çaqqaçaq 2021
çaqqal-canavar
OBASTAN VİKİ
Çaqqal
Çaqqal — Afrika və Avrasiya ərazisinə xas olan itlər fəsiləsinin orta ölçülü nümayəndəsidir. "Çaqqal" sözü tarixi olaraq canina subtribasına aid bir çox itləri adlandırmaq üçün istifadə edilmişdir, lakin müasir dövrdə bu söz ən çox üç növün adlandırılmasında istifadə edilir: yəhəraltı çaqqal (Lupulella mesomelas),Qara Afrikada olan zolaqlı çaqqal (Lupulella adusta) və cənub-mərkəzi Avropa ilə Asiyada yerləşən adi (qızıl) çaqqal (Canis aureus). Çaqqallar monofiletik kladlar yaratmasa da, onlar fürsətçil hər şey yeyənlər, kiçik və orta ölçülü heyvanların yırtıcısı və peşəkar leş yeyənlərdir. Çaqqallar arasında ən yayılmış sosial vahid monoqam cütlük sayılır. Onlar öz ərazilərini möhkəm qoruyur və ərazi sərhədlərini sidik və nəcis vasitəsilə nişanlayırlar. Böyük ərazilərdə cavan yetişkən çaqqallar öz ərazilərini qurana qədər öz valideynləri ilə qala bilərlər. Uzunluğu 30-35 sm olan quyruqları ilə birlikdə bədən uzunluqları 85-95 sm-ə çatır. Bədən ağırlıqları 7-12 kilo arasında dəyişir. Çaqqallar gündüz çox aktiv olmurlar. Gündüzləri, əsasən, böyük heyvanlardan qorunmaqla keçirirlər.
Adi çaqqal
Adi çaqqal (lat. Canis aureus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. == Yarımnövləri == Əsasən iki yarımnövə ayrılır. Aralıq Dənizi və Cənubi Avropada (bura həmçinin Qafqaz və Dağıstandada yaşayanlar da aiddir) yaşayan çaqqallar Canis aureus maeoticus yarımnövünə aid hesab olunur. Yaşayış arealın şərq hissəsində (Hindistan, Orta Asiya, İran) yaşayanlar isə tipik Canis aureus aureus yarımnövünə aid hesab edilir. Bunlardan başqa adi çaqqalın Şimali Afrikada yaşayan və sayı az olan bir neçə yarımnövü də var: Canis aureus algirensis Canis aureus anthus Canis aureus bea Canis aureus lupaster Canis aureus maroccanus Canis aureus riparius Canis aureus soudanicus Lakin adi çaqqalın bu cür təsnifatı ilə bütün zooloqlar razılaşmır.
Yəhəraltı çaqqal
Yəhəraltı çaqqal (lat. Canis mesomelas və ya Lupulella mesomelas) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü. CAR-da və Afrikanın şərq sahillərində Nubiyadan Ümid burnuna qədər ərazilərdə yaşayır. Çaqqalın bu növü insanlara tez alışır.
Zolaqlı çaqqal
Zolaqlı çaqqal (lat. Canis adustus və ya Lupulella adusta) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqqal Karlos
İliç Ramires Sançes (isp. Ilich Ramírez Sánchez) və ya tanınan adı ilə Çaqqal Karlos – hazırda Fransada həbsdə olan Venesuela terrorçusu. 16 qətldə şübhəli bilinir. 1949-cu ilin 12 oktyabr tarixində Venesuelada anadan olub. Çaqqal gənclik dövründə 10-dan çox ölkədə yaşayıb. Onun ailəsi intelligent ailə idi. Dindar müsəlman olan anası vaxtının çoxunu dini öyrənməyə sərf edirdi. Ramiresin atası qatı kommunist idi. O, SSRİ-nin yaranma ideyasını dəstəkləyir, Vladimir Leninə pərəstiş edirdi. Bu səbədən üç övladını Leninin şərəfinə adlandırmışdı.
