Önaltay Qobisi
Önaltay Qobisi — səhra Monqolustanın cənub-şərqində yerləşir. Qobi səhrasının bir hissəsini təşkil edir. Şimaldan Monqol Altayı, cənubdan isə Atas-Boqda və Saqan-Boqda dağları arasında yerləşir. Səhra əsasən orta və alçaq dağlıq yaylaları əhatə edir. Onun ərazisinin böyük hissəsi dəniz səviyədindən 700-1800 metr əraziləri əhatə edir. Səhra əsasən daşlı, bəzi yerlərdə isə qumlu-çınqıllı ərazilərdən ibarətdir.
Bitki örtüyünə nadir hallarda rast gəlinir. Burada səhranın mərkəz hissələrdə saksaul, acılıqotu və başqalarına rast gəlinir. Su mənbələrinə yaxın ərazilərdə qamış, yulğun, iydə, qovaq, dəvətikanı, şoranlıqlarda isə şorangə bitir.
Önaltay Qobisi ərazisində antilop, qulan, nadir hallarda vəhşi dəvə, dağlıq ərazilədə isə qonur ayıya rast gəlinir.