yosmaraq
yosunlama
OBASTAN VİKİ
Yosun fermaları
Yosun fermaları və ya Dəniz fermaları — dəniz məhsullarından daha çox istifadə edən ölkələrdə yaradılır. Onlar dəniz məhsullarını yalnız okeandan ov etməklə deyil, xüsusi fermalardan da əldə edirlər. Belə fermalarda dəniz canlılarından başqa, dəniz bitkiləri də becərilir. Yosun fermalarının geniş inkişaf etdiyi ölkələr Yaponiya, Çin və Koreyadır. Əldə olunan yosunlar əsasən qida məhsulu kimi, həmçinin, iqtisadiyyatın müxtəlif sahələrində istifadə olunur.
Diatom yosunlar
Diatom yosunlar (lat. Bacillariophyta). Bu tipə tək, nadir hallarda qonur rəngli (piqmenti — fukoksantin) mikroskopik (0,75 mkm – 2 mm) kolonial orqanizmlər daxildir. Diatom yosunlar planktonda geniş, daha az miqdarda dəniz və şorsu hövzələrinin bentosunda, bəziləri torpaqda məskunlaşırlar; müasir diatom yosunlar qütb dairəsinə yaxın və əsasən arktik hövzələrdə yayılmışdır. Hüceyrə ikitaylı silisium qabıq içərisində yerləşir, qabıq iki elementdən ibarətdir; bunlardan kiçiyi qapaq kimi həmişə digər tayı örtür. Sonuncunun içərisində dairəvi lövhə (tayın özülü) və kəmərcik (yan tərəflər) ayrılır. Lövhənin formasına görə diatom yosunlar tipi iki sinifə ayrılır: pennatlar və sentriklər. Pennat diatom yosunlar ikitərəfli simmetriyalı olub, formaları uzunsov oval (yumurtavari), iynəşəkilli olur, adətən, qabığın ortasında yarıqşəkilli dəlik (tikiş xətti) yerləşir. Sentrik diatom yosunlar radial simmetriya ilə səciyyələnir, formaca dairəvi, üçbucaq, ulduz şəkillidir. Bütün diatomeaların kəmərcik tərəfdən görünüşü çubuqşəkillidir (uzunsov-düzbucaqlı) ki, bu da tipin ikinci adını – Bacillariophyta (lat.
Dinofit yosunlar
Dinofit yosunlar (Dinophyta) — dinofit (pirofit) yosunları və ya peridineilər birhüceyrəli, nadir hallarda çoxhüceyrəli orqanizmlərdir. Bədənində pirofil (bəzilərində xlorofil) piqmenti olduğuna görə onların rəngi adətən qonur, sarımtıl, qırmızımtıl və ya yaşılımtıl olur. Bu yosunların əksəriyyəti avtotrofdur. Dinofit yosunlar iki-üç və ya çoxsaylı qoruyucu lövhəciklərdən ibarət xitin qlafı olur. Qlaf üzərində eninə və uzununa şırımlar vardır ki, bunların da içərisində telşəkilli qamçılar yerləşir. Dinofit yosunlar plankton orqanizmlər olub, adətən dənizlərdə, nadir hallarda şirin və ya şorlaşmış sularda yaşayırlar. Onlar çox vaxt radiolarialar, xüsusilə knidarialar ilə simbioz əmələ gətirərək müasir rifquran mərcanların inkişafına kömək edirlər. Dinofit yosunlar qazıntı halında silur və erkən devondan məlumdur; permdən başlayaraq müasir dövrədək fasiləsiz rast gəlirlər. Dinofitlərin mezokaynozoy üçün böyük stratiqrafik əhəmiyyəti vardır. Onların əsasında zonal şkalalar qurulur.
