Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Hicran
Hicran — qadın və kişi adı.
Fəridə Hicran
Hicran (Piranşəhr)
Hicran (fars. حجران‎) - İranın Qərbi Azərbaycan ostanının Piranşəhr şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 247 nəfər yaşayır (25 ailə).
Hicran (dəqiqləşdirmə)
Hicran (teatr tamaşası, 1983) —
Hicran Bağırova
Hicran Firudin qızı Bağırova (1951) — Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasının müdiri, Azərbaycanın Əməkdar həkimi (2008), Azərbaycanın elm xadimi (2021), tibb elmləri doktoru (2000), professor. == Həyatı == Bağırova Hicran 1951-ci ildə anadan olub. 1967-ci ildə N. Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olmuş və 1973-cü ildə institutu bitirmişdir. 1975–1977-ci illərdə Moskva şəhərində Ümumittifaq Onkologiya Elmi Mərkəzində kliniki ordinatura keçmiş və 1977-ci ildən 1993-cü ilə qədər həmin Elmi mərkəzin ginekologiya şöbəsində baş laborant, həkim, kiçik elmi işçi vəzifəsində çalışmışdır. 1984-cü ildə namizədlik dissertasiyasını müdafiə etmişdir. 1991-ci ildə SSRİ Elmlər Akademiyası tərəfindən "ali dərəcəli həkim" adı verilmişdir. 1993-cü ildə Azərbaycan Tibb Universitetinin II mamalıq-ginekologiya kafedrasında assistent, 1998-ci ildə dosent vəzifəsinə seçilmiş, 2003-cü ildən hal-hazıra qədər kafedra müdiri vəzifəsinə təyin edilmişdir. ATU-nini Böyük Elmi Şurasının, II Müalicə-profilaktika fakültəsinin Elmi Şurasının üzvüdür, Respublika mama-ginekoloqlarının elmi cəmiyyətinin sədr müavinidir, ATU-nun nəzdindəki D.03.011 Dissertasiya Şurasının üzvü, ETMGİ-nin Elmi Şurasının üzvüdür, Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Elmi tibbi Şuranın plenum üzvüdür, Alman-Azərbaycan mama-ginekoloqlar cəmiyyətinin sədridir. 2000-ci ildə doktorluq dissertasiyasını müdafiə etmişdir. Azərbaycan Respublikası Prezidentinin sərəncamı ilə 2008-ci ildə "Azərbaycan Respublikasının əməkdar həkimi" fəxri adına layiq görülmüşdür.
Hicran Hüseynov
Hüseynov Hicran Soltan oğlu (6 may 1942, Qutqaşen rayonu – 1 mart 2013, Bakı) — diktor, Azərbaycanın əməkdar artisti (2006). == Həyatı == Hicran Hüseynov 1942-ci ilin may ayının 6-da Qəbələ rayonunda dünyaya gəlib. 1959-cu ildə Qəbələ rayon orta məktəbini bitirdikdən sonra Bakı Kitabxanaçılıq Texnikumuna daxil olmuşdur. 1961-ci ildə həmin texnikumu bitirdikdən sonra sovet ordusu sıralarına çağırılmış və 1964-cu ildə sovet ordusu sıralarından tərxis olunmuşdu. 1964-cu ilin avqust ayinda Mirzağa Əliyev adına Azərbaycan Dövlət Teatr İnstitutunun Dram və kino aktyorluğu fakültəsinə daxil olmuş və 1968-ci ildə həmin institutu bitirərək təyinatla Sumqayıt Dövlət Dram Teatrına aktyor kimi göndərilmişdi. Həmin teatrda bir il işlədikdən sonra yenidən sovet ordusuna zabit vəzifəsinə çağırılmışdı. İki illik vəzifə borcunu yerinə yetirdikdən sonra Azərbaycan Televiziyasında elan edilən müsabiqənin iştirakçısı olmuş və üçüncü müsabiqədən keçərək AZTV-yə diktor vəzifəsinə dəvət edilmişdi. 1971-ci ildən AZTV-də əmək fəaliyyətinə başlamış, ali dərəcəli diktor vəzifəsinə qədər yüksəlmişdir. Əsasən gənclər üçün hazırlanmış proqramların aparıcısı kimi, sonralar informasiya proqramlarının, "Günün ekranı" və "Xəbərlər" proqramlarının daimi aparıcısı kimi fəaliyyətini davam etmişdir. 2006-cı ildə Azərbaycan prezidenti İlham Əliyevin fərmanı ilə Azərbaycanın Əməkdar artisti fəxri adına layiq görülmüşdü.
