ÇAYQOVUŞAN

сущ. кьве вацӀун хев, кьве вацӀ сад-садак акахьзавай чка.
ÇAYQIRAĞI
ÇAYLAQ
OBASTAN VİKİ
Çayqovuşan
Çayqovuşan — Azərbaycanda bir neçə yaşayış məntəqələrinin adı: Çayqovuşan — İsmayıllı rayonunda kənd. Çayqovuşan — Kəlbəcər rayonununda kənd. Çayqovuşan — Oğuz rayonununda kənd.
Çayqovuşan (Kəlbəcər)
Çayqovuşan — Azərbaycan Respublikasının Kəlbəcər rayonunun Ağdaban kənd inzibati ərazi dairəsində kənd. 1993-cü ildə Ermənistan Respublikası Silahlı Qüvvələri tərəfindən işğal edilib. Kənd 25 noyabr 2020-ci ildə Azərbaycana qaytarılıb. Çayqovuşan kəndi Murovdağ silsiləsinin ətəyindədir. Yaşayış məntəqəsini XX əsrin əvvəllərində Dəmirçidam kəndindən çıxmış ailələr Buzluq (Qaraçay da adlanır) və Qurdlusu çaylarının qovuşduğu sahədə salmışlar. Toponim kəndin coğrafi mövqeyini təyin edir.
Çayqovuşan (Oğuz)
Çayqovuşan (əvvəlki adı: Vladimirovka) — Azərbaycan Respublikasının Oğuz rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 12 iyun 2018-ci il tarixli, 1190-VQ saylı Qərarı ilə Oğuz rayonunun Böyük Söyüdlü kənd inzibati ərazi dairəsi tərkibindəki Vladimirovka kəndi Çayqovuşan kəndi adlandırılmışdır. Rayon mərkəzindən 45 km cənubda, Türyançayın sağ sahilində, Astraxanovka kəndinin şərqində yerləşir. Böyük Söyüdlü İnzibati Ərazi Dairəsinə daxildir. Kəndi Rusiyanın Vladimir vilayətindən köçürülmüş rus kəndliləri 1891-ci ildə salmışlar. "Vladimir" – rus şəxs adı (knyaz Vladimir və s), " o v – k – a" rus dilində mənsubiyyət bildirən şəkilçidir. "Vladimirovka"– " V l a d i m i r ə m ə x s u s" anlamındadır. Zaman keçdikcə, rus millətinə mənsub olanlar kənddən köçüb getmiş, ad qalmışdır. Kəndin əhalisi (167 nəfər) heyvandarlıq və taxılçılıqla məşğul olur. Kənddə 1 telefon var.
Çayqovuşan (İsmayıllı)
Çayqovuşan — Azərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 30 iyun 2009-cu il tarixli, 851-IIIQ saylı Qərarı ilə İsmayıllı rayonunun Çayqovuşan kəndi Qalacıq kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi İstisu kəndi olmaqla, İstisu kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kənd Qalacıq turizm zonasında, Göyçay çayının sağ sahilində yerləşir. İsmayıllı-Qalacıq daxili turist marşrutu, İsmayıllı-Qalacıq-Quba və İsmayıllı-Qalacıq-Qəbələ turist marşrutları kənddən keçir. Kəndə avtomobillə getmək olar. Əhalisi 140 nəfərdir ki, onun da 72 nəfəri kişi, 68 nəfəri qadındır. Kəndin böyük əksəriyyəti ləzgilərdir.. Əhali bağçılıq, bostançılıq, taxılçılıq və heyvandarlıqla məşğul olur. Kənd işıqla təmin olunur.
Çayqovuşan (şəlalə)
Çayqovuşan – İsmayıllı rayonunun Çayqovuşan, İstisu və Qalacıq kəndlərinin yaxınlığında yerləşən şəlalə. Şəlalə birbaşa çaya tökülən kiçik və yüksəklikdə yerləşən nisbətən böyük olmaqla iki hissədən ibarətdir.

Digər lüğətlərdə