Göy-yaşıl yosunlar
Göy-yaşıl yosunlar (Cyanophyta) — Yosunlar şöbəsi; prokariotlara aiddirlər. Göy-yaşıl yosunlarda nüvə materialı hüceyrə qilafının daxili qatından ibarətdir. Göy-yaşıl yosunlar üçün göy-yaşıl rəng xarakterikdir, lakin çəhrayı və qara rəngliləri də olur. 2000, SSRİ-də 1000-dən çox, o cümlədən Azərbaycan SSR-in daxili sularında 200-dək, Xəzər dənizində isə 100-dən çox növü məlumdur. Göy-yaşıl yosunlar dəniz və şirin suların bentos və planktonuna daxildir. Torpağın səthində, 80 °C-dək isti su mənbələrində, qarlı dağlarda və qütb vilayətində yayılmışdır. Bəzi növlərindən Çində və Çad Respublikasında qida kimi istifadə olunur.
Qonur yosunlar
Qonur yosunlar (lat. Phaeophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzərdə 13 növü qeyd edilmışdir. Bunlardan Estocarpus sp., Monosiphon caspius Orta və Cənubi Xəzərin şərq hissələrində və Krasnovodsk körfəzində yaşayır. Qonur yosunlar ibtidai bitkilər içərisində ən mürəkkəb və mutəşəkkil çoxhüceyrəli orqanizmlərdir. Hazırda qonur yosunlar əsasən dənizlərdə, nadir hallarda isə şirin su hövzələrində məskünlaşmışdır. Onların nisbətən iri nümayəndələrinin (laminariyalar) uzunluğu 60 m-ə çatır, əksə­riyyəti dibdən qoparaq geniş üzən yığımlar əmələ gətirir (Məsələn: Sargassum cinsi, “Sarqass dənizi”-nin adı bununla bağlıdır). Qonur yosunlar xarici görü­nü­şü üçün “kök”, “gövdə” (“saplaq”) və b. xatırladan kök-yarpaq­ların ayrı-ayrı hissələrinin ixtisaslaşması səciyyəvidir. Cinsi və qeyri-cinsi nəsillər, ali bitkilərdə olduğu kimi, ritmik olaraq bir-birini əvəz edir.
Qırmızı yosunlar
Qırmızı yosunlar (lat. Rhodophyta) — sarımtıl qırmızı, mavi-yaşıl-qırmızı rəngli çoxhüceyrəli (ən bəsit formaları — birhüceyrəli) yosunlar tipi. Bəzi qruplar hüceyrələrin divarlarında kalsium karbonat çökdürdüyündən çökmələrdə fosil halında qalır. Mezo-kaynozoyda qırmızı yosunlar süxurəmələgətirən orqanizmlər olub mərcan qrumlarının (biogermlər və riflər) formalaşmasında iştirak edir. Qırmızı yosunlar normal duzluluqlu isti dənizlərdə 3–160 m (optimal — 20–50 m) dərinlikdə yayılmışdır. Hazırda 3800 növü vardır. Xəzərdə 25 növü məlumdur, onlardan laurensiya, polisifoniya, melobeziya və s. yosunlar geniş yayılmışdır.
Qızılı-sarı yosunlar
Qızılı yosunlar (lat. Chrysophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzər dənizində iki növü məlumdur; Dinobryon baltikum koloniya halında yaşayır. Dinobryon sertularia koloniyası kolşəkilli olur və dənizin müxtəlif yerlərində yaşayır.
Qızılı yosunlar
Qızılı yosunlar (lat. Chrysophyceae) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Xəzər dənizində iki növü məlumdur; Dinobryon baltikum koloniya halında yaşayır. Dinobryon sertularia koloniyası kolşəkilli olur və dənizin müxtəlif yerlərində yaşayır.
Ulva yosunu
Ulva — çox hüceyrəli yaşıl yosun. Ulvanın tallomu lövhəşəkilli, parlaq-yaşıl rəngli olub, kənarları burulmuşdur. Tallomun alt hissəsində suyun dibinə yapışmaq üçün qısa "saplaq"olur. Xəzər dənizində də rast gəlinir.
