ÇƏLƏNG

is. Gül və ya bitkilərdən dairə şəklində hörülmüş zinət, bəzək.
Bu yaxında bir də ora qayıdaram mən; Bəxtiyarın qəbri üstə qoyarıq çələng. Ə.Cəmil.
Gənc qızlar yüyürüşüb oğlanın başına ətirli dağ çiçəklərindən … hörülmüş çələnglər qoydular. M.Rzaquluzadə.

// Obrazlı təşbehlərdə.
[Uluq bəy:] …Mənə bax, gözümdən qəlbimi oxu; Sevgidən başıma bir çələng toxu… A.Şaiq.
Alovdan başına çələng taxmısan; Püskürüb çəmənə, çölə axmısan. N.Xəzri.

Синонимы

  • ÇƏLƏNG əklil — tac
  • ÇƏLƏNG 1. ÇƏLƏNG (hökmdarların başlarına qoyduqları bəzəkli tac) Bircə gün də unutmadım əsla sizi mən; Çələng hördüm başınıza şeir gülündən (M
ÇƏKMƏSİLƏN
ÇƏLİK₂
OBASTAN VİKİ
Çələng əsməsi
Çələng əsməsi (lat. Anemone coronaria) — bitkilər aləminin qaymaqçiçəklilər dəstəsinin qaymaqçiçəyikimilər fəsiləsinin əsmə cinsinə aid bitki növü. Pulsatilla coronaria (L.) Borkh.
Novruzun Çələngi (1989)
Novruz bayramı Azərbaycan xalqının ən qədim və ən əziz bayramıdır. Xalq bu bayramı həmişə sevə-sevə qeyd etmişdir. Bolluq-bərəkət, gözəllik-saflıq bayramı olan Novruzla əlaqədar xalq rəqsləri, xalq mahnıları, xalq mərasimləri, el-oba içində bu günə qədər yaşamaqdadır. Qadağalar dövrü adlandırdığımız durğunluq illərində xalqın bu əziz bayramına dini rəng verilmiş, onun təntənəli şəkildə keçirilməsini yasaq etmişdilər. Filmdə yenidənqurma, aşkarlıq dövründə — 1989-cu ildə Azərbaycan SSR-də Novruzla əlaqədar keçirilən ümumxalq şənlikləri lentə alınmışdır. Rejissor: Rafiq Yüzbaşov Ssenari müəllifi: Sabir Məmmədov Operator: Elxan Əliyev, Nemət Rzayev, Şərif Şərifov Səs operatoru: Şamil Kərimov Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi. C.Cabbarlı adına "Azərbaycanfilm" kinostudiyası. Aydın Kazımzadə. Bizim "Azərbaycanfilm". 1923-2003-cü illər.
Novruzun çələngi (film, 1989)

Значение слова в других словарях