ÇEMPİON
ÇEMPİONLUQ
OBASTAN VİKİ
Çempionat (sayt)
Championat.com — Rusiyanın idman internet-portalı.
Cənubi Koreya FİFA Klublararası Dünya Çempionatında
Bu məqalə Koreya Respublikası klublarının FİFA Klublararası Dünya Çempionatındakı iştirakı haqqındadır.
Donuz kimi qışqırma çempionatı
Donuz kimi qışqırma çempionatı — Qeyri-adi yarış növü Fransanın kiçik bir qəsəbəsində hər il reallaşdırılan bu yarışmada Dünyanın ən qəribə yarışmaları yarışmacılar mikrofondan bir donuz kimi qışqırır. Əvvəl bir donuzun qışqırmasını dinlədilən yarışmacılar Dünyanın ən qəribə yarışmaları eşitdikləri səsin bənzərini çıxarmağa çalışaraq çempion olmağa çalışır.
Fransa Çempionatı
Liqa 1 (fr. Championnat de France de football) Fransanın ən yüksək səviyyəli futbol liqası. Bir alt səviyyədəki Liqa 2 ilə birlikdə Liqa də Football Professionnel içində olan iki liqadan biridir. Avqust ayında başlayıb may ayında sona çatan sezonların hər birində 20 komanda mübarizə aparır. Hər komandanın digərləri, biri öz meydanında digəri isə səfərdə olmaq üzrə iki matç keçirdiyi liqa 38 həftə davam edir və cəmdə 380 oyun oynanılır. Mövsüm sonunda son üç sırada qərarlaşan komandalar Liqa 2-yə düşərlər. İlk dövrə iki həftə qalmış bitərkən, ikinci sezon isə yanvar ayının 2-ci həftəsində başlayır. UEFA əmsalları sıralamasında Premyer Liqa, La Liga, Bundesliga və Serie A-dan sonra beşinci sırada yerləşir. 1930-cu ilə qədər qurulan Fransa Futbol Federasiyası Fransada liqa yaradılmağa təkan verdi. 1932-ci ildə Franas çempionatının yaradılmasına qərar verildi.
Fransa çempionatında ilin futbolçusu
Fransa çempionatında ilin futbolçusu mükafatı mövsüm ərzində ən yaxşı oyun sərgiləyən futbolçuya təqdim edilən illik futbol mükafatıdır. Mükafat 1993–94 mövsümündən etibarən sahibinə təqdim edilir və onun ilk sahibi "Pari Sen-Jermen" klubunun hücumçusu David Jinola olmuşdur. Sonuncu qalib isə "Pari Sen-Jermen" klubunun futbolçusu olmuş Zlatan İbrahimoviçdir. Qalibin adı 1993–94 mövsümündən etibarən hər il mövsümün sonunda elan olunur. Mükafatın sahibi olmuş ilk əcnəbi futbolçu isə "Monako"da çıxış etmiş braziliyalı Sonni Anderson olmuşdur. Ardıcıl olaraq mükafatı 2 dəfə qazanmış futbolçu is Pauletadır. O, bu adı 2001–02 və 2002–03 mövsümlərində əldə etmişdir. Zlatan İbrahimoviç isə mükafatı rekord sayda, 3 dəfə qazana bilmişdir.
Futbol üzrə 17 yaşadək Avropa Çempionatı 2016
Cədvəl
Futbol üzrə AFR çempionatı 1963/1964
Almaniya Bundesliqası 1963/1964 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 1-ci mövsümü — 1963-cü il avqustun 24-dən 1964-cü il mayın 10-na qədər baş tutdu. Nəticədə “Köln” 45 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Hamburq”un futbolçusu Uve Zeeler isə 30 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1964/1965
Almaniya Bundesliqası 1964/1965 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 2-ci mövsümü — 1964-cü il avqustun 22-dən 1965-ci il mayın 15-nə qədər baş tutdu. Nəticədə “Verder” Bremen 41 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “1860 Münhen”in futbolçusu Rudolf Brunnenmayer isə 24 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1965/1966
Almaniya Bundesliqası 1965/1966 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 3-cü mövsümü — 1965-ci il avqustun 14-dən 1966-cı il mayın 28-nə qədər baş tutdu. Nəticədə “1860 Münhen” 50 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Borussiya” Dortmundun futbolçusu Lotar Emmerix isə 32 qolla Bundesliqanın bombardiri oldu.
