Ş
ŞABALID
OBASTAN VİKİ
Dar Emtedade Şab
== Filmin məzmunu == Babək (Səid Kəngərani) adında sadə bir oğlan Pərvanə (Ququş) adlı məşhur müğənniyə aşiq olur. Sonradan Babəki sevən müğənni uzun müddət onun xəstə olduğunu bilmir. O, sevdiyi oğlanın ağır sağalmaz qan xəstəliyindən əziyyət çəkdiyini bildikdə hər şey dəyişir. Pərvanə getdikcə bütün həyatının qaranlıq və mənasız olduğunu dərk edir. Artıq səhnələrdə ifa etmək qüdrətini özündə hiss etmədikdə qərara alır ki, həyatını sevdiyi insana həsr etsin. Ümidlə Babəki Fransaya müayinəyə aparmaq istəyir. Təyyarə havaya qalxmağa başladıqda Babəkin getdikcə ağırlaşan səhhəti tab gətirmir. Pərvanə sevgilisinin əllərinin soyuduğunu hiss etdikdə Babəkin öldüyünü anlayır. Lakin Babəkdən ayrılmaq istəməyən Pərvanə ona yaxınlaşanlara hər şeyin yaxşı olduğunu söyləyir. Fransaya qədər başı çiyinlərində olan Babəkin əllərini ovuclarında tutub heç nə baş verməmiş kimi yoluna davam edir.
Dəhnə (Şabran)
Dəhnə — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Dəhnə Dəvəçi rayonunun Çuxurəzəmi inzibati ərazi vahidində kənd. Oykonim ərazidəki Ağzıbirçala gölünün mövqeyi və ya eyniadlı dağın adı ilə bağlıdır.
Dəniz şabalıdı
İlan ulduzu (Asterozoa) — dəstəsindan bir Dərisitikanlı növü.
Dəvəçi (Şabran)
Dəvəçi (əvvəlki adı: Təzəkənd) — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 21 dekabr 2010-cu il tarixli, 35-IVQ saylı Qərarı ilə kənd Dəvəçi adlandırılmışdır. == Əhalisi == 13-22 aprel 2009-cu il Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Dəvəçi kəndində 2.387 nəfər əhali yaşayır.
Ecanan Şabadini
Şabadin (hal-hazırkı adı: Eğek və yaxud Yeğek erm. Եղեգ) — Ermənistan Respublikasının cənubunda, Sünik mərzi inzibati-ərazi vahidi tərkibində yerləşən kənd. Tarixən Ecanan Şabadini adı ilə də tanınan kənd 1988-ci ilin noyabr ayına kimi azərbaycanlılar yaşayan kənd olub. 1930–1995-ci illər aralığında Qafan rayonu inzibati-ərazi vahidi tərkibində olmuş kənd Qafan şəhərindən 13 km şimal-şərqdə, Qafan-Gorus yolunun sol tərəfində, meşəlik ərazidə yerləşir. == Tarixi == Qafan ərazisində tarixən iki Şabadin kəndi olub: Oxçu Şabadini və Ecanan Şabadini. 1886-cı il kameral siyahıyaalınmasına əsasən Yelizavetpol quberniyası, Zəngəzur qəzasının III şöbəsinin Arçevanik kənd icması tərkibinə daxil olan Şabadin-Eqink (rus. Шабадин-Егинкъ) kimi göstərilən Ecanan Şabadini kəndində 48 evdə şiə etiqadlı Azərbaycan tatarlarından ibarət 261 nəfər (147 nəfəri kişi, 114 nəfəri qadın) əhali yaşayırdı. 1988-ci ilə kimi azərbaycanlılar yaşayan kənddə hal-hazırda ermənilər yaşayır. Çox güman ki, bu kənd Oxçu Şabadinindən köçən insanlar tərəfindən salınmışdır. === Oxçu Şabadini === Yelizavetpol (Gəncə) quberniyasının Zəngəzur qəzasında (İndi Ermənistanın Qafan rayonunda) kənd adı olmuşdurş.
