ZIRPI

sif.is. vulq.
1. Çox yekə, çox böyük, yekəpər, yöndəmsizcəsinə iri.
Şah Dəşküvar baxırdı, gördü ki, bu pəlvan elə zırpı pəlvandı ki, qabağında dağ dayanmaz. (Nağıl).
[Gileygüzarov:] Mən boyda zırpı ədibi burada qoyub, bir gör kimləri çap eyləyirlər, kimləri?! – deyib özündən çıxdı. S.Rüstəm.
…Bitdilidən zəvvar aparmağa gələn zırpı bir şeydi. Ə.Əbülhəsən.

2. bax zırı(q) 2-ci mənada.

Синонимы

  • ZIRPI yekə — böyük — yekəpər
  • ZIRPI qanmaz — kobud — qaba
  • ZIRPI zırpı bax böyük 1

Антонимы

  • ZIRPI ZIRPI – BALACA Lakin bədlikdən iki zırpı it də onlarla gəlirdi (M.Talıbov); Evin balaca, kirli qapısı böyük alma, armud bağına baxır (Mir Cəlal)

Этимология

  • ZIRPI Ehtimal olunur ki, zorba sözünün dəyişilmiş formasıdır. (Bəşir Əhmədov. Etimologiya lüğəti)
ZIRNIX
ZIRPILAŞMA

Значение слова в других словарях