ZİYADƏLƏŞMƏK

f. Artmaq, çoxalmaq, daha da artmaq, bollaşmaq.
[Nadir bəy:] İnsanlar arasında ülfət ziyadələşdikcə, şübhəsiz, könüldəki təəssürat və məhəbbət də o nisbətdə artmağa başlar. H.Cavid.
İçərisində yaşadığımız iyirminci əsrdə elmlərin ədədləri bir dərəcədə ziyadələşmişdir ki, … saymaqla qurtarmaq olmaz. F.Ağazadə.

ZİYADƏLƏŞMƏ
ZİYADƏSİNCƏ

Значение слова в других словарях