ÇƏNGƏL
(Goranboy, Qazax, Şəki, İrəvan)
bax çengəl . – Paltunu çəngəldən asıf keşdıx içəri (Şəki); – Paltarını çəngəldən as (İrəvan)
II
(Xanlar)
qoyun itinin boğazına keçirilən dişli dairəvi dəmir. – Çəngəl dəmirdən olur, ujlarına da bir əz polat qoyulur
III
(Bakı, Daşkəsən, Şuşa)
1. qarmaq (Bakı, Şuşa) . – Çəngəli gəti, quyudan vedrəni çıxardım (Şuşa); – Çəngəldə ətin olsun, müştəri özü gələr (Bakı)
2. tilov (Daşkəsən). – Balığı çəngəlnən tutuylar