Əli Özgündüz

Əli Özgündüz (10 oktyabr 1965, İğdır) — Azərbaycan əsilli türk siyasətçi. Cümhuriyyət Xalq Partiyasının İstanbul III bölgədən TBMM-nin XXIV çağırış deputatıdır.[1][2]

Əli Özgündüz
Şəxsi məlumatlar
Doğum tarixi 10 oktyabr 1965(1965-10-10) (59 yaş)
Doğum yeri
Partiya
Təhsili
Fəaliyyəti siyasətçi

Əli özgündüz 1965-ci ildə İğdırın Duzluca bölgəsində azərbaycanlı ailəsində anadan olmuşdur. Onun ailəsi Azərbaycanın bolşeviklər tərəfindən işğalından sonra Gəncə şəhərindən köçmüşdür.[3]

İstanbul Universitetinin hüquq fakültəsindən 1986-cı ildə məzun olmuşdur.

İngiliscəazərbaycanca bilir. Ailəlidir, iki övladır var.

Universiteti bitirdikdən sonra sıra ilə İspir, Aşkale, İlgin, Körfəz, Küçükçəkməcə, KayseriEyüpdə dövlət prokuror kimi çalışmışdır. 12 iyun 2011-ci ildəki seçkilərdə namizəd olmaq üçün 10 mart 2011-ci il tarixində ən son çalışdığı Eyüb prokurorluğundan istefa vermişdir.

Siyasi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

2011-ci ilin iyun ayının 12-də keçirilən TBMM-ə seçkilərdə CHP-nin namizədi kimi İstanbul III bölgədən deputat seçilmişdir. CHP Qrup İdarə heyəti və TBMM Konstitutsiya Komissiyası üzvü olmuşdur. Deputatlığı zamanı 17/25 dekabr rüşvət hadisələrinə görə istefa edən AKP-li 4 nazirlə bağlı məclis araşdırması açılması üçün verilən təklifi hazırlamış və TBMM-də olan Uca Divan səsverməsindən əvvəl partiyasının adından danışmışdır. Bundan başqa AKP-in Orta Şərq və xüsusilə də Suriya siyasətinin qarşı müxalif çıxışları ilə gündəmə gəlmişdir. İnsan haqqları, məhkəmənin azadlığı, dünüşcə azadlığı və hüquq dövləti sahələrində yayımlanmış məqalə və araşdırmaları vardır. Türkiyə-AzərbaycanTürkiyə-İraq parlamentlərarası dostluq qruplarının üzvü, Türkiyə-İran parlamentlərarası dostluq qrupunun baş katibi olmuşdur. CHP-nin 16/17 yanvar tarixində edilən XXXV qurultayında IV sıradan partiya məclisi üzvlüyünə seçilmişdir.[4]

Elmi fəaliyyəti

[redaktə | mənbəni redaktə et]

İnsan haqqları, məhkəmənin azadlığı, dünüşcə azadlığı və hüquq dövləti sahələrində yayımlanmış məqalə və araşdırmaları vardır. Avropa İnsan Haqqları müqaviləsi ilə bağlı çox sayda seminara mühazirəçi olaraq qatılmışdır. Həmçinin Əli özgündüzün bir kitabı da vardır: 2016–17/25 dekabr — Rezannı Rzası.[5]

Erməni məsələsi ilə bağlı düşüncələri

[redaktə | mənbəni redaktə et]

Mənsub olduğu partiyanın son dövrlərdə Türkiyədə yaşayan ermənilərlə bir qədər yaxınlaşmasına baxmayaraq, Əli Özgündüz Türkiyə siyasi həyatında erməni soyqırımı və s. məsələlərə qarşı öz sərt çıxıları ilə məşhurdur.[6]

2017-ci ilin aprel ayının 23-də Türkiyənin o dövrki baş naziri Rəcəb Tayyib Ərdoğanın erməni soyqırımı ilə bağlı başsağlığı yayımlamasını CHP rəhbərliyi "gecikmiş açıqlama" adlandırsa da, Əli Özgündüz CNN Türkdəki verilişdə bunu müzakirə edərkən bunları demişdir:[6]