Hicran Hüseynova
Hicran Kamran qızı Hüseynov (13 avqust 1955, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. == Fəaliyyəti == Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.
Hicran Kərimli
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Hicran Mehbalıyeva
Hicran Paşa qızı Mehbalıyeva (d. 11 mart 1954) — Azərbaycan aktrisası, Azərbaycan SSR əməkdar artisti (1982). == Həyatı == Hicran Mehbalıyeva 1973–1977-ci illərdə Mirzağa Əliyev adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun dram və kino aktyorluğu fakültəsində təhsil alıb. 1977–1987-ci illərdə Sumqayıt Dövlət Dram Teatrında işləyib. Ailəsi ilə başqa ölkəyə köçdüyü üçün sənətdən uzaqlaşıb. 1 dekabr 1982-ci ildə Azərbaycan SSR əməkdar artistlərinin siyahısı fəxri adı ilə təltif edilib. == Mükafatları == Azərbaycan SSR əməkdar artisti — 01.12.1982 == Filmoqrafiya == Xoşbəxtlik qayğıları (film, 1976) Evləri köndələn yar (film, 1982) İşgüzar səfər (film, 1982) Qonşu qonşu olsa...
Hicran Mehdiyev
Hicran Mehdiyev — Texnika elmləri namizədi, iqtisadi informatika kafedrasının baş müəllimi, Tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsi (2000). == Həyatı == 20 fevral 1961-ci ildə Cəbrayıl şəhərində anadan olmuşdur. 1977-ci ildə Cəbrayıl şəhər orta məktəbini bitirmişdir və həmin ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsinə daxil olmuşdur. 1982-ci-1994-cü illərdə Azərbaycan Milli Elmlər Akademiyasının Kibernetika institununda proqramçı mühəndis, kiçik elmi işçi, qrup rəhbəri vəzifələrində işləmişdir. 1987-1990-ci illərdə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda məqsədli aspiranturada təhsil almiş və 1992-ci ildə həmin institutda namizədlik dissertasiyasını müdafiə etmişdir. 1994-1998-ci illərdə Prezident yanında İdarəçilik Akademiyasinda baş müəllim vəzifəsində çalışmışdır. 2000-ci ildən tətbiqi riyaziyyat və kibernetika fakültəsində baş müəllim vəzifəsində çalışır. == Elmi adları == 1982-ci ildə Azərbaycan Dövlət Universitetinin mexanika-riyaziyyat fakültəsini bitirmişdir 1992-ci ildə Ukrayna Milli Elmlər Akademiyasının Kibernetika institununda namizədlik dissertasiyası müdafiə etmişdir == Tədqiqat sahəsi == Informasiya texnologiyalarinin tehsildə tətbiqi, ekspert-öyrədici sistemlərinin yaradılması. == Əmək fəaliyyəti == BDU 2000-2002-ci illərdə informasiya texnologiyalari və programlaşdırma, 2002-ci ildən iqtisadi informatika kafedraları Informatika, riyaziyyat və informatikanın tədrisi metodikası, əməliyyat sistemləri və proqramlaşdərma dilləri, 14 elmi əsərin müəllifidir. == Seçilmiş əsərləri == 1.