Çaqqal oğlu çaqqal (film, 1972)
Multiplikasiya filmində çaqqal acgözlük edib ələ keçirdiyi qəniməti canavarla yarı bölmək istəmir, ona görə də hiyləyə əl atır. Müəlliflər demək istəyirlər ki, acgözlük insanı hər cür sifətə salır, onu yaltağa çevirir. Yaltaq isə dostunu düşməndən seçə bilmir. Kukla filmidir. Bu ilk və yeganə genişekranlı Azərbaycan cizgi filmidir. Rejissor: Mirzə Rəfiyev Ssenari müəllifi: Araz Dadaşzadə Operator: Əlihüseyn Hüseynov Quruluşçu rəssam: Mirzə Rəfiyev, Eduard Abdullayev Rejissor assistenti: Hafiz Əkbərov Multiplikasiya rəssamı: Rauf Dadaşov Bəstəkar: Aqşin Əlizadə Səs operatoru: Əziz Şeyxov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Adi çaqqal qanqalı
Çaqqal nəfəsi (film, 2013)
Çaqqal nəfəsi — İranlı rejissor Babək Şirinsifətin çoxseriyalı filmi. Kriminal melodram janrında olan serialin əsas ana xətti bir neçə paralel süjet üzərində qurulub. Film iki qadının taleyindən bəhs edir. Təsüdüfi bir qətl törətdiyi üçün həbsxanaya düşmüş Nərgiz adlı gənc qadının (33-35 yaş) həbsxanadan çıxdıqdan sonra başına gələnlər və keçmişdə biznes fəaliyyətiylə məşğul olub, lakin kimlərsə tərəfindən şərlənib həbsxanaya saldırılan Gülarə adlı yaşlı qadının öz günasızlığını sübut etmək yolunda apardığı mübarizəsi yer alıb. “Çaqqal nəfəsi” adlı serialda əməkdar artist Qurban İsmayılov, Gülzar Qurbanova, Rasim Cəfərov, Elgün Həmidov və digər tanınmış aktyorlar rol alıb. Ekran əsərində tanınmış teleaparıcı Səxavət Nur da debütünü edib. Filmin ssenari müəllifi İlqar Fəhmidir. Seriala musiqini iranlı bəstəkar Hamid Sabet yazıb.
Həbəşistan çaqqalı
Həbəşistan çaqqalı (lat. Canis simensis) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin yırtıcılar dəstəsinin i̇tlər fəsiləsinin canavar cinsinə aid heyvan növü.
Çaqqallarla Rəqs
Çaqqallarla rəqs — 17 dekabr 2010-cu ildə vizyona girən Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar və Murad Ağqoyunlunun oynadığı filmdir. Rejissoru Murad Şəkərdir.
Çaqqallarla Rəqs (film, 2010)
Çaqqallarla rəqs — 17 dekabr 2010-cu ildə vizyona girən Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar və Murad Ağqoyunlunun oynadığı filmdir. Rejissoru Murad Şəkərdir.
Çaqqallarla Rəqs (filmlər seriyası)
Çaqqallarla rəqs — rejissor Murad Şəkər tərəfindən çəkilmiş Türkiyə istehsalı olan filmlər seriyasıdır. Film Çaqqallarla rəqs filmi ilə başlayıb, Çaqqallarla rəqs 6 filmi ilə kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi səkkiz ildən artıq davam edib.
Çaqqallarla Rəqs 2: Xəstəsiyik Dədə
Çaqqallarla rəqs 2: xəstəsiyik dədə — Çaqqallarla rəqs filminin davam filmi. 7 dekabr 2012 tarixində vizyona girmiş olan filmdə başrolları Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar, Murad Ağqoyunlu oynamaqdadır. Rejissorluğunu və ssenaristliyini Murad Şəkər götürmüşdür. Filmin çəkilişləri İstanbulun müxtəlif səmt və məkanlarında 4 həftə davam etmiş və filmin çəkimi tamamlanmışdır. İlk film olan Çaqqallarla Rəqs filmi sonunda işlədikləri günahlar nədəni ilə həbsxanaya girən Qayın Gökhan, Mühasibatçı Sərvət, Del Piero Hikmət və Köftə Nəcmi çətin günlər keçirməkdədirlər. Həmdə çox sevdikləri və pul qazandıqları futbolu və məhəllədəki dostları ilə yaxınlarından ötrü darıxırlar. Həbsxanada olduqları vaxtda ediləcək olan tibbi bir təcrübə üçün qobay olmağa razı olurlar. Beləcə həbsxanadan da şərtli təhliyə olabiləcəklər. Şərtli təhliyələri edilən film qəhrəmanları günah önləyən dərmanları istifadə etməyə başlıyarlar. Çölə çıxanda öz aralarında artıq çaqqallıq etməyəcəklərinə dair bir-birlərinə söz verirlər.