Elmira Şabanova
Elmira Balahüseyn qızı Şabanova (1 noyabr 1940, Bakı) — Azərbaycanın görkəmli kino aktrisası, Azərbaycan Respublikası Xalq Artisti (2006), Prezident təqaüdçüsü. == Həyatı == Elmira Balahüseyn qızı Şabanova 1 noyabr 1940-cı ildə Bakıda anadan olmuşdur. Atası əvvəl zavod direktoru, sonra SSRİ Ali Sovetinin deputatı olub. M.A. Əliyev adına ADİİ-da əvvəlcə aktyorluq (1958–1962), sonra rejissorluq fakültəsini bitirib. (1969) Hələ institutun 1-ci kursunda rejissor Rüfət Şabanovla ailə qurub və rejissor ona filmlərdə çəkilməyi qadağan edib. Rejissor Rüfət Şabanovun həyat yoldaşı, rejissor Fuad Şabanovun anasıdır. == Fəaliyyəti == 1962–1997 müəllim və dosent işləmişdir. "Azərbaycanfilm" kinostydiyasında 30-a yaxın bədii filmdə çəkilmişdir. Aktrisa 2 filmdə çəkildikdən sonra həyat yoldaşı Rüfət Şabanovun qadağası ilə 1977-ci ilədək kinoda görünməyib. 1977-ci ildə "Bədbəxtliyin astanasında" qısametrajlı bədii filmiylə kinoya qayıdan aktrisa xüsusilə 80-ci illərdə bir-birinin ardınca kino, radio və televiziyada maraqlı obrazlar yaradıb.
Elşad Şabanov
Elşad Şabanov (d. 1952, Qax, Azərbaycan)—ehtiyatda olan polkovnik, Qarabağ və Əfqanıstan müharibələri veteranı, Müstəqil Dövlətlər Birlliyinin döyüş əməliyyatları veteranı, Respublika Veteranlar Təşkilatının Nərimanov rayon şöbəsinin müdiri, Əfqanıstan müharibəsinə görə SSRİ Dövlət Təhlükəsizlik orqanlarının fəxri əməkdaşı adına layiq görülən yeganə azərbaycanlı == Həyatı == Elşad Yusif oğlu Şabanov 1952-ci ildə Qax rayonunda anadan olmuşdur. Orta məktəbi qızıl medalla başa vurduqdan sonra M.F.Axundov adına Azərbaycan Dövlət Pedaqoji İnstitutunu bitirmişdir. Əsgərlikdən sonra 1978-ci ildə SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin ali məktəbində oxumuşdur. == Fəaliyyəti == Ali məktəbi bitirdikdən sonra Dövlət Təhlükəsizlik komitəsinin Qəbələ rayon şöbəsində çalışmağa başlayan Elşad Şabanov burada əməliyyatçı vəzifəsinin yerinə yetrir. Həmin vaxt Qəbələ rayonunda tikilməkdə olan xüsusi təyinatlı hərbi hissə haqda xarici kəşfiyyata məlumat ötürülməsi barədə informasiya daxil olur. Qısa zamanda hərbi əks-kəşfiyyat orqanlarının köməyi ilə hərbi sirri ötürən və qonşu rayonda dövlət əleyhinə işləyən mütəşəkkil cinayətkar dəstə aşkar edilərək zərərsizləşdirilir. Həmin il respublikaya rəhbərlik edən ulu öndər Heydər Əliyev İsmayıllı rayonunun İvanovka kəndində Sosialist Əməyi qəhrəmanı N.Nikitinin sədri olduğu kolxozda ümumrespublika müşavirəsi keçirirdi. Respublika rəhbərliyinin təhlükəsizliyini təmin etmək vəzifəsi E.Şabanova həvalə edilir. Daha sonra Elşad Şabanov 1979-cu il fevral ayında Azərbaycan DTK-nın üç əməkdaşı ilə birlikdə o, Daşkənd şəhərində ali kəşfiyyat kursuna göndərilir.
