Azərbaycan–Zimbabve münasibətləri — Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasındakı mövcud ikitərəfli əlaqələr.
Azərbaycan-Zimbabve münasibətləri | |||||
---|---|---|---|---|---|
|
|||||
Vikianbarda əlaqəli mediafayllar |
İki ölkə arasında diplomatik əlaqələr 2008-cı ildə qurulmuşdur[1]. Həmin ilin 24 oktyabr tarixində Azərbaycan Respublikası ilə Zimbabve Respublikası arasında diplomatik əlaqələrin yaradılması haqqında Protokol imzalanmışdır[1].
Zimbabve Respublikasının xarici işlər naziri Simbaraşe Mumbengegvinin başçılıq etdiyi nümayəndə heyəti 2014-cü ilin aprel ayında Azərbaycanda səfərdə olmuş[2], 10 aprel tarixində Prezident İlham Əliyev onu qəbul etmişdir[3].
2019-cu ilin yanvar ayının 18-də Zimbabve Respublikasının Prezidenti Emmerson Mnanqaqva Azərbaycana işgüzar səfərə gəlmişdir[4]. Bu Zimbabve başçısının Azərbaycana ilk səfəridir. 19 yanvar tarixində onun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevlə görüşü olmuşdur[5]. Zimbabve Prezidentinin Azərbaycana işgüzar səfəri yanvarın 19-da başa çatmışdır[6].
2 sentyabr 2016-cı ildə "Baku Crystal Hall"da keçirilmiş 42-ci Ümumdünya Şahmat Olimpiadasında Zimbabve komandası da iştirak etmiş; Olimpiadanın birinci turunda Prezident İlham Əliyev Azərbaycanın kişilərdən ibarət birinci komandasının üzvü Şəhriyar Məmmədyarov ilə Zimbabve şahmatçısı Rodvel Makoto arasındakı partiyada ilk gedişi (D2-D4) etmişdir[7].
Azərbaycan ilə əlaqədar bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |