin ikiqatdakı Qrand Slam turnirlərini və qarışıq cütləri qazandı. Marrayin ana babası peşəkar futbolçu idi və Şotlandiya Hibernianın və Sterlinq Albionun əsas komandasının ehtiyat heyətində oynadı.
Helen Mirren
Helen Mirren (ing. Helen Mirren, 26 iyul 1945) — Böyük Britaniya kino və teatr aktrisası.
Jennifer Warnes
Cennifer Uorns - ABŞ musiqiçisi və aranjimançısı. Müğənni kimi, o, daha çox əsərlər üzərində etdiyi qeyri-adi interpretasiyalar ilə tanınıb.
Kolin Farrel
Kolin Farel (ing. Colin Farrell; 31 may 1976[…], Dublin) — irland aktyor. == Həyatı == Kolin Farrell 1976-cı il Mayın 31-i İrlandiyanın Castleknock qəsəbəsində dünyaya gəlib. 1,78 m boyunda olan aktyorun 2 əkiz bacısı (Claudine və Catherine) və 1 qardaşı (Eamonn Jr) var. Atası İrlandiyalı futbolçu olan Eamon Farrellin və Rita Farrellin ən kiçik oğludur. Bacısı Claudine Colinin şəxsi köməkçisi olaraq işləyir. Təhsilinə Castleknock’dakı St. Briged’s National School’da başlayır və Castleknock College ve Gormanstown College’də bitirir. 1980-cı illərin sonundan 1990-cı illərin əvvəlinə qədər Castleknock Celtic’də futbolçu olaraq oynayır. Kolin atası kimi futbolçu olmaq istəsə də drama məktəbi olan Gaiety School of Acting’e girməsi onun fikrini dəyişdirir.
Lakrua-Barres
Lakrua-Barres (fr. Lacroix-Barrez, oks. La Crotz) — Fransada kommuna, Cənub-Pireneylər regionunda yerləşir. Departament — Averon. Myur-de-Barres kantonuna daxildir. Kommunanın dairəsi — Rodez. INSEE kodu — 12036. Kommuna təxminən Parisdən 500 km cənubda, Tuluza şəhərindən 150 km şimal-şərqdə, Rodezdən isə 29 km qərbdə yerləşir. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 254 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 310 nəfər (15-64 yaş) arasında 196 nəfər iqtisadi fəal, 114 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 63,2%, 1999-cu ildə 63.4%).
Lauren Cohan
Loren Koen (ing. Lauren Cohan; 7 yanvar 1982, Çerri-Hill, Nyu-Cersi) — amerikalı-britaniyalı aktrisa və model. AMC telekenalında yayımlanan "Gəzən ölülər" serialındakı Meqqi Qrin personajı ilə tanınma qazanmışdır. O, 2023-cü ildən etibarən "The Walking Dead: Dead City" serialında öz rolunu yenidən ifa edir. Loren həm də "Fövqəltəbii", "Vampirin gündəlikəri" və "Çak" seriallarına çəkilmişdir. == Həyatı == Loren Koen 7 yanvar 1982-ci ildə Nyu-Cersi ştatının Çerri-Hill şəhərində anadan olmuşdur. Atası amerikalı, anası isə şotlanddır. O, 13 yaşına qədər Nyu-Cersidə böyümüşdür. Gənc yaşlarında anasının vətəni olan Böyük Britaniyaya, Surreyə köçmüşdür. Loren həm də bir il Corciya ştatında yaşamışdır.
Lauren Hallaselka
Lauren Soşa
Loren Mari Soka (ing. Lauren Marie Socha; 9 iyun 1990, Derbi) — İngiltərə aktrisası. "Misfits" serialında Kelli Beyli roluna görə "BAFTA" mükafatına layiq görülüb. == Karyerası == Loren Soşa İngiltərənin Derbi şəhərində Robert və Katlin Sokanın ailəsində anadan olub. Onun qardaşı Maykl Soka da aktyordur. Loren bir sıra teatr məktəblərinin üzvü olub, daha sonradan Nottingem şəhərində çalışıb. 2006-cı ildə 15 yaşlı Loren Soka Arctic Monkeys qrupunun "When The Sun Goes Down" klipində çəkilib. 2009-cu ildə "The Unloved" teleserialında çəkilib və "Ən yaxşı ikinci dərəcəli aktrisa"-na aday olub. Elə həmin ildə Loren Soka "Misfits" serialında Kelli Beyli rolunu oynamağa başlayır. Qısa zaman ərzində populyarlaşan serial 2010-cu ildə "Ən yaxşı drama" nominasiyasında BAFTA-ya layiq görülür.
Jan Şarden
Jan Şarden (fr. Jean Chardin; 16 noyabr 1643[…], Paris – 26 yanvar 1713, Çizik[d]) — fransız səyyahı. == Həyatı == Jan Şarden (1643–1711) varlı zərgər oğlu idi, ömrünün bir neçə ilini Azərbaycanda və İranda yaşamışdı. O, şərqə briliant almağa yollanmışdı.
Tarzən
Tarzən — Tar ifaçısı olan şəxs.