Поиск по словарям.

Результаты поиска

OBASTAN VİKİ
Bilağan
Biləyən, Bilağan — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Boyat kənd inzibati ərazi dairəsində kənd. == Tarixi == Biləğan Ağcabədi rayonunun Boyat inzibati ərazi vahidində kənd. 1917-ci ildə Biləqan, 1933-cü ildə isə Biləxan variantında qeydə alınmışdır. Oykonim Beyləqan toponiminin variantı olub, "düzənlik, çöl" deməkdir.
Popayan
Popayan — Kolumbiya şəhəri, Kauka departamentinin inzibati mərkəzi. == Etimologiyası == Popayan sözü yerli bir dildən gəlir. Bu sözün mənşəyi haqqında müxtəlif nəzəriyyələr vardır, lakin hərfi mənası: Po- "İki"; pa-"qamış"; yan- "kənd", yaxud "Qəbir çatıları olan iki kənd". Digər bir nəzəriyyə deyir ki, Popayan sözü, hazırda Las Tres Kruses təpəsi kimi tanınan Eme Hill ətrafında yaşayan Payan adlı yerli kasikin adından gəlir. == Tarixi == Popayan, Lima, Kito və Kartexena arasında yerləşdiyi müstəmləkə dövrü ərzində çox əhəmiyyətli bir şəhər idi. Sakit okeanın aşkarlanmasından sonra belə, Popayan, İspaniyaya keçərkən Kartexenaya gedən qızıl və digər sərvətlər üçün transfer nöqtəsi olaraq qaldı. Popayan, həmçinin müstəmləkə mədəni kimi xidmət etmiş və 1760–1819-cu illərdə qızıl eskudo sikkələr və gümüş reallıqları ilə müxtəlif nominallı istehsal olunmuşdur. 1826-cı ildən sonra yeni Kolumbiya Respublikası sikkə istehsalını davam etdirməyə başladı. Popayan bir neçə zəlzələ nəticəsində məhv olmuşdur. 1983-cü il 31 martda ən son və dağıdıcı zəlzələ oldu və səkkiz saniyə davam etdi.
Bayan
Toponimlər Bayan (Daşkəsən) — Azərbaycanın Daşkəsən rayonunda kənd. Bayan (Oğuz) — Azərbaycanın Oğuz rayonunda kənd.
Biyan
Biyan (lat. Glycyrrhiza) — paxlakimilər fəsiləsinə aid bitki cinsi. Biyan qiymətli texniki bitkilərdən biridir. Biyan latın dilində "qlisseraza" adlanır,"şirin kök" mənasını verir. Biyan bitkisinin dünyada 18 növü yayılmışdır. Azərbaycanda onun 8 növünə təsadüf olunur. Şirinbiyan Azərbaycan çöllərində heç bir qulluq, qayğı görmədən külli miqdarda yetişir. Bu bitki Azərbaycanın Kür-Araz, Samur-Dəvəçi ovalıqlarında, Xəzərsahili düzənliklərdə, Muğanda, Qobustanda, Abşeronda, Alazan-Əyriçay vadisində, Kürdəmirdə, Ucarda,Qazaxda, Bərdədə, Böyük Qafqazın şimal-şərqində, Kiçik Qafqazın mərkəzi və cənub hissələrində, Naxçıvanın düzənliklərində yayılmışdır. == Növləri == === Azərbaycanın dərman bitkiləri === Şirinbiyan, Çılpaq biyan (Glycyrrhiza glabra L.) (=Liquiritia officinalis Moench) Korjinski biyanı (Glycyrrhiza korshinskyi Grig.) Ural biyanı (Glycyrrhiza uralensis Fisch.) (=Vəzili biyan (Glycyrrhiza glandulifera Waldst.
Biksyan (İşembay)
Biksyan (başq. Биксян, rus. Биксяново) — Başqırdıstan Respublikasının İşembay rayonunda yerləşən kənd. Kənd Sayran kənd şurasının tərkibindədir. == Coğrafi yerləşməsi == Məsafələr: rayon mərkəzindən (İşembay): 25 km, kənd sovetliyindən (Sauran): 5 km. ən yaxın dəmiryol stansiyasından (Sterlitamak stansiyası): 40 km.
Liplyan icması
Liplyan icması (serb. Липљан) — Kosovoda icma, Priştina rayonuna aiddir. Əhatə etdiyi sahə 401 km² bərabərdir. İcmanın inzibati mərkəzi Liplyan şəhəridir. Liplyan icması 70 yaşayış məntəqəsindən ibarətdir, yaşayış məntəqəsinin orta sahəsi 5,7 km²-dır.
