Zimbabvedə hərbi çevriliş (2017)
Zimbabvedə hərbi çevriliş (ing. Zimbabwean coup d'état) - 2017-ci ilin 14 noyabr axşamından etibarən Afrikanın cənubunda yerləşən Zimbabvedə hərbiçilər tərəfindən gercəkləşdirilmiş Hərbi çevriliş. 14 noyabr axşamı Zimbabve Milli Ordusu paytaxt Hararedə yerləşən bəzi nöqtələrdə nəzarəti ələ keçirmişdir.
Başda dövlət telekanalı ZBC (ing. Zimbabwe Broadcasting Corporation) olmaqla şəhərin mərkəzinə aparan yollar hərbiçilər tərəfindən nəzarətə götürülüb, blokpostlar quraşdırılıb. 15 noyabr tarixində Zimbabve hərbçiləri ölkənin paytaxtı Hararedə baş verənlərin hərbi çevrilişlə heç bir əlaqəsi olmadığını bəyan ediblər. Xarici telekanala açıqlamalarında hərbçilər aparılan əməliyyatların ölkədə cinayətkar qruplara qarşı olduğunu bildiriblər.
Ölkənin təhlükəsizlik məsələləri üzrə milli şöbənin rəhbəri Robert Muqabe və ailəsinin ev dustaqlığında olduğunu, onun həyatı üçün təhlükə olmadığını bəyan edib.
Hərbiçilər paytaxtda hökumət qurumları, parlament və məhkəmələrə gedən əsas yolları bağlayıb. Hərbçilər, həmçinin Zimbabvenin maliyyə naziri İqnasius Çombonu həbs edib.