şahbaz-şahbaz

şahbaz-şahbaz
şahbaz
şahbeyt
OBASTAN VİKİ
Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Derəfş Şahbaz
Şahbaz (fars. شَهباز or شاه‌باز‎) — fars mifologiyasında əfsanəvi quş adı. Onun qartala bənzəyən bədən quruluşuna malik olması, şahin və ya qızılquşdan daha böyük olduğu, Böyük İran daxilində Zaqros, Əlburz və Qafqazın daxilində bir ərazidə məskunlaşdığı bildirilir. Qədim fars mifologiyasında Şahbaz İrandilli xalqlara kömək edən, Fərəvaharı İranzəminə istiqamətləndirən tanrı idi. == Tarixi == "Şahbaz" sözü hərfi tərcümədə "şahın şahini" deməkdir. İran şahı üçün şahin və ya başqa bir yırtıcı quş saxlamaq standart təcrübə idi. Bu simvol həm gücü, həm də aqressivliyi təmsil edirdi. Qədim Misir tanrısı Horun Əhəmənilər imperiyasının əsasını qoyan Böyük Kirin bayraqlarının arxetipi olması haqqında fərziyyələr irəli sürülmüşdür. Britaniya kəşfiyyatçısı Riçard F. Burton rəmzini tetraçalan olduğunu güman etmişdir. Şahbaz alternativ olaraq İran yaylasının səmasında başqa bir quş olan mərzar qartalını təmsil edə bilərdi.
Şahbaz Muradov
Şahbaz Muradov (Şahbaz Musa oğlu Muradov; d. 10 avqust 1940, Laçın rayonu Xumarta) — Azərbaycan iqtisadçısı, AMEA-nin müxbir üzvi (2001), professor. Şahbaz Musa oğlu Muradov 10 avqust 1940-cı ildə Azərbaycan Respublikasının Laçın rayonu­nun Xumarta kəndində anadan olmuşdur. O, 1946-50–ci illərdə Xumarta kəndində yenicə açılmış ibtidai məktəbdə, 1950-1953-cü illərdə isə Köhnə­kənd 7 illik məktəbində təhsil almışdır. 1953-cü il­də həmin məktəbin 7-ci sinfini əla qiymətlərlə biti­rib, Azərittifaqın Bakı Kooperativ texnikumuna da­xil olmuşdur. 1956-cı ildə texnikumu əla qiymətlər və tərifnamə ilə bitirib, əlaçıların 5%-i hesabı ilə Azərittifaqın İdarə Heyətinin xüsusi qərarına əsa­sən, ali təhsil almaq üçün K.Marks adına Azərbay­can Dövlət Xalq Təsərrüfatı İnstitutuna göndərilir. O vaxt texnikumları əla qiymətlər və tərifnamə ilə bitirənlərin 5%-i hesabı ilə ali məktəbə təhsil al­mağa göndərilənlər orta məktəbləri “Qızıl medalla” bitirənlərə bərabər tutulduğundan Ş.Muradov qə­bul imtahanları vermədən həmin instituta daxil ol­muşdur. Ancaq, 1959-cu ildə institut ləğv edildiyi üçün Ş.Muradov təhsilini Azərbaycan Dövlət Uni­versitetinin İqtisadiyyat fakultəsində davam etdir­mişdir. O, 1961-ci ildə oranı əla qiymətlər və “fərq­lənmə” diplomu ilə bitirib gənc mütəxəssis kimi iş­ləməyə Azərbaycan Elmlər Akademiyasının İqtisadiyyat İnstitutuna göndə­rilmişdir. Həmin vaxtdan fasiləsiz olaraq burada işləyən Ş.Muradov 1961-1966-cı illərdə kiçik elmi işçi, 1966-1968-ci illərdə böyük elmi işçi, 1968-1991-ci illərdə şöbə müdiri, 1991-1998-ci illərdə elmi işlər üzrə direktor müavini, 1999-2008-ci illərdə isə institutun direktoru vəzifəsində çalışmış­dır.