Samvel Babayan
Samvel Babayan (erm. Սամվել Անդրանիկի Բաբայան, 5 mart 1965, Stepanakert) — Dağlıq Qarabağ Müdafiə Ordusunun 1994–2000-ci illər arasında baş komandanı və Daşnaksutyun partiyasına bağlı olan Daşink partiyasının qondarma Qondarma Dağlıq Qarabağ Respublikasındakı nümayəndəsi. "Syamo" ləqəbi ilə tanınır. Xocalı soyqırımını törədənlərdən biridir. 1988–1994-cü illər arasında Ermənistan ilə Azərbaycan arasında baş vermiş olan Birinci Qarabağ müharibəsində bir sıra önəmli rollarda çıxış etmişdir. Xüsusilə Laçın dəhlizinin açılması əməliyyatı ilə Şuşanın ələ keçirilməsi üçün nəzərdə tutulmuş hərəkatda bir sıra önəmli həmlələri ilə tanınmışdır. Ermənistan Müdafiə Nazirliyinə Serj Sarkisyanın gətirilməsi ilə 1993-cü ildə qondarma Dağlıq Qarabağ Müdafiə Ordusunun baş komandanına çevrilmişdir. 2000-ci ildə qondarma Dağlıq Qarabağ Respublikasının prezidenti olmuş Arkadi Qukasyana etdiyi sui-qəsd planına görə istintaqa cəlb olunmuş və 15 il həbsə məhkum edilmiş olsa da, o, cəmi 4 il həbs həyatı yaşadıqdan sonra əfv edilmiş və azadlığa buraxılmışdır.
Sipadan adası
Mabul adası (malay Pulau Sipadan) — Sulavesi dənizində, Malay arxipelaqının tərkib hissəsini təşkil edən Malayziyaya məxsus ada. İnzibati cəhətdən Malayziyanın Sabah ştatı ərazisinə daxildir. Sönmüş vulkanın konusunu təşkil edir. Adanın sahəsi 0,13 km² təşkil edir. == Canlılar aləmi == Ada ətrafı sularda dəniz tısbağaları, müxtəlif növ balıqlar və köpək balıqlarını müşahidə etmək olar. Adanın özündə isə varanlara rast gəlinir. == Turizm == Mabul və Kapalay adaları ilə birlikdə Malayziyanın dayvinq və snorkelinq həvəskarları üçün əlverişli bölgələrdəndir. Sipadan bir milli parkdır. Hər gün adaya 120 nəfər turist gələ bilir. Bir günlük gediş haqqı 40 pinqitdir.
Sipahan FK
Sepahan — İranın futbol klubu.
Sipakan (Sərdəşt)
Sipakan (fars. سيپكان‎‎) — İranın Qərbi Azərbaycan ostanının Sərdəşt şəhristanı ərazisinə daxil olan kənd. == Əhalisi == 2006-cı il məlumatına görə kənddə 334 nəfər yaşayır (52 ailə).
Visayan dənizi
Visayan dənizi (isp. Visayan Mar) — Sakit okeanında Filippin arxipelaqına daxil olan (şimalda) Masbate, (şərq və cənub-şərqdə) Leyte, (cənubda) Sebu və Nerqos, (qərbdə) Panay adaları arasında yerləşir. Kamotes dənizi Kaniqao boğazı vastəsi ilə birləşir. Üstəlik dəniz Mindanao dənizi, Sibuyan dənizi, Sulu dənizi və Samar dənizi kimi dənizlərlə birləşir.
Xraçik Babayan
Xraçik Babayan (1 avqust 1996) — Ermənistanlı atıcı. Xraçik Babayan Ermənistanı 2016-cı ildə XXXI Yay Olimpiya Oyunlarında təmsil etdi. == Karyerası == Xraçik Babayan birinci dəfə Olimpiya Oyunlarına 2016-cı ildə qatıldı. O, Rio-de-Janeyroda baş tutan XXXI Yay Olimpiya Oyunlarında kişilər 10 m məsafəyə pnevmatik tapança yarışında iştirak etdi. Ümumilikdə 621.5 xal toplayaraq 24-cü yeri tutdu və finala vəsiqə qazana bilmədi.
