Şahsevən (Kürdəmir)

ŞahsevənAzərbaycan Respublikasının Kürdəmir rayonunun Topalhəsənli kənd inzibati ərazi dairəsində kənd.

Şahsevən
40°22′22″ şm. e. 48°12′07″ ş. u.
Ölkə
Tarixi və coğrafiyası
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 2.123 nəf. (2009)
Xəritəni göstər/gizlə
Şahsevən xəritədə
Şahsevən
Şahsevən

Şahsevən adı I Şah Ismayıl Səfəvinin hakimiyyəti dönəmində yaranmışdır. Bu ad səfəviyyə təriqətinin müridləri arasında siyasi məfhum kimi işlənmişdir. I Şah Abbas qızılbaşların rolunu məhdudlaşdırmaq və onların nüfuzunu qırmaq məqsədilə Şahsevən adlı özəl qoşun növü yaratmışdır. Sonralar Azərbaycanın müxtəlif bölgələrində əsası qoyulmuş Şahsevən kəndləri həmin tarixi hadisələrdən qaynaqlanır.

Kürdəmir rayonunun ən qədim məzarlıqlarından biri Şahsevən kəndində yerləşir. Burada XIX əsrdə yaşamış nəqşbəndiyyə təriqətinin nümayəndəsi Mövlana Hacı Mahmud babanın (ölümü hicri 1281, miladi 1865) türbəsi vardır. Mövlana Hacı Mahmud baba İmam Şamilin müəllimi Siracəddin İsmayıl Şirvaninin müridi olmuş, həmçinin məşhur təriqət şairi Seyid Həmzə Nigari ilə dostluq etmişdir.

Sovet hakimiyyəti illərində Şahsevən kəndi Topalhəsənli və Qaraqocalı kəndləri ilə birlikdə Moskva kolxozunun tərkibinə daxil olmuşdur. Kənddə əvvəllər fəaliyyət göstərən məscid sovet dövründə dörd illik ibtidai məktəbə çevrilmişdir. Sonralar Topalhəsənli kənd orta məktəbi yaradıldıqdan sonra ibtidai məktəbin fəaliyyəti dayandırılmışdır.

Şahsevən kəndinin qədim mədəniyyət abidəsi kənddəki məzarlıqla bağlıdır. Buradakı qədim Şıx qəbirləri keçmiş tarixə şahidlik edən daş kitabələrdir. Məzarlıqda Mövlana Hacı Mahmud babanın türbəsi vardır.

Coğrafiyası və iqlimi

[redaktə | mənbəni redaktə et]

Şahsevən kəndi rayon mərkəzindən 7 km., Bakı şəhərindən 194 km. məsafədədir. Kürdəmir rayonunun Topalhəsənli, Qaraqocalı və Şıxımlı kəndləri ilə qonşudur. Kənd düzənlik ərazidə yerləşir. Torpaqlarının bir hissəsi şoranlıqdır. Yayı sərt isti, quraqlıq, qışı mülayim keçir. Əvvəllər Girdman çayının bir qolu kəndin ərazisindən keçmişdir. İndi isə Şirvan kanalı vasitəsilə Kür çayının suyundan istifadə olunur.

2009-cu ilin siyahıya alınmasına əsasən kəndə 2123 nəfər əhali yaşayır.[2]

İqtisadiyyatı

[redaktə | mənbəni redaktə et]
  • Azərbaycan toponimlərinin ensiklopedik lüğəti. İki cilddə, I cild, Bakı: "Şərq-Qərb" nəşriyyatı, 2007, s.141
  • Azərbaycan Respublikasının inzibati - ərazi bölgüsü. Məlumat toplusu. Bakı: 2013. s.488
  • Cahangir Zeynaloğlu. Azərbaycan tarixi, Bakı:1992, s.67–68
  • Məşədixanım Nemət. Azərbaycanda pirlər, Bakı: Azərnəşr, 1992, s.100
  • Yaşar Kalafat. Şahsevən türkləri (Azərbaycan türkcəsinə çevirəni Vaqif Sultanlı), "Folklor və etnoqrafiya" (Bakı) dərgisi, 2005, № 2 (5), s. 11–22

Xarici keçidlər

[redaktə | mənbəni redaktə et]