Hicran Nəsirova
Hicran Nəsirova (tam adı: Nəsirova Hicran Fətəli qızı; 11 mart 1958) — Azərbaycan Respublikasının əməkdar artisti. == Həyatı == Hicran Nəsirova 1979-cu ildə M. Əliyeva adına Azərbaycan Dövlət İncəsənət İnstitutunun "Dram və kino aktyoru" fakültəsini bitirdikdən sonra, təyinatı ali məktəbin Tədris teatrında işləməyə başlamışdır. Gənc aktrisa teatrın bədii rəhbəri V. Həsənovun səhnə quruluş verdiyi C. Cabbarlının "Yaylağa gedir əsərində Tibb bacısı, S. Vurğunun "Komsomol poeması"nda Humay və s. tamaşalarda oynamışdır. 1981-ci ildə o, Milli Dram Teatrında Anarın "Səhra yuxuları" psixoloji dramında Leyla rolunu ifa etmişdir. 1986-cı ildən H. Nəsirova Akademik Milli Dram Teatrının aktrisasıdır. Bu illər ərzində o, Nabat ("Günah", R. Əlizadə), Zöhrə ("Gecə döyülən qapılar", Nəbi Xəzri), Xumar ("Yalan", Sabit Rəhman), Zərifə ("Nişanlı qız", Sabit Rəhman), Birinci rəfiqə ("Qadın faciəsi", F. Q. Lorka), Məlahət ("Əcəb işə düşdük", Şıxəli Qurbanov), Ağqoyunlu ana ("Ağqoyunlular və Qaraqoyunlular", Əli Əmirli), Reqana ("Kral Lir", Uilyam Şekspir), Kəklik ("Tənha iydə ağacı", İlyas Əfəndiyev), Züleyxa ("Poçt şöbəsində xəyal", Elçin), Çılğının xalası ("Dar ağacı", Bəxtiyar Vahabzadə), Qıssa xanım ("Dirilən adam", Mir Cəlal), Gözəl ("Mənim günahım", İlyas Əfəndiyev), Bibi ("Generalın son əmri", Vaqif Səmədoğlu) və s. müxtəlif səpkili obrazlar yaratmışdır. Aktrisa Azərbaycan Dövlət Televiziyasının hazırladığı Anarın "Evləri köndələn yar" (Reyhan), B. Vahabzadənin "Kimdir haqlı?" (Məlahət), Ə. Hacızadənin "İtkin gəlin" (Dünya), C. Cabbarlının "Almaz" (Yaxşı), R. Səməndərin "Bir yay günü" (Məhbubə) və s. teletamaşalarda müxtəlif səpkili rollar ifa emişdir.
Hicran Qəşəmova

Hicran Rüstəmzadə
Hicran Rüstəmzadə (1960) — Azərbaycan Hərbi Dəniz Qüvvələrinin I dərəcəli Kapitanı, Azərbaycan Hərbi Dəniz Qüvvələrinin Komandanı vəzifəsini icra edən (2016-2017). == Hərbi xidməti == Hicran Rüstəmzadəyə 2016-cı il martın 29-da müdafiə nazirinin əmrinə əsasən Azərbaycan Hərbi Dəniz Qüvvələri Komandanı vəzifəsinin icrası tapşırılıb. O, 2017-ci il yanvarın 25-nə qədər bu vəzifəni icra edib.
Hicran Şərifov
Hicran Şərifov — Azərbaycan Respublikasının "Əməkdar Bədən Tərbiyəsi və İdman Xadimi", "Olimpiya" və "Şöhrət" ordenli, "Tərəqqi" medallı, əmakdar məşqçi, Olimpiya kateqoriyalı Beynəlxalq dərəcəli hakim, idman ustası. == Həyatı == Şərifov Hicran İbrahim oğlu 1 avqust 1965-ci ildə Bakının Əmircan qəsəbəsində anadan olub. 1990-cı ildə ailə həyatı qurub. Beş övladı, iki nəvəsi var. == Təhsili və karyerası == 1982-ci ildə burdakı 9 illik 97№-li, sonra isə 11 illik 114 №-li orta məktəbi, 1992-ci ildə Azərbaycan Neft və Kimya İnstitutunu, 2005-ci ildə isə Polis Akademiyasının hüquqşünaslıq fakültəsini bitirib. “Uşaq -gənclər idman məktəblərinin (UGİM) idarə edilməsininelmi-pedaqoji əsasları” Mövzusulu elmi işi əsasında Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyası 7 aprel 2017-ci il tarixli (protokol, N 07-k) qərarı ilə pedaqogika üzrə FƏLSƏFƏ DOKTORU elmi dərəcəsi verilmişdir. “Xüsusi təyinatlı ali təhsil müəssisələrində təhsil alanların fizikihazırlıq işinin təşkili” mövzusu əsasında elmlər doktoru elmi dərəcəsi üzrə təhsilini davam etdirir. 1993-cü ildən daxili işlər orqanlarında işləyir. 1994-cü ildən 2000-ci ilə qədər operativ xidmətdə, 2000-ci ildən DİN-nin Polis Akademiyasında İdman Sağlamlıq Kompleksinin rəisi, eyni zamanda həmin akademiyada Fiziki Hazırlıq kafedrasının müəllimi kimi fəaliyyət göstərib. 2001-ci ildə təhsilini artırmaq məqsədi ilə DİN-in Polis Akademiyasına daxil olmuşdur.