Zori Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
Zoriy Balayan
Zori Balayan (erm. Զորի Բալայան; 10 fevral 1935, Stepanakert, DQMV) — Ermənistan yazıçısı. 10 fevral 1935-ci ildə Azərbaycan SSR–in DQMV-nin Xankəndi şəhərində anadan olub. 1957-ci ildə ortra məktəbi bitirmiş, 1963-cü ildə isə Ryazan Tibb Universitetindən məzun olmuşdur. 1963–1973-cü illərdə Kamçatkada həkim işləmişdir. 1975-ci ildən "Literaturnaya qazeta"nın şəxsi müxbiri kimi çalışmış, 1989-cu ildə SSRİ Ali Sovetinə deputat seçilmişdir. == Siyasi baxışları == 80-ci illərin əvvəllərində yazılan "Ocaq" əsəri Balayana məşhurluq gətirir. Bu əsər 1981-ci ildə kitab şəklində nəşr olunur. Bu kitabda Balayan tarixi təhrif edərək, Qarabağın və Naxçıvanın qədim erməni torpağı olduğunu iddia edir. Həmçinin, kitabda Balayan "türkləri və azərbaycanlıları həm Rusiyanın, həm də Ermənistanın düşməni elan edir".
David Babayan
David Klimoviç Babayan (erm. Դավիթ Բաբայան; 1973, Stepanakert) — Qondarma Dağlıq Qarabağ Respublikasının keçmiş Xarici işlər naziri, prezidentin müşaviri, tarix elmləri doktoru. David Babayan 2020-ci il oktyabrın 28-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müxtəlif madələrilə təqsirləndirilən şəxs qismində cəlb edilərək, barəsində məhkəmənin qərarı əsasında həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilib. 2023-cü il sentyabrın 29-da Babayan Azərbaycan Respublikasının hüquq-mühafizə orqanları tərəfindən saxlanılaraq istintaqa təqdim olunub və ona həmin tarixdə qeyd olunan maddələr üzrə ittiham elan edilib. == Həyatı == David Babayan 1973-cü ildə Xankəndində anadan olub. 1989-cu ildə Xankəndi 8 saylı rus orta məktəbini bitirib. Babayan 1989-cu ildə İrəvan Xalq Təsərrüfatı İnstitutuna iqtisadiyyatın dövlət tənzimlənməsi ixtisası üzrə daxil olmuş və 1994-cü ildə bitirmişdir. O, 1997-ci ildə Ermənistan Amerika Universitetinin Siyasi Elmlər Fakültəsini bitirib. 1998-ci ildə Mərkəzi Avropa Universitetinin (Budapeşt) Beynəlxalq Münasibətlər fakültəsində təhsil alıb. Babayan 2005-ci ildə Ermənistan Respublikası Milli Elmlər Akademiyasının Şərqşünaslıq İnstitutunda namizədlik dissertasiyasını müdafiə edərək tarix elmləri namizədi elmi dərəcəsi alıb.
Ağası Babayan
Ağası Babayan (erm. Աղասի Բաբայան; 21 dekabr 1921, Ciğdamlı, İrəvan qəzası – 17 noyabr 1995) — Ermənistan-sovet rejissoru, ssenaristi və aktyoru. 1974-cü ildə RSFSR-in əməkdar artisti adını almışdır. == Həyatı == Ağası Babayan 21 dekabr 1921-ci ildə Ermənistan SSR-nin Ciğdamlı kəndində anadan olmuşdur. O, Sergey Gerasimov adına VGİK-də aktyorluq və rejissorluq üzrə təhsil almışdır. Babayan sonradan neçə il "Armenfilm"də işləmişdir. 1952-ci ildə "Mosnauçfilm" studiyasına köçmüşdür. O, 1961-ci ildə çəkilmiş "Dersu Uzala" filminin (sonralar Akira Kurosava tərəfindən yenidən işlənmiş) orijinal film versiyasını, eləcə də Vitali Biyankinin tayqada çəkilmiş hekayələri əsasında vaşaq Kunak haqqında dörd film silsiləsi ilə məşhurdur. O, təbiət, tarix və musiqi ilə bağlı bir sıra sənədli filmlər də hazırlamışdır. Babayan 17 noyabr 1995-ci ildə vəfat etmişdir.
Bipaşa Basu
Bipaşa Basu (ing. Bipasha Basu, hind. बिपाषा बासु, d. 7 yanvar 1979) — hind aktrisası və modeli. == Həyatı == 7 yanvar 1979-cu ildə Dehli şəhərində anadan olmuşdur. Bipaşha hind, ingilis, benqal dillərində sərbəst danışır. Bipaşhanın iki bacısı var. Uşaqlıqda dərisinin qara rənginə görə onu "çirkin" deyə çağırıblar. Məktəbdə oxuyanda basketbol oynamağı sevərmiş. Ən böyük arzusu həkim olmaq idi.
