Çayqovuşan (Kəlbəcər)

ÇayqovuşanAzərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd.[1]

Çayqovuşan
40°11′32″ şm. e. 46°21′07″ ş. u.
Ölkə
Region Kəlbəcər rayonu
Xəritəni göstər/gizlə
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan
Çayqovuşan xəritədə
Çayqovuşan
Çayqovuşan

1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb.

Çayqovuşan kəndi Murovdağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Dəmirçidam kəndindən çıxmış ailələr Buzluq (Qaraçay da adlanır) və Qurdlusu çaylarının qovuşduğu sahədə salmışlar. Toponim kəndin coğrafi mövqeyini təyin edir.[2]

  1. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı" (PDF) (az.). stat.gov.az. 2019. 2020-04-16 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2020-04-16.
  2. Çayqovuşan (Kəlbəcər) // Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. I cild. Bakı: Şərq-Qərb. 2007. 304. ISBN 978-9952-34-155-3.