Çaqqallarla Rəqs 2: Xəstəsiyik Dədə (film, 2012)

Çaqqallarla Rəqs 3: Sıfır Problem (film, 2014)
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Çaqqallarla Rəqs 4 (film, 2016)
Çaqqallarla rəqs 4 — Çaqqallarla rəqs 3: sıfır problem filminin davamıdır. Baş rollarda Şəvkət Çoruh, İlkər Ayrık, Timur Acar və Murad Ağqoyunludur. Film 25 noyabr 2016-cı ildə kinoteatrlarda göstərilmişdir .
Tikanlı çaqqalqanqalı
Tikanlı çaqqalqanqalı (lat. Onopordum acanthium) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinin çaqqalqanqalı cinsinə aid bitki növü. Onopordum acanthium subsp. acanthium Onopordum acanthium var. araneosotomentosum (Rech.f.) Parsa Onopordum acanthium subsp. ceretanum (Sennen) Arènes Onopordum acanthium subsp. gautieri (Rouy) R.C.V.Douin Onopordum acanthium subsp. gypsicola Gonz.Sierra, Pérez Morales, Penas & Rivas Mart.
Çaqqalqanqalı
Çaqqalqanqalı (lat. Onopordum) — bitkilər aləminin astraçiçəklilər dəstəsinin mürəkkəbçiçəklilər fəsiləsinə aid bitki cinsi. Acanos Adans. Acanthium Heist. ex Fabr.
Ərəb çaqqalqanqalı
Çaqqallarla rəqs 2: Xəstəsiyik, dədə!
Çaqqallarla rəqs 2: xəstəsiyik dədə — Çaqqallarla rəqs filminin davam filmi. 7 dekabr 2012 tarixində vizyona girmiş olan filmdə başrolları Şəvkət Çoruh, İlkər Ayrık, Teymur Acar, Murad Ağqoyunlu oynamaqdadır. Rejissorluğunu və ssenaristliyini Murad Şəkər götürmüşdür. Filmin çəkilişləri İstanbulun müxtəlif səmt və məkanlarında 4 həftə davam etmiş və filmin çəkimi tamamlanmışdır. İlk film olan Çaqqallarla Rəqs filmi sonunda işlədikləri günahlar nədəni ilə həbsxanaya girən Qayın Gökhan, Mühasibatçı Sərvət, Del Piero Hikmət və Köftə Nəcmi çətin günlər keçirməkdədirlər. Həmdə çox sevdikləri və pul qazandıqları futbolu və məhəllədəki dostları ilə yaxınlarından ötrü darıxırlar. Həbsxanada olduqları vaxtda ediləcək olan tibbi bir təcrübə üçün qobay olmağa razı olurlar. Beləcə həbsxanadan da şərtli təhliyə olabiləcəklər. Şərtli təhliyələri edilən film qəhrəmanları günah önləyən dərmanları istifadə etməyə başlıyarlar. Çölə çıxanda öz aralarında artıq çaqqallıq etməyəcəklərinə dair bir-birlərinə söz verirlər.
Çaqqallarla rəqs (film seriyası)
Çaqqallarla rəqs — rejissor Murad Şəkər tərəfindən çəkilmiş Türkiyə istehsalı olan filmlər seriyasıdır. Film Çaqqallarla rəqs filmi ilə başlayıb, Çaqqallarla rəqs 6 filmi ilə kulminasiya nöqtəsinə çatır. Filmlərin çəkilişi səkkiz ildən artıq davam edib.