Bivayn çayı
Bivayn çayı (ing. Bivane river) — Cənubi Afrika Respublikasının Kvazulu-Natal şəhərində yerləşən Ponqola çayının bir qolu. Əsas mənbəyi 2000 m-dən artıq olan Çay Utrextin şimalında — dağlıq ərazidədir. Çay Paulpietersburq və Vrayheid arasından axır və İtala Qeym Reservinin qərb sərhədində Ponqolaya qoşulur. == Şəlalə == Bivayn çayı üzərində böyük Adisali şəlaləsi vardır. == Su anbarı == Bivayn su anbarı 2000-ci ildə tikilib. Əkin sahələrinin suvarılması üçün nəzərdə tutulub. Sahibi "İmpala İstifadəçi Birliyi"dir (ing. Impala User Association).
Brayan Konietzko
Brayan Konietzko (ing. Bryan Konietzko) — amerikan cizgiçi, cizgi rejissoru və produsserı. "Avatar: Aanq haqqında əfsanə" və "Korra əfsanəsi" cizgi serialların müəllifi kimi bilinir. == Həyatı == Brayan Konietzko Corciya ştatında Rozuell orta məktəbini bitirib. 1998-ci ildə Rod Aylend dizayn məktəbində Bakalavr dərəcəsini alıb. Film Roman studiyada personajlar dizaynnan iştəmişdi. Orada "Family Guy" üçün personajları yaradırdı və "King of the Hill" ilə "Mission Hill" layihələrdə direktorun köməkçisi kimi iştəyirdi. Nickelodeon-da isə "Invader Zim" layihədə eskizlərin rəssamı və art direktor kimi iştəyirdi. Brayn bir musigi qrupun üzvüdür. Bu qrupun «Our Ancestor’s Intense Love Affair and At Night» və «Under Artificial Light» albomları var.
Brayan Krenston
Brayan Li Krenston (ing. Bryan Lee Cranston; 7 mart 1956, Hollivud, Kaliforniya) — amerikalı aktyor, rejissor və prodüser. "Breaking Bad" teleserialının baş qəhrəmanı Volter Vaytı canlandırdığına görə məşhurlaşıb. O, həmçinin 2000–2006-cı illərdə Fox telekanalında yayımlanan "Ortancıl Malkolm" sitkomunda Hal rolunda çəkilib. Krenston altı "Praymtaym Emmi", iki "Toni" və bir "Qızıl Qlobus" mükafatı laureatdır. == Həyatı == Brayan Krenston 7 mart 1956-cı ildə Los-Ancelesin Hollivud bölgəsində üç uşaqdan ikincisi olaraq anadan olub. Anası Annalisa "Peqqi" radio aktrisası, atası Cozef Luiz Krenston isə aktyor və keçmiş həvəskar boksçu olub. Atası irland, alman və avstriyalı aşkenazi yəhudisi mənşəli, anası isə alman mühacirlərinin qızı idi. Onun özündən böyük Kayl adlı qardaşı və özündən kiçik Emi adlı bacısı var. Krenston San Fernando vadisində yerləşən Canogna Park məhəlləsində böyüyüb.
Brayan Qrin
Brayan Rendolf Qrin (ing. Brian Randolph Greene; 9 fevral 1963[…], Nyu-York, Nyu-York ştatı) — amerikan nəzəriyyəçi fiziki və riyaziyyatçısı, elmin populyarlaşdırıcısı, ən məşhur sim nəzəriyyəçilərindən biri. Qrin 1990–1995-ci illərdə Kornell Universitetində fizika professoru olub və 1996-cı ildən Kolumbiya Universitetinin professoru və 2008-ci ildə həmtəsisçilərindən biri olan Ümumdünya Elm Festivalının sədridir. Qrin iki müxtəlif Kalabi-Yau çoxobrazlılarına (konifoldu onun orbifoldlarından biri ilə konkret əlaqələndirir) aid güzgü simmetriyası üzərində işləmişdir. O, həmçinin flop-keçidini, topoloji dəyişikliyin xəfif formasını təsvir etmiş, sim nəzəriyyəsində topologiyanın konifold nöqtəsində dəyişə biləcəyini göstərmişdir. Qrin geniş ictimaiyyət üçün kitabları, "Zərif kainat", "Zamanın kənarındakı İkar", "Kosmosun strukturu", "Gizli reallıq" və onlarla əlaqədar PBS xüsusi televiziya proqramları vasitəsilə daha geniş auditoriya tərəfindən tanınmışdır. O, həmçinin Böyük partlayış nəzəriyyəsi teleserialının Bitki bağçasının cücərməsi bölümündə, həmçinin Tezlik və Son Mimzi filmlərində rol alıb. Hal-hazırda Atom alimləri bülleteninin Sponsorlar Şurasının üzvüdür. 2020-ci ilin fevralında onun podkastçı Co Roqana verdiyi müsahibəsinə milyonlarla insan tərəfindən izlənilmiş və ya dinlənilmişdir. == Bioqrafiyası == Brayan Qrin Nyu Yorkda yəhudi ailəsində anadan olmuşdur.