Futbol üzrə AFR çempionatı 1966/1967
Almaniya Bundesliqası 1966/1967 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 4-cü mövsümü — 1966-cı il avqustun 20-dən 1967-ci il iyunun 4-nə qədər baş tutdu. Nəticədə "Ayntraxt" Braunşveyq 43 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. "Borussiya" Dortmundun futbolçusu Lotar Emmerix və "Bayern" Münhenin isə 28 qolla Bundesliqanın bombardirləri oldu.
Futbol üzrə AFR çempionatı 1967/1968
Almaniya Bundesliqası 1967/1968 mövsümü və ya qeyri-rəsmi adı ilə Almaniya Bundesliqasının 5-ci mövsümü — 1967-ci il avqustun 18-dən 1968-ci il mayın 24-nə qədər baş tutdu. Nəticədə “Nürnberq” 47 xalla birinci dəfə Bundesliqasının qalibi oldu. “Köln”ün futbolçusu Yoxannes Lor isə 27 qolla Bundesliqanın bombardiri oldu.
FİFA Klublararası Dünya Çempionatı
FİFA Klublararası Dünya Kuboku — FİFA tərəfindən altı kontinental konfederasiyanın çempion klubları arasında təşkil olunan futbol turniri. İlk FİFA Klublararası Dünya Kuboku 2000-ci ilin yanvarında Braziliyada təşkil olunub. FİFA tərəfindən ilk dəfə 2000-ci ildə Braziliyada təşkil olunmuşdur. 2005-ci ildən etibarən isə turnir hər il təşkil olunur. Dördillik fasilədən sonra, turnir Klublararası Dünya Kuboku adını aldı və 2005-ci ildə yenidən keçirilməyə başladı. 2017-ci ildə FIFA Qitələrarası Kubok (futbol) bütün qaliblərini dünya çempionu olaraq rəsmən tanıyıb.
FİFA Klublararası Dünya Çempionatı 2000
2000 FİFA Klublararası Dünya Çempionatı —kişilər arasında futbol klubların yarışdığı ilk FİFA dünya çempionatı. Turnir 2000-ci il yanvarın 5-dən 14-dək Braziliyada baş tutdu. Futbolun beynəlxalq idarəedici orqanı kimi FIFA 8 iyun 1999-cu ildə dörd namizəd arasında Braziliyanı ev sahibi ölkəsi kimi seçdi. Püşkatma 14 oktyabr 1999-cu ildə Rio-de-Janeyrodakı Kopakabana Peles məkanında keçirildi. Bütün matçlar ya Rio-de-Janeyronun Marakana, ya da San Paulonun Morumbi stadionlarında keçirilirdi. Turnirdə iştirak edən komandaların siyahısı: Aşağıdakı yerlər turnir üçün istifadə olunmuşdur: Marakana stadionu, Rio de Janeyro Morumbi stadionu, San Paulo FİFA Klublararası Dünya Çempionatı 2000 turnirində iştirak edən komandalın heyətləri FİFA Klublararası Dünya Çempionatı heyəti 2000 səhifəsində qeyd olunub.
FİFA Klublararası Dünya Çempionatı 2001
FİFA Klublararası Dünya Çempionatı 2001 — 2001-ci ildə İspaniyada keçirilməsi planlaşdırılmış, lakin baş tutmamış ikinci turnir.
FİFA Klublararası Dünya Çempionatı 2005
Klublararası II Dünya Çempionatı
FİFA Klublararası Dünya Çempionatı 2006
Klublararası III Dünya Çempionatı
FİFA Klublararası Dünya Çempionatı 2007
Klublararası IV Dünya Çempionatı
FİFA Klublararası Dünya Çempionatı 2008
Klublararası V Dünya Çempionatı
FİFA Klublararası Dünya Çempionatı 2009
Klublararası VI Dünya Çempionatı Birləşmiş Ərəb Əmirlikləri - 2009 Birləşmiş Ərəb Əmirliklərində təşkil olunmuş yarış dekabrın 9-dan 19-dək Abu Dabi də baş tutmuşdur. Yarışda 7 komanda mübarizə aparmışdır. Bunlar 6 qitənin ən güclü klubu və meydan sahibi idi. Püşkatmada Avropa Çempionlar Liqasının qalibi "Barselona" ilə Libertadores kubokunun son sahibi Argentinanın "Estudiantes" klubu səpələnmiş kimi güzəşt əldə etmişdir.