Çaqqallarla rəqs 3: Sıfır problem
Çaqqallarla rəqs 3: sıfır problem — Murad Şəkərin rejissorluğunu etdiyi, Çaqqallarla rəqs 2: xəstəsiyik dədə filminin davamı kimi 2014-cü il istehsalı Türkiyə komediya filmidir. Şəvkət Çoruh — Gökhan Murad Ağqoyunlu — Del Piero Hikmət Timur Acar — Küftə Nəcmi İlkər Ayrık — Mühasibatçı Sərvət Dərya Şənsoy — Mehriban Dərya Baykal — Mehribanın anası Gürkan Uygun — Polis Didəm Balçın — Fatma Hakan Bilgin — Bərbər Hüseyn Ceyhun Yılmaz — Adəm Bülənt Sərtdaş — Dəli Rəcəb Bülənt Çolak — Şərəfsiz Mətin Ünal Silvər — İbrahim Günay Qaracaoğlu — Müəllimə Hakan Həpcan — Taksi şoferi 5 dekabr 2014-cü ildə 407 kinoteatrda təqdim edilən film, ilk 3 gündə 380.063, ilk həftəsonunda isə 629.004 tamaşaçı tərəfindən izləndi. Bu müddət ərzində 6,478,564 türk lirəsi gəlir əldə etdi.
Çaqqallarla rəqs 4
Çaqqallarla rəqs 4 — Çaqqallarla rəqs 3: sıfır problem filminin davamıdır. Baş rollarda Şəvkət Çoruh, İlkər Ayrık, Timur Acar və Murad Ağqoyunludur. Film 25 noyabr 2016-cı ildə kinoteatrlarda göstərilmişdir .
Çaqqallarla rəqs 5
Çaqqallarla rəqs 5 — Çaqqallarla rəqs 4 filminin davamıdır. Baş rollarda Şəvkət Çoruh, İlkər Ayrık, Timur Acar və Murad Ağqoyunludur. Film 7 noyabr 2018-ci ildə kinoteatrlarda göstərilmişdir.
Çaqqallıtəpə abidələr kompleksi
Çaqqallıtəpə abidələr kompleksi - Şabran rayonu Aygünlü kəndi ərazisində, Bakı-Quba magistral yolunun solunda yerləşən 5 təbii təpədən ibarət abidədir. Abidələr kompleksi Erkən Tunc dövrünə aiddir. Kompleksə daxil olan I Çaqqallıtəpə abidəsi Samur-Dəvəçi su kanalı çəkilərkən güclü dağıntıya məruz qalmışdır. Vaxtilə abidənin sol sahildə qalan hissəsində kiçik sahədə C.Xəlilov tərəfindən kəşfiyyat qazıntısı aparılmışdır. Abidələr kompleksində 2016-cı ildən etibarən S.Aşurovun rəhbərliyi ilə geniş miqyaslı qazıntı işləri aparılmaqdadır. I və II Çaqqallıtəpə yaşayış yerlərində geniş tədqiqatlar aparılmış, III və IV Çaqqallıtəpə abidələrində isə şurf qoyulmuşdur. Hər bir yaşayış yerindən əldə edilən arxeoloji materiallar bir-biri ilə analogiya təşkil edir. Arxeoloji qazıntılar zamanı yaşayış yerlərindən Erkən tunc dövrü - "Kür-Araz" mədəniyyətinin xüsusiyyətlərini özündə əks etdirən xeyli sayda keramika məmulatı, sümük və daş alətlər aşkar edilmişdir. Radiokarbon analizlər nəticəsində abidədə yaşayışın e.ə.2886-2476-cı illəri əhatə etdiyi bəlli olmuşdur. Azərbaycanın şimal-şərq bölgələrində tədqiq edilmiş abidələrdə, xüsusən Şabran rayonu ərazisindəki Çaqqallıtəpə abidələrində memarlıq xüsusiyyətləri müxtəlifliyi ilə diqqəti cəlb edir.

Значение слова в других словарях