Bədr xan Şahsevən
Bədr xan Allahqulu paşa oğlu Sarıxanbəyli Şahsevən — Ərdəbil xanı (1747–1757).
== Həyatı ==
Bədr xan atasından sonra el başçısı oldu. O, yalançı şahzadə İsmayıl mirzənin qiyamında onun tərəfini tutmuşdu. Nadir xan Əfşarın hakimiyyəti illərində dövlətin siyasi yaşamında önəmli rol oynamışdı.
Bədr xan 1763-cü ildə vəfat etdi.
== Ailəsi ==
Bədr xanın Nəzərəli xan, Kiçik xan, Nəsir xan adlı oğulları, Şahnisə xanım adlı qızı vardı.
== Mənbə ==
Ənvər Çingizoğlu, Şahsevən eli, "Soy" dərgisi, Ⅶ 4 (12), Bakı, 2008.
Ənvər Çingizoğlu, Nəzərəli xan Sarıxanbəyli-Şahsevən, Bakı, "Mütərcim", 2012, 56 səh.