Çayqovuşan (İsmayıllı)
Çayqovuşan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Çayqovuşan kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir.
Kənd Qalacıq turizm zonasında, Göyçay çayının sağ sahilində yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir. Kəndə avtomobillə getmək olar.
Əhalisi 140 nəfərdir ki, onun da 72 nəfəri kişi, 68 nəfəri qadındır. Kəndin böyük əksəriyyəti ləzgilərdir..
Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.