1. Yuvarlanayuvarlana düşmək, diyirlənə-diyirlənə getmək, gedib düşmək.
Gözəlin əlindən düşən fındıq stolun üstündən yerə yuvarlandı.
2. məc. Sürüklənmək.
[Zeynal] get-gedə məişət pozğunluğunun çirkabı içinə yuvarlanırdı.
3. Yuvarlaq hala gəlmək, yuvarlaq şəklə düşmək.