Faiq Şabanov
Faiq İsmayıl oğlu Şabanov (10 mart 1963, Qayabaşı, Basarkeçər rayonu) — Gəncə Şəhər Polis İdarəsinin rəisi (2013–2019). == Həyatı == Faiq Şabanov 1963-cü ildə mart ayının 10-da Göyçə mahalının Qayabaşı kəndində anadan olub. Səkkizillik təhsilini doğma kəndində, orta təhsilini isə Qoşabulaq kəndində (1980) alıb. 1982–1984-cü illərdə Novosibirsk şəhərində hərbi xidmətdə olub, tərxis olunduqdan sonra Belqorod şəhərində milis nəfəri kimi əmək fəaliyyətinə başlayıb. Sonralar ali milis məktəbini bitirən F. Şabanov tədricən bu sistemdə vəzifə pilləsində yüksəlib. Polis polkovniki F. Şabanov Zaqatala Rayon Polis Şöbəsinin rəisi işləmişdir. 10 noyabr 2011-ci ildə daxili işlər naziri, general-polkovnik Ramil Usubovun imzaladığı əmrlə Xəzər Rayon Polis İdarəsinə rəis təyin olunub. Faiq Şabanov 2 fevral 2013-cü ildə Daxili İşlər Nazirinin əmri ilə Gəncəyə polis rəisi vəzifəsinə təyin olunub. Faiq Şabanov 17 yanvar 2019-cu ildə Daxili İşlər Nazirliyin əmri ilə Gəncə Şəhər Baş Polis idarəsinin rəisi vəzifəsindən azad edilib. == Təltifləri == 2009-cu il iyulun 1-də ictimai asayişin təmin olunmasında fərqləndiyinə görə ölkə başçısının sərəncamı ilə "Vətən uğrunda" medalı ilə təltif olunub.
Fuad Şabanov
Şabanov Fuad Rüfət oğlu ( ) — azərbaycanlı rejissor, aktyor. == Həyatı == Fuad Şabanov 1965-ci il sentyabr ayının 20-də Bakı şəhərində anadan olub. 1986-1991-ci illərdə Moskvada ÜDKİ-nin rejissorluq fakültəsində təhsil alıb. Bir sıra teleşirkətlərdə rejissor işləyib. Bir neçə filmin quruluşçu rejissorudur. == Ailəsi == Atası Rüfət Şabanov, anası isə Elmira Şabanovadır. == Filmoqrafiya == Ötən ilin son gecəsi (film, 1983) Aşkarsızlıq şəraitində... (film, 1986) Dağıdılmış körpülər (film, 1996) Axırıncı reys (film, 1989) Əmin-amanlıq dövrünün dələduzları - sənədli Müharibə oyunu - bədii Canlı tarix.
Fuad Şabanov (aktyor)
Fuad Şabanov (əsgər)
Günəşli (Şabran)
Günəşli — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Günəşli Şabran rayonunun Beynəlmiləl inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Yaşayış məntəqəsi keçmiş SSRİ Konstitusiyası sovxozunun 2 nömrəli malikanəsi yanında salınmışdır. 1965-ci ildə rəmzi olaraq Günəşli adlandırılmışdır. == Əhalisi == Kəndin əhalisi 693 nəfər təşkil edir.
Gəndov (Şabran)
Gəndov — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. == Tarixi == Gəndov Dəvəçi rayonunun eyniadlı inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Tədqiqatçılar kəndin adını gah yaxınlığındakı çayın suyunun yaratdığı pis qoxulu gölməçələrlə, gah da cod sulu, içməyə yararsız zəy acısı dadan bulağın suyu ilə bağlayırlar.Kənin əhalisinin çoxunu irandilli xalq olan Tatlar təşkil edir.. Kənd əlverişli coğrafi mövqeyi ilə fərqlənir. == Əhalisi == Kənddə 2.296 nəfər əhali yaşayır. Əhalisi tatlardan ibarətdir.
Hişkədərə (Şabran)
Hişkədərə — Azərbaycan Respublikasının Şabran rayonunun Zarat inzibati ərazi vahidində kənd. == Tarixi == Xişgədərə kəndi Samur-Dəvəçi ovalığındadır. Oykonim tat dilindəki xişk/xişg (quru), -ə (bitişdirici sait) və dərə (çay dərəsi) komponentlərindən düzəlib, "quru dərə" mənasındadır. Yaşayış məntəqəsi quru çay dərəsində yerləşdiyi üçün belə adlandırılmışdır. HiŞgədərə variantında qeydə alınmışdır.
