şaşmaq
şayət
OBASTAN VİKİ
Aminat Şayan
Aminat Şayan (29 oktyabr 1993) — Maldiv adalarını təmsil edən üzgüçü. Aminat Şayan Maldiv adalarını 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Aminat Şayan birinci dəfə İslam Həmrəyliyi Oyunlarına 2017-ci ildə qatıldı. O, Bakıda baş tutan IV İslam Həmrəyliyi Oyunlarında qadınlar 50 m kəpənək stildə, yarımfinalda iştirak etdi. 34.30 saniyəlik nəticəsi ilə 10-cu yeri tutdu və finala vəsiqə qazana bilmədi. == Olimpiya Oyunları == Aminat Şayan birinci dəfə Olimpiya Oyunlarına 2012-ci ildə qatıldı. O, Londonda baş tutan XXX Yay Olimpiya Oyunlarında qadınlar 50 m sərbəst stildə, təsnifat mərhələsində iştirak etdi. 32.23 saniyəlik nəticəsi ilə 64-cü yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi. Aminat Şayan Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında qadınlar 100 m sərbəst stildə, təsnifat mərhələsində də iştirak etdi. Burada isə 1:05.71 saniyəlik nəticəsi ilə 46-cı yeri tutdu və yarımfinala vəsiqə qazana bilmədi.
Şayan Qadınəfəndi
Şayan Qadınəfəndi (d. 4 yanvar 1853 — ö. 15 mart 1945) — 33. Osmanlı sultanı V Muradın üçüncü xanımı. == Həyatı == Şayan xanım 1853-cü ildə əslən çərkəz olan Batir Zanın qızı olaraq dünyaya gəldi. Əsl adı Safiyədir. Ailəsi doğulduğu torpaqlardan İstanbula köç etmiş, çox keçmədən yeganə qızları olan Safiyəni Osmanlı sarayına təslim etmişdir. Burada mükəmməl təhsil almış, daha sonra 5 fevral 1869-cu ildə Dolmabağça sarayında dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Muradla evləndirilmişdi. Bir neçə ay sonra isə Şayan xanım hamilə qaldı. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi.
Şayan Qadınəfəndi (1829-1862)
Şayan Qadınəfəndi (d. 1829, Soçi — ö. 1 yanvar 1862) — 31. Osmanlı sultanı Əbdülməcidin iyirminci xanımı. == Həyatı == Şayan xanım 1829-cu ildə Soçidə dünyaya gəlmişdir. Əsl adının nə olduğu bilinmir. Atası ubix əsilli Əhməd bəy Vozden, anası isə abxaz əsilli Nurhan Koçba (ö. 1873) idi. 6 və ya 7 yaşında ikən bacıları Sarra Bakinaz (1825–1907) və Nəvnihal (1832–1916) xanımlarla birlikdə İstanbula göndərildi və burada sarayda xidmət edən qohumları Sayəzar xanım vasitəsilə saraya alındılar. Bacıları daha sonra Sultan Əbdülhəmidin hərəmində xidmət etmişdir.
Şayan Qadınəfəndi (1853-1945)
Şayan Qadınəfəndi (d. 4 yanvar 1853 — ö. 15 mart 1945) — 33. Osmanlı sultanı V Muradın üçüncü xanımı. == Həyatı == Şayan xanım 1853-cü ildə əslən çərkəz olan Batir Zanın qızı olaraq dünyaya gəldi. Əsl adı Safiyədir. Ailəsi doğulduğu torpaqlardan İstanbula köç etmiş, çox keçmədən yeganə qızları olan Safiyəni Osmanlı sarayına təslim etmişdir. Burada mükəmməl təhsil almış, daha sonra 5 fevral 1869-cu ildə Dolmabağça sarayında dövrün Osmanlı sultanı Əbdüləzizin qardaşı oğlu Şahzadə Muradla evləndirilmişdi. Bir neçə ay sonra isə Şayan xanım hamilə qaldı. Ancaq saray ənənələrinə görə, vəliəhd şahzadənin yalnız 1 övladının olmasına icazə verilirdi.

Значение слова в других словарях

весёлко вышпа́риваться пальме́тка перепола́скиваться похуда́ние прессова́льня разме́тчик распознава́емый сфери́чный монтиро́вщик партноменклату́ра прогу́лка стереосисте́ма тонкоко́рый aînée foster-child interlacing Kara Strait life peeress luge one prepositor Rockwell hardness резать трусость