ZÜLMKARLIQ
ZÜMRÜD
OBASTAN VİKİ
Tat (zümrə)
Tat Orta Şərqdə və qismən Mərkəzi Asiyada köçəri və yarımköçəri toplumlardan fərqli olaraq oturaq əhaliyə verilən ümumi ad. Daha çox rəiyyətə aid edilirdilər. Ehtimal olunur ki tatar sözü də tat sözündən yaranıb. Moğol (monqol) tayfalarından olmayan və sonralar ümumi adla tatar adlandırılan tayfalar monqollara nisbətən tabe vəziyətdə idi. Batı xan Avropaya yürüşünü başlamazdan əvvəl tatarları tabe vəziyətdən çıxardı və monqollarla eyni sosial səviyyəyə qaldırdı. Batı xanın Qərbə yürüşündə tatarlar həlledici rol oynadılar. Bu halda tatlar (sonra tatarlar) sırf türk tayfalarına verilən ad idi. Zümrə mənasında tat sözü xalq mənasında tat sözündən müəyyən qədər fərqlənir. Yuxarıda tatarların misalı buna sübutdur. Başqa bir sübut Azərbaycanda tat dilində danışan, amma tarixən oturaq olmayan dağlıların olmasıdır.
Şakir Zümrə
Şakir Zümrə (d. 1885, Varna - ö. 16 iyun 1966) Türkiyə Respublikasının ilk sənayeçisi, İstiqlaliyyət müharibəsi dövründə Türkiyənin ilk şəxsi "aviasiya bombası" fabrikinin yaradıcısı və hüquqşünas. İlk türk aviasiya bombası sənayesinin yaradıcısı Şakir Zümrədir. İbtidai təhsilini Varnada başa vurduqdan sonra Cenevrəyə getmişdir. Orta təhsilini başa vurduqdan sonra 1908-ci ildə Cenevrədə hüquq fakültəsini bitirmişdir. Birinci Dünya müharibəsi illərində o Varnadan seçilən türk millət vəkili olaraq Bolqarıstan parlamentindəki 17 türk nümayəndəsindən biri kimi parlamentə daxil olmuşdur. O, marşal Fevzi Çaxmaqın yaxın qohumudur. Elə həmin illərdə Sofiyada polkovnik-leytenant hərbi rütbəsi ilə Türkiyə Hərbi Attaşesi vəzifəsini icra edən Mustafa Kamalla tanış olmuş və onunla yaxın dostluq münasibətləri yaratmışdır. İstiqlaliyyət müharibəsini dəstəkləmək üçün xaricdən Anadoluya silah və sursat göndərməklə yanaşı, Türkiyəyə müharibə sənayesində istifadə oluna biləcək usta və texniki işçilərin tapılmasında da köməklik göstərmişdir.

Значение слова в других словарях