Şahbaz Quliyev
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.
Şahbaz Xuduoğlu
Şahbaz Xuduoğlu (24 iyun 1968) — naşir; tərcüməçi-yazar; "Qanun" nəşriyyatının direktoru; Elmar Hüseynov Fondunun həmtəsisçisi; "Qanun" jurnalının baş redaktoru. 24 iyun 1968-ci ildə anadan olmuşdur. Natiq Səfərov ilə birlikdə 1992-ci ildə "Qanun" jurnalını yaratmışdır. Eyni vaxtda jurnalın redaksiyasının tərkibində "Qanun" nəşriyyatı da fəaliyyət göstərmişdir. "Qanun" nəşriyyatı ayrıca təşkilat kimi 1995-ci il 6 oktyabr tarixində qeydiyyatdan keçmişdir. Hər iki təşkilatın təsisçisidir. "Qanun" jurnalı elmi hüquq jürnalıdır. Ayda bir dəfə nəşr edilir. "Qanun" Nəşriyyatı əvvəllər əsasən hüquq kitabları nəşr edirdi, 1995-ci ildən sonra bütün sahələrdə kitablar nəşr edir. İlk həyat yoldaşı 2015-ci ildə avtoqəzada həyatını itirmişdir.
Şahbaz Şahbazov
Şahbaz Şamıoğlu
Şahbaz Şərif
Mian Məhəmməd Şahbaz Şərif (pəncab və urdu: میاں محمد شہباز شریف, tələffüz olunur [miˈãː mʊˈɦəmːəd̪ ʃɛhˈbaːz]; 23 sentyabr 1951, Lahor, Pakistan dominionu) — Pakistan Müsəlman Liqasının (N) (PML-N) hazırkı prezidentidir. Əvvəllər o, siyasi karyerasında üç dəfə Pəncabın Baş Naziri vəzifəsində çalışıb və onu Pəncabın ən uzun ömür sürən Baş Naziri edib.O, 11 aprel 2022-ci ildə Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 23 sentyabr 1951-ci ildə anadan olub.
Şahbaz xan Dünbili
Şahbaz xan Mürtəzaqulu xan oğlu Dünbili (1699-1767) — Xoy xanlığının ilk hakimi. Şahbaz xan Mürtəzaqulu xan oğlu Xoy şəhərində anadan olmuşdur. Nəvab Mahmud xanın tarixinə görə Şahbaz xan, H.1125 (M.1713) ildə Azərbaycandakı bütün Dünbili elinin əmiri idi. Fətəli xan Araşlı-Avşar ilə biriikdə Kərim xan Zəndə qarşı getdiyi savaşda əsir düşdü. Ancaq Kərim xan ona çox hörmət göstərdi. Şahbaz xan qızını onun oğlu Əbulfəth xana verərək dostluq ilişgisi qurdu. Şahbaz xanın Məhəmməd bəy adlı oğlu vardı. Ənvər Çingizoğlu, Xoy xanlığı, Bakı: Mütərcim, 2012; Ənvər Çingizoğlu, Avşarlardan qacarlaradək bölgə xanları, Bakı: Mütərcim, 2015, 288 səh.
Şahbaz Şahbazov (həkim)
Şahbaz Şahbazov (əsgər)
Şahbaz Mirzə oğlu Şahbazov (22 iyun 1996; Qaracəmirli, Şəmkir rayonu, Azərbaycan — 25 oktyabr 2020; Füzuli rayonu, Azərbaycan) — Azərbaycan Silahlı Qüvvələrinin əsgəri, İkinci Qarabağ müharibəsi şəhidi. Şahbaz Şahbazov 1996-cı il iyunun 22-də Şəmkir rayonunun Qaracəmirli kəndində anadan olub. Azərbaycan Ordusunun əsgəri olan Şahbaz Şahbazov 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan İkinci Qarabağ müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Şahbaz Şahbazov oktyabrın 25-də Füzulinin azad edilməsi zamanı şəhid olub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Şahbaz Şahbazov ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.
