ÇİRKLİ-PASLI

прил. кьил-кӀвач (пек-лек) кьасади кьур, рукварай ктад хьайи, кьацӀай; пинти, пурдас, селигъасуз.
ÇİRKLİ
ÇİRTMƏK
OBASTAN VİKİ
Paslı üskükotu
Paslı üskükotu (lat. Digitalis ferruginea) — bitkilər aləminin dalamazçiçəklilər dəstəsinin bağayarpağıkimilər fəsiləsinin üskükotu cinsinə aid bitki növü. Çoxillik, çılpaq və ya demək olar ki, çılpaq, hündürlüyü 50-150 sm, gövdəsi uca, düz, sadə bitkidir. Kökətrafı yarpaqları tərslansetvari, saplağa daralan, gövdə yarpaqları oturaq, uzunsov-lansetvari, tam kənarlı, iti və ya itiləşmiş, aşağıdan yuxarıya doğru kiçiləndir. Çiçəkqrupu sünbülvaridir. Çiçəkləri qısa saplaqlıdır. Kasacıq 7–10 mm uzunluqda, zəngvari, çılpaqdır. Ləçəkləri 15– 20 mm uzunluqda, sarı rəngli, qəhvəyi rəngli damarları var, vəzili tükcüklü, üst dodaq qısa ikidişli, orta dodaq alt dodağa tərəf uzanmışdır. Qutucuq 7–10 mm uzunluqda, yumurtavari, itidir. Toxumları 1,5–2 mm uzunluqda, uzunsovdur.
Çirkli müharibə
Argentinada "çirkli müharibə" (isp. Guerra Sucia en la Argentina) — Argentina hərbi diktaturaları tərəfindən həyata keçirilən və 1976-1983-cü illərdə XX əsrin sonuncu hərbi xuntasının hakimiyyəti dövründə ən yüksək həddə çatan dövlət terrorizmi tədbirlərinin (kütləvi adam oğurluğu, işgəncə, məhkəməsiz edamlar) ümumi adıdır. Kondor əməliyyatının bir hissəsi. 24 mart 1976-cı ildə Xorxe Videlanın başçılıq etdiyi ordu çevriliş edərək prezident İzabel Peronu devirdi. Hərbçilərin köməyi ilə Videla geniş səlahiyyətlər əldə etdi və bu, Argentinada insan hüquqlarının pozulmasına səbəb oldu. Kütləvi həbslər həyata keçirilir, məhbuslara işgəncə verilir, çox vaxt öldürülürdü. Xunta dövründə 10 min nəfər fiziki cəhətdən məhv edilmiş, 30 min nəfər itkin düşmüş, daha 60 min nəfər isə siyasi səbəblərdən uzun müddətə həbslərə, işgəncələrə və zorakılığa məruz qalmışdır. Çirkli müharibənin əsas qurbanları solçu fəallar, o cümlədən həmkarlar ittifaqı üzvləri, tələbələr, jurnalistlər, marksistlər və peronistlər idi. Xunta 1983-cü ildə Argentinanın Folklend müharibəsindəki məğlubiyyətindən qısa müddət sonra süqut etdi. Hökumət dəyişikliyindən sonra prezident Raul Alfonsinin tapşırığı ilə məşhur yazıçı Ernesto Sabatonun başçılıq etdiyi İnsanların Kütləvi İtkin Düşməsi İşləri üzrə Milli Komissiya ( CONADEP) yaradıldı.
Çirkli pulların yuyulması
Çirkli pulların yuyulması — qeyri-qanuni yolla əldə edilmiş maliyyə vəsaitlərinin "gizli iqtisadiyyat"dan rəsmi iqtisadiyyata keçirilməsi və onlardan sonrakı mərhələdə açıq şəkildə istifadə edilməsi. Prosesin rəsmi adı "cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərinin və ya mülkiyyətin leqllaşdırılması"dır. Bu zaman pul vəsaitləri nağd puldan qeyri-nağd (bank) pula və əksinə qeyri-nağd puldan (bank hesabı) nağd pula çevrilə bilər. Bu elə bir prosesdir ki, onun nəticəsində cinayət yolu ilə əldə edilmiş ("çirkli") vəsaitlər qanuni ("təmiz") kimi görünməyə başlanır. Pulların yuyulması əməli bir cinayətdir və bu əmələ görə Azərbaycan Respublikasında müvafiq cinayət məsuliyyəti nəzərdə tutulubdur. Cinayətkarlarda, bir qayda olaraq, yalnız iri məbləğdə vəsaitlərin yuyulmasında ehtiyac yaranır. Bununla belə, bu cür əməlin cinayət sayılmasında yuyulan vəsaitlərin həcmi və yaxud məbləği rol oynamır. Çirkli pulları qanuni kimi görünməsini təmin etmək və ya ən azından çirkli pulların mənbəyini gizlətmək məqsədilə cinayətkarlar müxtəlif üsul və vasitələrdən istifadə edirlər. Bu cür üsul və vasitələrdən maliyyə və qeyri-maliyyə, ələlxüsus da bank sektorunda istifadə olunur. Pulların yuyulmasına qarşı mübarizə bir neçə məqsədlə aparılır.

Значение слова в других словарях