" Ərdoğanın 23 apreldə bu mövzunu dilə gətirməsinin mənası vardır. Prezidentlik mövzusunda (o dövrdə Türkiyə parlament respublikasından prezident respublikasına keçmək üçün referenduma hazırlaşırdı) bir yerlərlə razılaşmasının nəticəsində mi bu mesajı bu gün verir? Bir yerlərə mesaj mı var? Bu açıqlamanı hər kəs edə bilır, amma ölkəni idarə edən edə bilməz. Artıq geri addım atıla bilməzş Bundan sonrası soyqırımı qəbul etməyə gedir. "

Həmin proqramda BDP-li Hasib Kaplanın "dürüstcə soyqırımı tanıyın" deməsindən sonra Əli Özgündüz qlsa olaraq bunları demişdir:[6]

" Bizim erməni xalqı ilə problemimiz yoxdur, amma erməni rəhbərliyinin və diasporasının bizimlə problemi var. Şərq bölgələrimizə Qərbi Ermənistan deyəcəklər, soyqırımı tanımağımızı istəyəcəklər, Azərbaycan torpaqlarının 20 faizini işğal edəcəklər, Xocalıda qətliam edəcəklər, Ərdoğan da 23 apreldə başsağlığı mesajı yayımlayacaq. Allahdan qorxsun. Mən İğdırlı, Azərbaycan kökənli bir vətəndaşam. Acıları atası, babası yaşamış biri olaraq danışıram. Sabah Ermənistanda türk bayrağı yandıracaqlar. Ayıb deyil mi? Bunlar çox təhlükəli işlərdir. Sabah təzminat verəcəksək, torpaq verəcəksək, verək mi deyək? Ağdamarda intihar edən qadınlarımız nə olacaq? Bu mesaj AB-yə girmə prosesi ilə bağlıdır, ABŞ-la, İsraillə razılaşma ilə, Qafqaz məsələsi ilə bağlıdır. Eləcə sabah da qalxıb, belə bir məktub yazaq deyilməmişdir. CHP-nin erməni məsələsi ilə bağlı rəsmi görüşü budur: Türkiyə üzərində haqq iddiasından əl çəkmədiyi, soyqırım iddialarından əl çəkmədiyi, işğal etdiyi Azərbaycan torpaqlarını tərk etmədiyi halda Ermənistanla əlaqələr irəliləməyəcək. İşləmədiyim bir cinayəti niyə qəbul edim? Belə axmaqlıq olar? Mən məzlumam, babalarım öldürüldü. "

Əli Özgündüzün bu cür çıxışından sonra Hasib Kablanın əgər belə danışarsa seçkilərdə qalıb gələ bilməyəcəyini dedikdən sonra ona belə cavab vermişdir:[6]

" Sandıqdan çıxsam da, çıxmasam da (seçkilərdə qalib gəlməyi nəzərdə tutur) belə bir şeyi qəbul edə bilmərəm. Mən qatil deyiləm, məzlumam. Heç vaxt qəbul etmərəm. "

Bu verilişdə çıxışından sonra CHP-nin namizəd siyahısından adı çıxarılmışdır. Konkret olaraq hansı hadisə ilə bağlı olması göstərilməsə də, bunun Əli Özgündüzün yuxarıda bəhs edilən çıxışlarına görə olduğu ehtimal edilir.[6]

  1. "Əli Özgündüz". 2021-08-04 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  2. Ali Özgündüz
  3. "ALİ ÖZGÜNDÜZ HABERLERİ". 2021-06-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  4. Chp İstanbul Milletvekili Ali Özgündüz
  5. "Ali Özgündüz biografisi". 2022-01-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.
  6. 1 2 3 4 5 "CHP'deki Ali Özgündüz tasfiyesinin nedeni CNN Türk'teki o program mı". 2017-12-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2018-11-01.

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]