ÇƏKİŞDİRMƏK


1. f. Əlləşdirmək, dartışdırmaq, yavaşca dartmaq. Saçını çəkişdirmək.
– Tahir xallı atı quzu kimi oxşayıb sevdi, onun yalmanını çəkişdirdi. S.Rəhimov.

2. f. Dartmaq, çəkmək.
[Ələmdar] …qapının tutacağından yapışdı, ayaqlarını döşəməyə dayayıb çəkişdirdi. S.Rəhimov.
Şahmar nənəsinin qolundan yapışıb, nə qədər çəkişdirdisə də qarı yerindən tərpənmədi… B.Bayramov.

3. qarş. Dartışdırmaq.
Uşaqlar bir-birini çəkişdirib sakitləşməyə çalışdılar. S.Rəhimov.

ÇƏKİŞDİRMƏ
ÇƏKİŞMƏ

Значение слова в других словарях