Hicran Kərimov
Hicran Kərimli (tam adı: Kərimli Hicran Vasif oğlu) — Azərbaycan Respublikası Ali Sovetinin XII çağırış deputatı. == Həyatı == Ordubad Konserv Zavodunun baş iqtisadçısı vəzifəsində işləmişdir. 1995-ci ildən 1998-ci ilə kimi Belarusda yaşamış, daha sonra isə Rusiyaya köçmüşdü. === Parlamentdə === Hicran Kərimli Azərbaycan SSR Ali Sovetinin XII çağırışında Naxçıvan Muxtar Respublikasının Ordubad şəhərindən – 339 nömrəli Ordubad seçki dairəsindən deputat seçilmişdir. O, 26 noyabr 1991-ci ildə təşkil edilən Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının tərkibinə daxil edilmişdir.
Hicran Əhmədova
Hicran Əhmədova — azərbaycanlı peşəkar futbolçu. Azərbaycan Yüksək Qızlar Liqasında çıxış etmiş "Zaqatala" klubunun futbolçusu olmuşdur. == Həyatı və Karyerası == Hicran Əhmədova ilə bağlı Peşəkar futboldaki arxiv məlumatları çox azdır. Belə ki, 2019-ci ilin yanvar 22-si "Fidan" ilə "Zaqatala" oyununda, aqressiv davranışa görə qırmızı vərəqə alaraq meydandan kənarlaşdırılıdığı bəllidir. Daha sonra futbolçunun karyerasını harada davam etdirdiyi barədə məlumat yoxdur. Ehtimal ki, karyerasını erkən dönəmlərdə bitirmişdir.
Hicran Hüseynova (siyasətçi)
Hicran Kamran qızı Hüseynov (13 avqust 1955, Bakı) — azərbaycanlı dövlət və siyasi xadim, Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri (2006–2020), Azərbaycan Milli Məclisinin VI çağırış üzvü. == Həyatı == Hicran Hüseynova 1955-ci il avqustun 13-də Bakı şəhərində anadan olub. 1972–1977-ci illərdə S. Kirov adına Azərbaycan Dövlət Universitetində tarix üzrə ali təhsil alıb. 1985-ci ildə dissertasiyasını müdafiə edib və tarix elmləri namizədi dərəcəsi alıb. 2001-ci ildə "Azərbaycan Avropa inteqrasiya sistemində" mövzusunda dissertasiyanı müdafiə edib və siyasi elmlər üzrə doctor dərəsi alıb. 2007-ci ildə isə Azərbaycanın Prezidenti yanında Ali Atestasiya Komissiyası tərəfindən ona professor adı verilib. == Fəaliyyəti == Hicran Hüseynova Azərbaycan Prezidenti İlham Əliyevin 6 fevral 2006-cı il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə təyin edildi. 2020-ci il fevralın 9-da baş tutan parlament seçkilərində 41 saylı Sumqayıt I dairəsindən Yeni Azərbaycan Partiyasının namizədi olan Hicran Hüseynova, 32,60 % səslə VI çağırış Milli Məclisin deputatı seçildi. 2020-ci il martın 10-dan səlahiyyətlərinin icrasına başlayan Hicran Hüseynova, Milli Məclisin ailə, qadın və uşaq məsələləri Komitəsinin sədri oldu. Milli Məclisin deputatı səlahiyyətlərinin icrasına başlaması ilə bağlı Azərbaycan Prezidenti İlham Əliyevin 10 mart 2020-ci il tarixli Sərəncamı ilə Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri vəzifəsinə azad edildi.
