1. sif. Yüz vahidlə ölçülən. Yüzlük lampa.
2. is. Yüzmanatlıq kağız pul.
[Mərcan bəy:] Paho, nə danışırsan? İki min manat iyirmi dənə yüzlük eləyir.
Ərz etdiyimdən ötrü ən azı bir diricə yüzlük lazımdır, çünki bu iş şeyxülislama qədər gedib çata bilər.
// sif. Yüz manat dəyərində olan; yüzmanatlıq. Yüzlük bilet.
◊ Yüzlük tərəzi – çəkilən şey yüz dəfə yüngül daşla tarazlaşdırılan xüsusi quruluşlu tərəzi.