[Xan:] Bivecdir, əlindən zəvzəklikdən başqa bir şey gəlməz.
Yaman qəzəbləndi bu zəvzəkliyə; Baş həkim Cahangir çıxdı özündən.
□ Zəvzəklik etmək – boşboğazlıq etmək, naqqallıq etmək, boş-boş danışmaq.
Sabah bu arvad gedib orda-burda zəvzəklik edərək Siratın dövlətli tərəfdarı olduğunu danışa bilərdi.