İcazəli (mahnı)
İcazəli — azərbaycanlı müğənnilər Aygün Kazımova və Miri Yusifin mahnısıdır.
== Mahnı haqqında ==
Sözləri reper Kamal KQB və bəstəkar-müğənni Farid Aqaya, musiqisi və aranimanı da Farid Aqaya aiddir. Aygün Kazımova mahnının təqdimatı üçün Türkiyəli fotoqrafçı Erman İştahlının kamerasının qarşısına keçmişdir. Diva ləqəbli müğənninin imicini dünyaca məşhur azərbaycanlı modelyer-dizayner Rüfət İsmayıl hazırlamışdır.