Brayan Sims
Brayan Kendall Sims (ing. Brian K. Sims; 16.9.1978 — Pensilvaniya Nümayəndələr Palatasının 182-ci bölgəsindən olan ABŞ Demokrat Partiyasının üzvü. 2012-ci ildə nümayəndə qismində seçilmiş Brayan Sims, eyni zamanda vəkil və LGBT vətəndaş hüquqlarının müdafiəçisi kimi də aktiv fəaliyyət göstərir. Bundan başqa, Sims Pensilvaniya tarixində qanunverici məclisə seçilmiş ilk açıq homoseksual üzvdür. == Həyatı və karyerası == Sims Vaşinqton şəhərində, iki ordu üzvü olan podpolkovnik ailəsində anadan olmuşdur. Pensilvaniya ştatına 1990-cı ildə köçməzdən öncə, Brayan Sims düz yeddi ayrı ştatda yaşamışdır. Magistratura təhsilini 2000-ci ildə Blommsburq Universitetində tamamlayan Sims, 2001-ci ildən həmin Universitetin nəzdində yaradılmış futbol komandasının ikinci kapitanı olmuş və alim-idmançı kimi məşhurlaşmışdır. Universitetin ikinci kursunda təhsil alarkən, Sims II divizionun ən uzun mövsümü zamanı komanda yoldaşlarına homoseksual olduğunu açıq şəkildə etiraf edir. Bunun nəticəsində o, NCAA (Milli Tələbə İdmanı Assosiasiyası) və regional All-American turnirinin kapitanı kimi, turnir tarixinin yeganə açıq homoseksual kimliyə sahib kollec futbol kapitanı olur. 2004-cü ildə Miçiqan Universitetinin hüquq fakültəsində oxuyarkən, Sims beynəlxalq və müqayisəli hüquq sahəsində Hüquqşünaslıq Doktoru (ing.
Brayan Singer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Sinqer
Brayan Cey Sinqer (ing. Bryan Jay Singer; d. 17 sentyabr 1965) — Amerika rejissoru, ssenarist və prodüseri.
Brayan Skiff
Brayan A.Skiff — Amerikan astronom. O, 114P/Vaysman–Skiff (Cennifer Vaysman ilə birlikdə) və 140P/Bouell–Skiff (Edvard Bouell ilə birlikdə) kometləri də daxil olmaqla, çoxsaylı asteroidlərin və dövri kometaların kəşf edilməsində mühüm rol oynamışdır. == Bioqrafiyası == 1980-ci ildən 1997-ci ilə kimi Skiff 60-a qədər kiçik planet kəşf etmişdir. Bu siyahıya (15398) 1997 UZ23 və 37 kilometr diametrə malik qaranlıq Yupiter troyası kimi kosmik obyektlər daxildir. LONEOS layihəsi üzərində işlədiyi dövrlərdə o, 2003-cü ilin oktyabrında itirilmiş asteroid sayılan 69230 Hermes asteroidini və 2004-cü ilin mayında atir asteroid sayılan (434326) 2004 JG6 asteroidini kəşf etmişdir. Skiff 1976-cı ildən Louell rəsədxanasında astronom kimi fəaliyyət göstərir. O, həmçinin Mars Hill yay voleybol komandasında voleybolçudur. == Mükafatları və uğurları == Florian mənşəli asteroid olan 2554 Skiff onun şərəfinə adlandırılmışdır. Asteroidin rəsmi adlandırma forması 8 aprel 1982-ci ildə Kiçik Planet Mərkəzində təsdiq edilmişdir. (M.P.C. 6834).