Hicran (teatr tamaşası, 1983)
Hicran — 1983-cü ildə Azərbaycan Dövlət Musiqili Komediya Teatrının tamaşası.
Şəbi-hicran (film, 1993)
Film şərqin böyük dühası, şair-filosof Məhəmməd Füzulinin həyat və yaradıcılığına həsr olunmuşdur. Kinolent böyük şairin anadan olmasının 500 ilik yubileyi münasibətilə lentə alınmışdır. Film "Azərkinovideo" İB-nin sifarişi ilə çəkilmişdir.
Hicrandost (Kəleybər)
Hicrandost (fars. هجران دوست‎‎) - İranın Şərqi Azərbaycan ostanının Kəleybər şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == Kənddə 2006-cı il siyahıya alınmaya görə 196 nəfər yaşayır (63 ailə).
Hacman
Hacıman — Azərbaycan Respublikasının Ağsu rayonunun Kalva kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Düzənlikdədir. Yaşayış məntəqəsi Cənubi Azərbaycan ərazisindən köçüb gəlmiş ailələrin məskunlaşması nəticəsində yaranmışdır. Oykonimin Hacı (ş.a.) və man (ev, mənzil, məskən) komponentlərindən ibarət olub, "Hacının mulku" mənasını ifadə etməsi ehtimal edilir. Lakin kəndin adının etnotoponim olması da istisna deyil.
Heyran
Heyran — Sevgi, məhəbbət deməkdir.
Hicrət
Hicrət — ərəb sözü olub başqa yerə getmək, köçmək mənasını ifadə edir. Məhəmməd peyğəmbərin və onun tərəfdarlarının 622-ci ilin sentyabrında Məkkədən Mədinəyə köçməsi kimi tarixdə qalmışdır. Xəlifə Ömərin dövründə (634–644) Hicrət ili (622) müsəlman təqviminin başlanğıcı elan edildi. == Hicri təqvimi == Hicri təqvim, hicrətdən başlanan müsəlman təqvimidir. Hicri təqvim iki növdür: hicri-qəməri (ərəbcə-Ay) və hicri-şəms (ərəbcə-Günəş). Hicri-qəməri təqvimin ayları bunlardır: Məhərrəm; Səfər; Rəbiüləvvəl; Rəbiülaxır; Cəmadiyələvvəl; Cəmadiyəlaxır; Rəcəb; Şaban; Ramazan; Şəvval; Zilqədə; Zilhiccə.
Hirkan
Hirkan (əvvəlki adı: Avrora) — Azərbaycan Respublikasının Lənkəran rayonunun inzibati ərazi vahidində şəhər tipli qəsəbə. Azərbaycan Respublikası Milli Məclisinin 5 oktyabr 1999-cu il tarixli, 708-IQ saylı Qərarı ilə Lənkəran rayonunun Avrora qəsəbə inzibati-ərazi vahidi tərkibindəki Avrora şəhər tipli qəsəbə Hirkan şəhər tipli qəsəbə, Avrora qəsəbə inzibati-ərazi vahidi Hirkan qəsəbə inzibati-ərazi vahidi adlandırılmışdır. == Tarixi == SSRİ dövründə bura Lənkəranın ən çox çay istehsal edən sovxozu olmuşdur. SSRİ dövründə "Avrora Çay Sovxozu" adlandırılmışdır. 1930-cu ildə Sovet hakimiyyəti dövründə şəhər tipli qəsəbə olaraq yaradılmışdır. 1934-cü ildə Baltik donanmasının "Avrora" kreyserinin şərəfinə "Avrora" çayçılıq sovxozu əsasında Avrora adlandırılmışdır və beləliklə qəsəbənin əsası qoyulmuşdur. Dağatəyi düzənlikdədir. 1964-cü ildə Hirkana şəhər tipli qəsəbə statusu verilmişdir. Xanbulançay su anbarı bu qəsəbədədir. Çayçılıq sahəsinin inkişafı 1970–1980-ci illərdə daha da sürətlənmiş, çay əkinlərinin suvarma suyuna tələbatının ödənilməsi məqsədi ilə 1976-cı ildə Lənkəran rayonunda tutumu 52 milyon m³ (kubmetr) olan Xanbulançay su anbarı Bəşəru çayının üzərində inşa olunmuşdur, bu böyük bənd bu günə kimi hələ də öz möhkəmliyi ilə seçilir.
