çaparaq
çapxana
OBASTAN VİKİ
Robert Barker (çapçı)
Robert Barker (1570 və ya 1568, Datçet[d], Berkşir[d] – 10 yanvar 1645) — İngiltərə kralı I Ceymsin çapçısı, İngiltərə kraliçası I Elizabetin çapçısı olmuş Kristofer Barkerin oğlu. Əksər mənbəyə görə, Barker «Kral Ceymsin Bibliyası» kitabının çapçısı idi. Bu kitab ingilis dilində çap edilmiş ən təsirli və əhəmiyyətli kitablardan biri idi. O və onun şəriki Martin Lukas «Zalim Bibliya» kitabını nəşr etdirmişdir. Barker 1635-ci ildə həbs edilmişdir. Olduqca sərfəli bir biznesdə işləmək yerinə, o, yaxşı bir biznesmen deyildi. Ehtimal olunur ki, bu təcrübəsizlik və ümidsizlik onun qanunla problem yaşamasına gətirib çıxarmışdır. Əlavə olaraq, «Zalım Bibliya» və həmin kitabın səbəb olduğu cərimə də buna təsir göstərmişdir. Növbəti on il müddətində tez-tez həbs edilən və həbsdən çıxarılan Barker 1645-ci ildə vəfat etmişdir. Plomer, Henry R. A Short History of English Printing 1476–1898.

Значение слова в других словарях