Şövkət Şahbaz qızı Səlimova
Şövkət Şahbaz qızı Səlimova (25 dekabr 1920, Lahıc, Şamaxı qəzası – 2 iyul 1999, Bakı) — iqtisad elmləri namizədi (1964); Qadın gəmi kapitanı; İkinci dünya müharibəsi dövründə dünyada iki qadın gəmi kapitanından biri olmuşdur. Səlimova Şövkət Şahbaz qızı 25 dekabr 1920-ci ildə İsmayıllı rayonunun Lahıc kəndində anadan olmuşdur. 1940-cı ildə Bakı Dənizçilik məktəbini bitirmişdir. 1999-cu ildə Bakı şəhərində vəfat etmişdir. Neftçi ailəsində böyümüş və 10 uşaqdan ən böyüyü olmuşdur. İkinci dünya müharibəsi illərində Xəzər gəmiçiliyi idarəsində gəmi kapitanı müavini və gəmi kapitanı işləmişdir. Müharibə illərində Aralıq, Mərmərə, Egey və Qara dəniz limanlarına qədər gedib çıxmışdı. Gəmi ilə neft, silah daşınmasında böyük əməyi olmuşdur. 1954–1974-cü illərdə Azərbaycan Dövlət Neft və Kimya İnstitutunda siyasi iqtisad kafedrasının dosenti, tərbiyə üzrə prorektor və kafedra müdiri, 1974–1989-cu illərdə Azərbaycan Dövlət Konservatoriyasında ictimai elmlər kafedrasının müdiri vəzifəsində işləmişdir. 1964-cü ildə iqtisad elmləri namizədi alimlik dərəcəsini almışdır.
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi
Dilqəm Əsgərov və Şahbaz Quliyevin girov götürülməsi — 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşı Şahbaz Quliyev Kəlbəcər rayonunda öz ata-baba yurdlarını ziyarət etmək istəyərkən Ermənistan Silahlı Qüvvələri tərəfindən girov götürülüblər, Azərbaycan vətəndaşı Həsən Həsənov isə öldürülüb. İşğal altındakı Dağlıq Qarabağda Dilqəm Əsgərov və Şahbaz Quliyev üzərində qanunsuz "məhkəmə" qurublar. "Məhkəmə"nin qərarı ilə Dilqəm Əsgərov ömürlük, Şahbaz Quliyev isə 22 il müddətinə azadlıqdan məhrum edilmə cəzasına məhkum olunub. 2020-ci il dekabrın 14-də erməni girovluğunda saxlanılan Şahbaz Quliyev və Dilqəm Əsgərovun təyyarə ilə Bakıya gətirilməsi təmin edilmişdir. == Zəmin == Dilqəm Əsgərov Kəlbəcər rayonunu ilk dəfə işğaldan 5 il sonra, 1998-ci ildə Hidayət Abdullayevlə ziyarət edib. O, daha sonralar 1999-cu (yevlaxlı Rəfi ilə), 2005-ci (Şahbaz Quliyev ilə), 2007-ci, 2009-cu və 2010-cu (Anar Əliyev ilə) illərdə Kəlbəcər rayonunu yenidən ziyarət edib. 2009-cu ildə Dilqəm Əsgərov və Şahbaz Quliyevin Kəlbəcərin Şaplar kəndində olmasının videosu yayılmışdı. Videoda çıxış edən Dilqəm Əsgərov Kəlbəcər rayonunun Şaplar kəndinin onlar üçün "ikinci Mədinə" olduğunu deyib. O, videoda həm də qeyd edirdi ki, o, iki ildir dalbadal 16 gün ac-susuz buranı ziyarət edirdi. == Hadisə == 2014-cü il iyulun 11-də Rusiya vətəndaşı Dilqəm Əsgərov və Azərbaycan vətəndaşları Şahbaz Quliyev və Həsən Həsənov Azərbaycanın işğal altında olan Kəlbəcər rayonunda yaxınlarının məzarlarını ziyarət etmək üçün gediblər.