YOVŞANLI

прил. гзаф явшанар экъечӀнавай, явшанар авай (мес. ник).
YOVŞAN
YOVŞANLIQ
OBASTAN VİKİ
Yovşanlı (Salmas)
Yovşanlı (fars. يوشانلو‎) — İranın Qərbi Azərbaycan ostanının Salmas şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 269 nəfər yaşayır (65 ailə).
Cənubi Qafqaz yovşanlıq girdəbaşı
Cənubi Qafqaz yovşanlıq girdəbaşı (lat. Phrynocephalus horvathi) — Sürünənlər fəsiləsinə, Girdəbaşlar cinsinə daxil olan növ. Əvvəllər Yovşanlıq girdəbaşı növünə daxil olan yarımnöv hesab edilirdi. 2008-ci ildə növ səviyyədinə qaldırılmışdlr. Ancaq bununla bağlı son qərar verilməmişdir. == Xarici görünüşü == Girdəbaşın uzunluğu 7 sm qədər olur. Başı digər girdəbaşlarda olduğu kimi yumrudur. Quyruğu və bədəni qısadır. Əllərində və ayaqlafında dişçiklərə bənzər sanki qum xizəkləri vardır. Onlar canlının qumda sərbəst hərəkətini təmin edir.
Yovşanlıq girdəbaşı
Yovşanlıq girdəbaşı (lat. Phrynocephalus helioscopus) — Kələzlər fəsiləsinə və Girdəbaş kərtənkələlər cinsnə aid növ. == Təsviri == Üst dodaq qalxancıqlarının sayı 12–17 olub, gözdən 4–6 uzununa sırada yerləşən pulcuqlarla ayrılmışdır. Alt dodaq qalxancığı 13–15-dir. Bədənin üzərində yerləşən təpəcikşəkilli pulcuğun altında dəri vəzləri yerləşir. Boyunda yaxşı nəzərə çarpan köndələn dəri büküşləri olur. Quyruğun əsası yastılaşmış və enli olub, ucuna doğru kəskin sivrilməmişdir. Başı girdədir. Bədənin üst tərəfinin rəngi yaşadığı qruntun rəngindən asılı olaraq dəyişir. Rəngli torpaqlarda bu kərtənkələ qonur və tutqun boz, qumlu və əhəngli torpaqlarda isə açıq boz və ya kül rəngində olur.
Yovşanlıtəpə yaşayış yeri
Yovşanlıtəpə — yaşayış yeri Ağdam rayonunun Alıbəyli kəndindən 500 m şərqdə, əkin sahələrinin əhatəsində yerləşir. Şimal-qərb, cənub-şərq uzunluğu 130 m, eni isə 70 m olan təpənin hündürlüyü 1 m-dir. Ehtimal ki, onun səthi sovet dövründə hamarlanmış və ətrafları əkin sahələrinə qatılmışdır. Bütün ətrafı boyunca söyüd ağacları əkilmiş təpənin səthini tamamilə yovşan kolları örtüb. Bu səbəbdən də yaşayış yeri Yovşanlıtəpə adı ilə qeydiyyata alınmışdır.

Значение слова в других словарях