1. Yoldaşlar arasındakı əlaqə əsasında əmələ gələn yaxınlıq; dostluq. Yoldaşlıq duyğusu. Yoldaşlıq vəzifəsi. Yoldaşlıq münasibəti.
– [Süleyman:] Yox, bu, yoldaşlıq haqqında namərdlik olar.
2. Yol, səfər arqadaşlığı; rəfaqət. Yoldaşlıq etmək.
◊ Yoldaşlıq məhkəməsi köhn. – ictimai, qeyri-dövlət məhkəməsi.