ZINQIROVLU

sif. Zınqırov asılmış, zınqırovu olan. Zınqırovlu keçi. Zınqırovlu dəvə. Zınqırovlu dəf.
– Budur iki fayton gəlir, ikisi də zınqırovlu. C.Məmmədquluzadə.
Çoxdan bəri zınqırovlu fayton görməmiş uşaqlar, …məktəbin yanından uzanan araba yolu ilə aşağıya sarı yüyürdülər. M.Hüseyn.

Синонимы

  • ZINQIROVLU ZINQIROVLU Keçdi mizraqlı döyüşlər, qanlar; Zınqırovlu dəvələr, karvanlar (S.Vurğun); QUMROVLU Şişbuynuz, boynu qumrovlu ala erkəc həmişə sürünün qaba

Этимология

  • ZINQIROVLU (İlan), quyruğunda xüsusi səs salan hissə olduğundan belə adlanır(rus dilində гремучая змея deyirlər)
ZINQIROV
ZINQIROVOTU
OBASTAN VİKİ
Zınqırovlu ilanlar
Çökükbaşlar, çökükbaş ilanlar (lat. Crotalinae) və ya zınqırovlu ilanlar (lat. Crotalidae) — gürzələr fəsiləsinə aid ilan yarımfəsiləsi. Burun dəlikləri ilə gözü arasındakı üz çuxurunda yerləşən sinir uçları vasitəsilə hava temperaturunun ən zəif (0,1°S-dən) dəyişilməsini hiss edir, ovunu yaxşı duyur. Müxtəlif onurğalılarla, əsasən, məməlilərlə qidalanır. Tropik meşə və səhralarda, bəzi növləri dağlarda yaşayır. Əksəriyyəti yumurtadiridoğandır. Şimali Amerikada yaşayan Crotalus və Sistrurus cinslərinin quyruğunun uçunda zınqırov var (adı da buradandır). Quyruğunun uc seqmentləri bir-birinə toxunduqda zınqırov səsinə bənzər səs çıxarır. Asiyada, Şimali və Cənubi Amerikada 6 cinsi, 120-dən çox növü yayılmışdır.

Значение слова в других словарях