Xara yosunları
Charophyta (lat. Charophyta) — Hazırda 300 növü məlumdur. Xəzər dənizində xaraların 10 növü məlumdur. Onlar dənizin dayaz yerlərində əsasən dalğalardan qorunan körfəzlərdə yayılmışdır.
Xarofit yosunlar
Charophyceae (lat. Charophyceae) — bitki sinfi. Vegetativ və ya cinsi yolla çoxalırlar. Bir çox formaların karbonat hopmuş dişi cinsi hüceyrələri fossil halında mühafizə olunub qalır və "xara tufları" və ya "xarasit" süxurları əmələ gətirir. Xarofit yosunlar şirin su hövzələrində, dayaz laqunlarda geniş pöhrəliklər əmələ gətirir. Gec silur — müasir.
Yaşıl yosunlar
Yaşıl yosunlar (lat. Chlorophyta) — chromista aləminin gyrista tipinə aid xromist sinfi. Hüceyrələrində nüvə, sitoplazma, iri vakoul və həmçinin yaşıl xlorofil piqmentinə malik xromatafor var. Fotosintez məhsulu karbohidratları nişasta və yağlar şəklində yığırlar. Hüceyrə divarı bəzi formalarda sellüloza tərkibli polisakkaritlerden yaranır. Adətən iki qamçı daşıyırlar. Bəzən qismi dəyişikliklər göstərərək "tallus" yaradırlar. Çox hüceyrəli olanlar mürəkkəb hüceyrə fərqlənməsi yoxdur. Təxminən 9.000-dən artıq növü məlumdur. 90%-i şirin sularda, 10%-i isə dənizlərdə(duzlu sularda) yaşayan növlərdir.
Yeməli yosunlar
Yeməli yosunlar — Yosunlar göbələklər kimi yeyilən və yeyilməyən olur. Yeyilən yosunlar dəniz yosunlarıdır. Şirin su yosunları zəhərli ola bilər. Dəniz otları fibra (liflər), minerallar, mikroelementlər və vitaminlərlə zəngindir (xüsusilə kalsiumla). Tam proteinlidir" , yəni tərkibində insan orqanizmi üçün vacib olan doqquz aminoturşunun adekvat proporsiyası var. Yeyilən yosunları xüsusən onların yodla zənginliyi və sağlam tiroid üçün əhəmiyyətidir. Tiroid metabolizmi və bədən temperaturunu requlyasiya edir. Ona görə yosunlar çəki probleminə də kömək edə bilir. Bundan başqa təbii diuretikdirlər (sidik ifrazını gücləndirirlər). Bəzi yosunlar, məsələn mozuku (yaponca) yosunu, hətta xərçəng müalicəsində istifadə olunur.
Yosunlar
Yosunlar (lat. Algae) — çoxhüceyrəli orqanizmlər. torpaqlar digər adı ilə mamırlar Yer kürəsi üzərində 3 milyon il əvvəl meydana gəlmiş və təxminən 1,5–2 milyon il planetimizin vahid canlıları olmuşlar. Bu qədim aerob fotosintezedici orqanizmlərin sayəsində heterotroflar yaşaya bilmişlər. Yer üzərində üzvi maddənin sintezində yosunların mühüm rolu vardır. Bu orqanizmlər günəş düşən durğun sularda dənizdə, hətta qayalar üzərində və s. geniş yayılmışdır. Bunların 125 000-dən çox növləri məlum deyil Yosunlar ibtidai avtotrof bitkilər olub, əsasən suda yaşayırlar. Lakin onlara yer kürəsinin hidrosferdən əlavə, atmosfer və litosferin bütün sahələrində təsadüf olunur. Onlar təkhüceyrəli, çoxhüceyrəli və kolonial formalı olub, müxtəlif ekoloji şəraitə uyğunlaşmışlar.

Значение слова в других словарях