Kamran Şabanov
La-Şaban
La-Şaban (fr. La Chabanne) — Fransada kommuna, Overn regionunda yerləşir. Departament — Alye. Le-Meye-de-Montan kantonuna daxildir. Kommunanın dairəsi — Vişi. INSEE kodu — 03050. == Əhalisi == 2008-ci ildə əhalinin sayı 186 nəfər təşkil edirdi. == İqtisadiyyatı == 2007-ci ildə əmək qabiliyyətli 102 nəfər arasında (15-64 yaş arasında) 70 nəfər iqtisadi cəhətdən fəal, 32 nəfər fəaliyyətsizdir (fəaliyyət göstərici 68,6%, 1999-cu ildə 55.8%). Fəal olan 70 nəfərdən 63 nəfəri (42 kişi və 21 qadın), 7 nəfər işsiz (2 kişi və 5 qadın) idi. 32 hərəkətsiz 7 nəfər arasında şagird və ya tələbə, 14 nəfər təqaüdçü, 11 nəfər digər səbəblərə görə fəaliyyətsizdir.
Liman (Şabran)
Liman — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Məliklər (Şabran)
Məliklər — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Azərbaycan Respublikası Milli Məclisinin 2 aprel 2010-cu il tarixli, 982-IIIQ saylı Qərarı ilə Dəvəçi rayonunun Məliklər kəndi Rəhimli kənd inzibati ərazi dairəsi tərkibindən ayrılaraq, mərkəzi Uzunboyad kəndi olmaqla, Uzunboyad kənd inzibati ərazi dairəsi yaradılmış və Azərbaycan Respublikasının ərazi vahidlərinin Dövlət reyestrinə daxil edilmişdir. Kəndin əhalisi 326 nəfər təşkil edir.
Məryəm Şabanova
Məryəm Şabanova (d. 2 iyun 1985, Bakı, Azərbaycan SSR, SSRİ) — azərbaycanlı müğənni, 2010 Avroviziya Mahnı Müsabiqəsində milli seçimin finalçısı. Məryəm Şabanova (qızlıq soyadı: Aranoviç) 1985-ci ildə Bakı şəhərinin Füzuli küçəsində (əvvəlki adla Basin) anadan olub. Yəhudi əsillidir. Uşaqlıqdan musiqi ilə məşğul olub. Orta musiqi təhsili vardır. 2002-ci ildə orta təhsilini bitirdikdən sonra musiqi ilə məşğul olmağa başlamışdır. 2006-cı ildə Məryəm Rüstəm adlı bir şəxslə ailə həyatı qurub və həyat yoldaşının soyadını götürüb. 2007-ci ildə onun bu nikahdan Daniel adlı oğlu olub. Məhz həmin zamanda Məryəm Şabanova musiqi fəaliyyətini dayandırır.
Padar (Şabran)
Padar — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Samur-Dəvəçi ovalığındadır. Kəndin əhalisi 563 nəfər təşkil edir. Kənd əhalisi fərdi təsərrüfatla məşğul olurlar. Kənddə maldarlıq əkinçilik kimi işlər aparılır.
Pol Şabano
Pol Şabano (fr. Paul Chabanaud 30 noyabr 1876 – 27 fevral 1959) Fransız ixtioloqu və herpetoloqu. Reptiles et batraciens, 1922. Les soles de l'Atlantique Oriental Nord et des mers adjacentes, 1927. Observations morphologiques et remarques sur la systématique des poissons hétérosomes soléiformes, 1927. Les genres de poissons Hétérosomates, 1930. Poissons hétérosomes, 1933. Le neurocrâne osseux des téléostéens dyssymétriques après la métamorphose, 1936. Les téléostéens dyssymétriques du Mokattam inférieur de Tourah, 1937. Contribution à la morphologie et à la systématique des Téléostéens dyssymétriques, 1938.
