ZEBR
ZEFİR
OBASTAN VİKİ
Zebu
Zebu (lat. Bos primigenius indicus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin cütdırnaqlılar dəstəsinin boşbuynuzlular fəsiləsinin əsl öküz cinsinin i̇btidai öküz növünə aid heyvan yarımnövü. Zebu Bos nəsli və yarımnəslinin tərkibində növ, bəlkə də yarımnöv mövqeyindədir. Zebu, təsvir etdiyimiz növlərə nisbətən, adi qaramala çox yaxındır. Bununla belə zebu ilə adi qaramal arasında olan ciddi fərqi nəzərdən qaçırmaq olmaz. Son 20–30 il müddətində aparılmış dəqiq tədqiqatlar nəticəsində müəyyən edilmişdir ki, sümüyünün quruluşuna, daxili orqanların inkişafına və funksiyasına, ümumiyyətlə, morfoloji və fizioloji xüsusiyyətlərinə görə zebu qaramaldan əsaslı surətdə fərqlənir. Birinci və mühüm fərq bundadır ki, adi qaramalın normal sürətdə yaşaya bilmədiyi yerlərdə zebu özünü çox yaxşı hiss edir. Ralf Filippsə görə, tur təkamül prosesində iki əsas tipə, yəni adi qaramala və zebuya parçalanmışdır. Adi qaramal Orta və Şimali Avropada, Rusiyada, zebu isə Cənubi Asiyada, Aralıq dənizinin şimal sahillərində və Afrikada yayılmışdır. Bununla da Filips zebunun mühitin təsiri altında formalaşdığını sübut etmiş olur; qaramal cinslərinin müasir yayılışı göstərir ki, yüksək və soyuq iqlimli yerlərdə tur törəmələri olan adi qaramal, alçaq relyefli və isti iqlimli yerlərdə isə zebular və zebuyabənzərlər əmələ gəlmiş və min illər davam edən dövr ərzində kütləvi sürətdə törəyib artmışlar.
Yüksək məhsuldar zebu hibridləri (film, 1983)
Zebu-hürgüclü qaramal dünyanın bir çox ölkəsində yayılmışdır. Respublikamızda təmiz cinsli Azərbaycan zebusu yetişdirilir. Zebu hibridləşdirilməsi üzrə elmi mərkəz olan S.Ağamalıoğlu adına Azərbaycan Kənd Təsərrüfatı İnstitutunda ölkəmizdə yeganə zebuçuluq problem laboratoriyası var. Filmdə işlik və ətlik məqsədilə saxlanılan zebu, onun hibridləşdirilməsi, zebudan yeni ətlik cinslər yaradılması haqqında danışılır. Film Azərbaycan Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə çəkilmişdir. Rejissor: Adil Ələkbərov Ssenari müəllifi: A.Nikolski, Faiq Dərgahov Operator: Rəşid Nağıyev Səs operatoru: Şamil Kərimov Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Azərbaycan zebusu
Azərbaycan zebusu — Azərbaycan Respublikası ərazisində yaşayan zebu. Qaramal yarımnövlərindən birinin (Bos tarurus) xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır. Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. Yer üzərində mövcud qaramalın (1318,4 milyon) 60%-dən çoxu zebu və zebuqanlı heyvanlardır. Bu da onun ağır iqlim və əlverişsiz yemləmə şəraitində öz müsbət qiymətli bioloji xüsusiyyətlərini saxlamaqdan ibarətdir. Azərbaycan zebusunun qanında leykositlərin faqositar bakteresoid lizosim fəallığı yüksəkdir. Ona görə də zebu və hibridlər bir çox infeksion və invazion xəstəliklərə dözümlüdür.
Azərbaycanda zebuçuluq
Azərbaycanda zebuçuluq — Azərbaycan Respublikası ərazisində zebu cinsli heyvanların saxlanılıb, yetişdirilməsi ilə bağlı heyvandarlıq sahəsi. == Tarixi == Azərbaycan Respublikasında zebunun yayılmasının ilk izlərinə eramızdan əvvəl 2000-2500-ci illərdə rast gəlmək olur. Fransız arxeoloqu Jan Demorqanın 1883-cü ildə Lənkəran ərazisində aşkar etdiyi nadir tapıntı üzərində zebu təsviri olan möhür bu fikri təsdiq edir. == Növləri == Azərbaycandakı zebuçuluq təsərrüfatlarında saxlanılan əsas zebu cinsləri Azərbaycan zebusu və Kuba zebusudur. XX əsrin sonlarında isə Kuba və Azərbaycan zebusundan istifadə edilərək Tər-Tər, Gəncə, Göygöl, Samux, Goranboy rayonların fermer və dövlət təsərrüfatlarında ətlik və ətlik-südlük hibrid – Salyan qrupları yaradılmışdır. === Azərbaycan zebusu === Azərbaycan zebusu qaramal yarımnövlərindən birinin – "Bos tarurus"un xüsusi formasıdır. Cidovunda piyli və əzələli hürgücü vardır. Rəngi qara, sarı, narıncı qırmızı, boz rənglərin ağ rənglə qarışığından ibarət olub, çilli və xallıdır. === Kuba zebusu === XX əsrin 70-80-ci illərində Kuba Respublikasından Azərbaycan SSR-yə gətirilmiş zebu cinsli heyvanlar Lerikdə bəslənilib və bu istiqamətdə rayonun ixtisaslaşmış "Sosialist Kubası" sovxozu bütün keçmiş SSRİ-də məşhur olmuşdur.

Значение слова в других словарях