FİFA Klublararası Dünya Çempionatı 2010
Klublararası VII Dünya Çempionatı Birləşmiş Ərəb Əmirlikləri — 2010 Birləşmiş Ərəb Əmirliklərində təşkil olunacaq yarış dekabrın 8-dən 18-dək baş tutmuşdur. Yarışda 7 komanda mübarizə aparmışdır. Bunlar 6 qitənin ən güclü klubu və meydan sahibi idi: Sonnam (Cənubi Koreya) TP Mazembe (Konqo DR) Paçuka (Meksika) Əl-Vəhdə (BƏƏ) Hekari Yunayted (Papua-Yeni Qvineya) İnternasyonal (Braziliya) İnter Milan (İtaliya) Püşkatmada Avropa Çempionlar Liqasının qalibi ilə Libertadores kubokunun son sahibi səpələnmiş kimi güzəşt əldə edib. Çempionlar Liqası ilə Libertadores Kubokunun qalibləri İtaliyanın "İnter" və Braziliyanın "İnternasyonal" klubları birbaşa yarımfinal mərhələsindən mübarizəyə qoşulmuşlar. Onların rəqibləri isə əvvəlki mərhələlərdə müəyyənləşmişdir.
FİFA Klublararası Dünya Çempionatı 2011
FİFA Klublararası Dünya Çempionatı 2011 — FİFA-nın təşkil etdiyi klublar arasında keçirilən VIII Dünya Çempionatı. 2011-ci il dekabrın 8-də Yaponiyada start götürəcək və dekabrın 11-də yekunlaşacaq.
FİFA Klublararası Dünya Çempionatı Finalı 2000
Braziliyada təşkil olunmuş ilk FİFA Klublararası Dünya Çempionatının final matçı turnirdə iştirak edən 2 Braziliya klubunun mübarizəsilə başa çatdı. 120 dəqiqəlik qolsuz bərabərlikdən sonra oyunun taleyi penaltilərlə müəyyənləşdi. Korintians penaltilərdə 4-3 hesabı ilə qalib gələrək ilk FİFA Klublararası Dünya Kubokuna sahib çıxdı.
FİFA Klublararası Dünya Çempionatı Finalı 2005
FİFA Klublararası Dünya Çempionatı Toyota Kuboku Yaponiya 2005 Arxivləşdirilib 2012-01-08 at the Wayback Machine, FIFA.com
FİFA Klublararası Dünya Çempionatı heyəti 2000
FİFA Klublararası Dünya Çempionatı 2000 turnirində iştirak edən klubların heyəti.
FİFA Qadınlararası dünya çempionatı
FİFA Qadınlararası Dünya Kuboku — FİFA-nın himayəsi altında keçirilən rəsmi beynəlxalq qadın futbol yarışı. İlk yarış 1991-ci ildə keçirilib və o vaxtdan bəri hər 4 ildən bir, kişilərin çempionatından sonra isə həmişə növbəti il ​​keçirilir. Qadınlararası Dünya Kubokuna 6 ölkə ev sahibliyi edib. ABŞ və Çin - iki dəfə, Kanada, Fransa, Almaniya və İsveç isə bir dəfə turnirə ev sahibliyi edib.
FİFA U-17 Qadınlararası Dünya Çempionatı 2012
FIFA U-17 Qadınlararası Dünya Çempionatı tarixdə üçüncü dəfə keçiriləcək və 19 mart 2010-cu il FIFA İcraiyyə Komitəsinin qərarına əsasən, bu tədbirə Azərbaycan ev sahibliyi edəcək. Çempionat 22 sentyabr – 13 oktyabr 2012-ci il tarixləri arasında baş tutacaq. Çempionatda 16 ölkədən yaşı 17-dən aşağı olan futbolçu qızlar iştirak edəcək. Bu, Azərbaycanda keçiriləcək ilk FIFA tədbiridir və Avrasiyada baş tutacaq ilk U-17 qadınlararası dünya çempionatıdır. FIFA U-17 Qadınlararası Dünya Çempionatı ilk dəfə olaraq 28 Oktyabr-16 Noyabr 2008-ci ildə Yeni Zelandiyada keçirilib. Yeni Zelandiyada oyunlar əsasən Ouklənd, Hamilton, Vellington, Kristçörç şəhərlərində keçirilib. Çempionatda iştirak edən 16 komandadan Şimali Koreya və Amerika Birləşmiş Ştatları finalda qarşılaşıb və Şimali Koreyanın 2:1 hesablı qələbəsi ilə başa çatıb. Sayca ikinci FIFA U-17 Qadınlararası Dünya Çempionatı Trinidad və Tobaqoda keçirilib. Çempionat 5-25 sentyabr 2010-cu il tarixlərində keçirilib. Trinidad və Tobaqoda keçirilmiş FIFA U-17 Qadınlararası Dünya Çempionatında 16 ölkədən komandalar iştirak etmişlər.

Значение слова в других словарях