ZƏNGİNLƏŞDİRMƏK

f.
1. Zəngin etmək, varlandırmaq. Ölkəni zənginləşdirmək.
2. Daha da artırmaq, çoxaltmaq. Öz təcrübəsini zənginləşdirmək. Biliyini zənginləşdirmək.
– Ana dilində və farsca yazılmış əsərləri ilə Şəhriyar, … təravətli obraz və ifadə vasitələri ilə zənginləşdirmiş, xüsusən dünya poeziyasına “Heydərbabaya salam” kimi yüksək dərəcədə xəlqi və sənətkarlıq baxımından nadir əsərlərdən birini töhfə vermişdir. B.Nəbiyev.

3. xüs. Süxurun boşluğunu aradan qaldırmaqla, yaxud ona hər hansı bir maddə daxil etməklə, onun dəyərini, faydalılığını artırmaq. Filizi zənginləşdirmək.
ZƏNGİNLƏŞDİRMƏ
ZƏNGİNLƏŞMƏ

Значение слова в других словарях