Polkovnik Şaber
Polkovnik Şaber — (fr. Le Colonel Chabert) fransız yazıçısı və dramaturqu Onore de Balzakın (1799–1850) 1832-ci ildə işıq görən hekayəsi. O, Restarvasiya (1815–1830) və İyul Monarxiyası (1830–1848) dövründə Fransa cəmiyyətini təsvir edən və parodiya edən "İnsan Komediyası" kimi tanınan romanlar seriyasına daxil edilmişdir. Əvvəlcə Le Constitutionnel-də nəşr olunan bu hekayə iki səssiz film də daxil olmaqla altı fərqli filmə uyğunlaşdırılmışdır. Hadisə 1818-ci ildə, XVIII Lüdovikin dövründə Parisdə baş verir. Polkovnik Şaber Rus-Prussiya-Fransa müharibəsində Napoleon üçün vuruşmuş və hörmətli fransız zabitidir. O, Preussisch-Eylau döyüşündə ağır yaralanmış, uzun müddət ölmüş hesab edilsə də, gücünü bərpa edir və bir neçə ildən sonra vətəni Parisə qayıdır. Evə qayıdan polkovnik Şabert öyrənir ki, onun bütün əmlakı dul qaldığına görə arvadına miras qalır və sonradan dul qadın Qaberin ölüm xəbərinin səhv olduğunu bilməyərək yenidən titullu və varlı bir adamla evlənir. Polkovnik keçmiş arvadı ilə görüş təşkil edərək əvvəlki həyatına qayıtmağa cəhd edir, lakin arvad Şabertdən imtina edir, çünki maddi və sosial vəziyyətini itirmək istəmir, həmçinin qadının yeni evliliyindən iki azyaşlı övladı var. Bundan əlavə, qadın gözləyir ki, Çabert əmlakı tələb edə bilməyəcək, çünki onun lazımi vəsaiti yoxdur.
Qara Şaban (Xoy)
Qara Şaban (fars. قره شعبان‎) — İranın Qərbi Azərbaycan ostanının Xoy şəhristanı ərazisinə daxil olan kənd. 2006-cı il məlumatına görə kənddə 705 nəfər yaşayır (175 ailə).
Qaraçaylı (Şabran)
Qaraçaylı — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd. Kənd 2017-ci ildə Shabran Agrocomplex MMC-nin tələbi ilə boşaldılıb. Kənd əhalisi artıq qonşu kəndlərdə yaşayır.
Qızılqazma (Şabran)
Qızılqazma — Azərbaycan Respublikasının Şabran rayonunun inzibati ərazi vahidində kənd.
Raziyə Şabani
Raziyə Qulami Şabani (21 aprel 1925, Təbriz — 28 yanvar 2013,Köln Almaniya) — Azərbaycanlı siyasətçi və aktivist. Azərbaycan Demokrat Firqəsi və İran Tudə Partiyasının üzvlərindən olan Raziyə Şabani İran tarixində ilk qadın siyasi məhbus sayılır. Raziyə Şabani 21 aprel 1925-ci ildə Təbriz şəhərində anadan olub. Gələcək həyat yoldaşı Tudə Partiyasının fəalı Rza İbrahimzadə ilə tanış olduqdan sonra siyasi fəaliyyətə başlayır. Sonradan o özü də Tudə Partiyasının üzvü olur. Öz yazdıqlarına görə, o Tudə Partiyası və onun rəhbərliyi ilə problemlər yaşayırdı və Azərbaycan xalqının qiyamına şahid olunca, onlara qatılmışdı. Azərbaycan Demokrat Firqəsinə üzv olduqdan sonra Azərbaycan Milli Hökumətinin fəallarından olur. O günlərdə, 20 yaşında gənc bir qız olan Raziyə xanım əyninə hərbi forma geyərək belində Kolt tapançası gəzdirirdi. Azərbaycan Milli Hökumətinin süqutundan iki ay sonra 1947-ci ilin fevralında Tehranda Pəhləvi rejiminin məmurları tərəfindən həbs edilir. Həbs olunduğu zaman hamilə olur.

Значение слова в других словарях