Hövran
Hövran (ərəb. حوران‎) — Suriyanın cənubində yerləşən yayla.
Sircan
Sircan (fars. سیرجان‎, Sīrjān), İranın Kerman ostanında şəhər. Öz adını daşıyan Sircan şəhristanının idarə mərkəzi olan şəhərin 2006-cı ildə əhalisi 167.014 nəfərdir. Şəhər yerfıstığı məhsulu və kilimləriylə məşhurdur. Şəhər İranın sürətlə böyüyən şəhərlərindən birisidir. Xüsusilə yeni qurulan Sircan Azad İqtisadi Bölgəsi şəhərin inkişafında önəmli bir yer qazandırmış və Sircan idxalat və ixracat mallarının depolandığı və ölkə sənayesinin dayanağı halına gələn ən önəmli mərkəzlərdən birinə dönmüşdür. Sircanın xüsusi iqtisadi bölgəsinin böyük milli bir layihə olaraq seçilməsindəki sebeb, bölgənin başda coğrafi vəziyyəti olmaq üzrə, sahib olduğu digər məsələlər də var. Ölkənin ən böyük dəniz limanı Bəndər Abbasa 300 km məsafədə olan və Fars, Yəzd, Xorasan, Sistan və Bəlucistan və Hörmüzqan əyalətlərinin tam ortasında olan bu bölgə eyni zamanda Bəndər Abbas limanı yoluyla ölkəyə girən malların mübadiləsi və paylaşmasının aparıldığı önəmli bir kəsişmə nöqtəsində yerləşir.
Vicdan
Vicdan, insanın öz əxlaqi dəyərlərini əsas alaraq öz niyyətləri və ya hərəkətləri ilə bağlı nə etdiyini və ya edəcəyini müəyyənləşdirdiyi şəxsi xüsusiyyətidir. Vicdan anlayışı əksər dinlərdə, bir çox fəlsəfi cərəyanlarda, mistisizmdə böyük ölçüdə əhəmiyyət verilmiş bir anlayışdır . Bu gün bəziləri “ictimai vicdan” anlayışını ortaya atda da nə dini, nə mistik və s. sahələrdə belə bir anlayış mövcud deyil, vicdan anlayışı bu sahələrdə həmişə fərdi vicdan mənasında işlədilib. Fəlsəfəyə görə insanın daxili rahatlığını və ya daxili narahatçılığını yaradaraq insanın hərəkətlərinə istiqamət verən vicdan bir anlayış deyil, insani keyfiyyətdir. Fəlsəfədə metafizik anlayış bu qabiliyyətin anadangəlmə olduğunu, dünyəvi anlayış isə insana ətrafındakı sosial şəraitinin müəyyən etdiyi ədəb və biliyin təsiri nəticəsi olduğunu iddia edir. Fridrix Nitsşeyə görə vicdan borclanmağı bacarmaq əxlaqından asılı olaraq ortaya çıxıb inkişaf etmiş, “söz verə bilən heyvan yetişdirə bilmək” məqsədilə uydurulmuş bir anlayışdır.
Ximran
Ximran — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Kənd Lahıc turizm zonasında yerləşir. Əhalisi 24 nəfərdir. Əhali əsasən heyvandarlıqla məşğul olur. Kənd elektrik enerjisi ilə təmin edilir. Kəndə yay mövsümündə avtomobillə getmək olar. Kənddə yeməkxana və çayxana yoxdur. 1859 — 1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Ximran kəndində 30 evdə etnik tatlardan ibarət 306 nəfər (152 nəfəri kişilər, 154 nəfəri qadınlar) sünni təriqətli müsəlman əhali yaşayırdı.
Miçman
Miçman (ing. michman) sözündən; hərfi mənası — "gəmi ortasındakı insan") — Bir sıra ölkələrin hərbi dəniz qüvvələrində hərbçilərə verilən hərbi gəmi rütbəsi.